AZAL-dan valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Hava Yolları (AZAL) ailəsi ilə səyahət edən uşaqlar üçün qış aksiyası elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il fevralın 1-dən 28-dək olan tarixlərə iki böyük üçün (sərnişinlərin valideynlər və qəyyumlar olması şərtilə) aviabilet alındıqda, aviaşirkət eyni uçuşa 12 yaşadək bir uşağa pulsuz aviabilet təqdim edir.
Aksiya aviaşirkətin göstərilən tarixlərdə beynəlxalq aviareyslərinin həyata keçiriləcəyi bütün istiqamətlərə şamil olunur.
Biletləri yanvarın 21-dən etibarən AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və “www.azal.az” saytında təxsis etmək və əldə etmək mümkündür. Uşağa pulsuz aviabiletin verilməsi üçün valideynlər səyahət edən sərnişinlərin sənədlərini “[email protected]” elektron ünvanına göndərərək çağrı mərkəzinə müraciət edə və ya aviaşirkətin rəsmi satış kassalarına yaxınlaşa bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]