AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ KREDİTDLƏRİ MÜHÜM LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLMƏSİNƏ XƏRCLƏNMİŞDİR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 1992-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) üzvü olan Azərbaycana indiyədək bu bank tərəfindən dövlət zəmanəti ilə 131 milyon 790 min ABŞ dolları, özəl banklara isə 9,5 milyon ABŞ dolları həcmində kredit ayrılmışdır.
AYİB-in dövlət zəmanəti ilə ayırdığı kreditlər hesabına Yenikənd SES-in inşası, Mingəçevir SES-in yenidən qurulması, hava naviqasiya sisteminin modernləşdirilməsi, Azərbaycan-Transqafqaz dəmir yolu şəbəkəsinin yeniləşdirlməsi, Böyük Bakının su təchizatı sisteminin yaxşılaşdırılması layihələri həyata keçirilmişdir.