Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Avstriyaya keçmişdir
Paris, 15 noyabr (AZƏRTAC). Noyabrın 14-də Strasburqda Avropa Şurasının (AŞ) mənzil iqamətgahında quruma üzv 47 ölkənin nümayəndələrinin iştirakı ilə Nazirlər Komitəsinin iclası keçirilmişdir. İclasda Nazirlər Komitəsinə sədrlik Ermənistandan Avstriyaya ötürülmüşdür.
Avstriyanın xarici işlər naziri Mixail Şpingeleqqer ölkəsinin Nazirlər Komitəsinə sədrliyi dövründəki fəaliyyətinin prioritetlərini açıqlamışdır.
Nazir ailədə qadınlara qarşı zorakılıqla mübarizəyə dair Avropa Şurası Konvensiyasının Avstriya tərəfindən ratifikasiya edilmiş nüsxəsini baş katib T. Yaqləndə təqdim etmişdir.
M. Şpingeleqqer fəaliyyəti dövründə konvensiyaya dair razılığın qüvvəyə minməsinə və bu sənədin üzv ölkə tərəfindən ratifikasiya edilməsinə çalışacağını diqqətə çatdırmışdır.
Qeyd edək ki, gələn ilin mayında Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçəcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [17:30]
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]