İDMAN
“Avro-2020”: Bu gün səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Bakı, 29 iyun, AZƏRTAC
Bu gün futbol üzrə Avropa çempionatında səkkizdəbir final mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Londonda “Uembli” stadionunda İngiltərə-Almaniya, Qlazqoda “Hampden Park”da isə İsveç-Ukrayna oyunu təşkil olunacaq.
İngiltərə-Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
İsveç-Ukrayna matçı isə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.
Almaniya-İngiltərə cütünün qalibi dörddəbir final mərhələsində İsveç-Ukrayna duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin artıq 3 cütlüyü müəyyənləşib. Belə ki, iyulun 2-də Sankt-Peterburqda İsveçrə-İspaniya, Münhendə Belçika-İtaliya, ertəsi gün Bakıda Çexiya-Danimarka matçları təşkil olunacaq.