Avropada hava nəqliyyatında sərnişin daşımaları 2025-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacaq
Cenevrə, 26 oktyabr, AZƏRTAC
Avropa hava limanlarında xidmət göstərilən sərnişinlərin sayı 2025-ci ildə koronavirus pandemiyasından əvvəlki vəziyyətə, yəni iki milyarddan artıq sərnişin sayına çata biləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Aeroportlar Şurasının (ACI) Avropa təşkilatı məlumat verib. Bildirilib ki, 2022-ci ildə sərnişinlərin sayı 2019-cu il səviyyəsinin üçdəbirinə bərabər olacaq.
Qeyd edilib ki, bu ilin üç rübü ərzində Avropada hava nəqliyyatında sərnişinlərin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62 faiz aşağı olub. Aİ ölkələrində, eləcə də Böyük Britaniya Norveç, İslandiya və İsveçrədə sərnişin sayında artım zəif gedir. Aİ-yə üzv olmayan Avropa ölkələrində isə 2019-cu illə müqayisədə rəqəmlər daha yaxşıdır, geriləmə 34 faizə bərabərdir. ACI baş direktoru Olivier Yankoveç bildirib ki, virusun yayılma tempi və vaksinasiyanın sürəti gedişata ciddi təsir edəcəkdir.
ACI-nin Avropa təşkilatı 55 ölkənin 500-dən artıq hava limanını öz sıralarında birləşdirir. Təşkilatın məlumatına görə, bu, Avropada kommersiya məqsədli uçuşların 90 faizi deməkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [23:48]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]