AVROPA İTTİFAQININ AZƏRBAYCANDA XÜSUSİ NÜMAYƏNDƏLİYİ AÇILACAQDIR
Azərbaycandan Ermənistana gedəcəyini söyləyən P.Semnebi, Dağlıq Qarabağda keçirilən qeyri-konstitusion referendumu pisləmiş, bu səbəbdən bölgəyə səfər edə bilmədiyini diqqətə çatdırmışdır.
Müəyyən müddətdən sonra Dağlıq Qarabağa da səfər edəcəyini deyən qonaq, həmçinin Azərbaycandakı qaçqın düşərgələrinə baş çəkəcəyini və onların vəziyyəti ilə yaxından tanış olacağını qeyd etmişdir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa toxunan P.Semnebi, bu yaxınlarda imzalanmış Avropa İttifaqı Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın Fəaliyyət Planının və enerji sahəsində əməkdaşlıqla bağlı memorandumun əlaqələri daha da intensivləşdirəcəyinə əminliyini vurğulamışdır. Tezliklə Avropa İttifaqının ölkəmizdə nümayəndəliyinin açılacağını bildirən qonaq, bu addımın əməkdaşlığa böyük töhfə verəcəyini söyləmişdir.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ciddi məsələ olduğunu və xarici siyasətimizin ən əsas problemi kimi daim diqqət mərkəzində durduğunu nəzərə çarpdırmış, münaqişənin regionun inkişafına təhlükə törətdiyini vurğulamışdır.
Nazir məsələnin GUAM-ın təşəbbüsü ilə BMT-nin 61-ci sessiyasının gündəliyinə salındığını və müzakirə olunacağını qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.