İDMAN
Avropa yığması atletika yarışlarında ABŞ seçməsinə qalib gəlib
Bakı, 11 sentyabr, AZƏRTAC
Atletika üzrə Avropa və ABŞ yığmaları arasında Minskdə keçirilən yarışlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 300 atletin 30-dan çox idman növü üzrə mübarizə apardığı yarışlar Avropa yığmasının qələbəsi ilə başa çatıb.
Yarışların ikinci günündə atletlər idmanın 19 növü üzrə mübarizə aparıblar. İki günün nəticələrinə əsasən Avropa komandası ABŞ-ı 721,50 - 601,50 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarışlarda idmançımız Nazim Babayev üçtəkanla tullanma, Türkiyə yığmasının heyətində çıxış edən azərbaycanlı idmançı Ramil Quliyev isə 200 metr məsafəyə qaçış yarışlarında mübarizə aparıblar. N.Babayev uğur qazana bilməsə də, R.Quliyev bütün rəqiblərini üstələyərək qalib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [22:11]
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]