AVTOMOBİL BAZARINDA “MERCEDES-BENZ” LİDERLİYİNİ SAXLAYIR
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, mayda təkrar avtomobil bazarında ötən ayla müqayisədə təklif üzrə 17,3 faizlik artım qeydə alınmış, tələb isə 4 faiz aşağı düşmüşdür.
Bazarda ən çox satılan avtomobillərin qiyməti 15-18 min ABŞ dolları arasında olanlardır. Mayda «Mercedes-Benz»in bazara təqdimatında 2,5 faiz geriləmə müşahidə olunsa da, bu marka yenə də liderliyini saxlaya bilmişdir. Sonrakı pillələr “BMW”, «Opel», «Toyota», «Hyundai», «Nissan» və «Volkswagen»ə məxsusdur.
Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər qeydə alınmamışdır. Araşdırmalara əsasən, mayda bazara ən çox təqdim olunan avtomobillər 1996-97-ci il istehsalı olanlardır.
Bazara təqdim olunan 1994-2008-ci il istehsalı olan avtomobillər üzrə aparılan monitorinqin ümumi nəticəsinə görə, indi bazara təqdim olunan avtomobillərin 89,5 faizi avtomat sürət qutusu ilə təchiz olunanlardır. Yaxın bir neçə ildə mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobillər bazardan tamam çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]