Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan 2016-cı ildə kompakt sportinq üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı, 25 iyul (AZƏRTAC). Azərbaycan 2016-cı ildə atıcılığın kompakt sportinq növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu qərar Beynəlxalq İdman Ovçuluq Atıcılığı Federasiyasının (FITASC) iyulun 8-də Portuqaliyada keçirilən Baş Assambleyasında yekdilliklə qəbul olunub.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti Rasim Rzayev AZƏRTAC-ın müxbiri ilə söhbətində məlumat verdi. Federasiyanın fəaliyyətindən, ümumiyyətlə ölkəmizdə idmanın bu növünün inkişafından və populyarlığından danışan R.Rzayev qeyd etdi ki, AAF-nin fəaliyyətində 2008-ci ildə qeyri-olimpiya növü olan sportinq atıcılığının qeydiyyatdan keçməsi mühüm mərhələlərdən biri olub. Sportinq idman ovçuluq atıcılığı deməkdir və bu, kütləvi xarakter daşıyır. İdman ovçuluq atıcılığı özü də iki növə bölünür: kompakt və böyük sportinq. Hazırda hər iki sportinq növü qeydiyyatdan keçib.

 

Kompakt sportinq üzrə Avropa çempionatının

Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın

sürətli inkişafının daha bir təzahürüdür

 

AAF-nin vitse-prezidenti bildirdi ki, kompakt sportinq üzrə Azərbaycanda dörd dəfə beynəlxalq “Qran-pri” yarışları keçirilib. Bu yarışlar 2010-cu və 2011-ci illərdə Bakıda, 2012-ci ildə Qəbələdə, 2013-cü ildə isə Salyanda təşkil olunub. Bu tədbirlərin, eləcə də Federasiya tərəfindən respublikamızda keçirilən digər yarışların çox yüksək səviyyədə təşkil edildiyini vurğulayan R.Rzayev dedi: “Bütün bunların nəticəsidir ki, FITASC-ın Baş Assambleyasına biz də dəvət aldıq. Azərbaycanın sürətli iqtisadi inkişafını və idman uğurlarını təbliğ etmək məqsədilə Assambleya iştirakçılarına ölkəmizlə bağlı bir sıra nəşrlər payladıq və geniş təqdimatla çıxış etdik”.

Olduqca yüksək səviyyədə keçən Baş Assambleyanın gündəliyindəki əsas məsələlərdən biri də kompakt sportinq üzrə 2016-cı ilin aprelində keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi idi. Bu barədə danışan Federasiyanın vitse-prezidenti bildirdi ki, çempionata ev sahibliyi etmək üçün Azərbaycan ilə yanaşı, Çexiya, Sloveniya və İtaliyanın müvafiq federasiyaları da namizədliklərini irəli sürdülər. Namizədlərin çoxluğuna baxmayaraq, Azərbaycan Atıcılıq Federasiyasının namizədliyi yekdilliklə dəstəkləndi və beləliklə, 2016-cı ildə kompakt sportinq üzrə Avropa çempionatının Bakıda keçirilməsi qərara alındı. Bu uğur münasibətilə Azərbaycan nümayəndə heyətini ilk təbrik edən məhz FITASC-ın prezidenti Jan Fransua Palinkas oldu.

R.Rzayev qeyd etdi ki, sportinq üzrə Avropa çempionatı MDB ölkələri arasında indiyədək yalnız 2008-ci ildə Rusiyada keçirilib. Azərbaycan bu çempionata ev sahibliyi edəcək ikinci MDB ölkəsidir. Kompakt sportinq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın sürətli inkişafının daha bir təzahürüdür.

 

Azərbaycan Atıcılıq Federasiyası birinci

Avropa Oyunlarına ciddi hazırlaşır

 

Hazırda Azərbaycan Atıcılıq Federasiyası gələn il keçiriləcək

birinci Avropa Oyunlarına ciddi hazırlaşır. R.Rzayev dedi ki, Federasiya ilk Avropa Oyunlarında atıcılıq yarışlarının yüksək səviyyədə təşkili üçün böyük işlər görür. Hər şeydən əvvəl onu demək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Respublika Stend Atıcılığı Kompleksinin yerində Avropada ən böyük və möhtəşəm, hər cür şəraitə malik Atıcılıq Mərkəzi tikilir. Bu Atıcılıq Mərkəzi mötəbər yarışların keçiriləcəyi idman obyektlərindən biridir.

Avropa Oyunlarından sonra - 2015-ci ilin noyabrında Azərbaycanda V beynəlxalq “Qran-pri” yarışı keçiriləcək. Bu barədə məlumat verən AAF-nin vitse-prezidenti diqqətə çatdırdı ki, bu idman tədbirinin də Atıcılıq Mərkəzində keçirilməsi planlaşdırılır. Eyni zamanda, bu yarış 2016-cı ildə ölkəmizdə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyacaq. Azərbaycanın gələcəkdə atıcılığın Olimpiya növləri üzrə Avropa və dünya çempionatlarına da ev sahibliyi etməsinə nail olmaq üçün bu tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin ediləcək.

 

Ölkəmizdə idmanın Olimpiya və qeyri-olimpiya

növlərinə heç bir fərq qoyulmur

 

AAF-nin vitse-prezidenti xüsusilə qeyd etdi ki, qeyri-olimpiya növü olmasına baxmayaraq, kompakt sportinq atıcılığı dünyanın əksər, xüsusən də inkişaf etmiş ölkələrində geniş yayılıb. Əslində, atıcılığın sportinq və Olimpiya növləri arasında ciddi fərq yoxdur. “Həm ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi, mənim üçün Olimpiya və qeyri-olimpiya idman növləri arasında heç bir fərq yoxdur. Çünki bütün idmançılarımız Azərbaycan idmançılarıdır. Onlar bütün yarışlarda Azərbaycanı təmsil edirlər və çalışırlar ki, qələbə qazansınlar”, - dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu fikrini xüsusi vurğulayan R.Rzayev ölkəmizdə də atıcılığın sportinq növünə marağın getdikcə artdığını bildirdi. Əlavə etdi ki, sportinqlə Avropada 100 ildən çoxdur məşğul olurlar. Azərbaycan MDB-də sportinqin yayılıb inkişaf etdiyi dördüncü ölkədir. Atıcılıq idmanının geniş yayılmasında və inkişafında Federasiyanın prezidenti Vaqif Axundovun xüsusi xidmətlərini qeyd etmək lazımdır. Federasiyanın prezidenti mötəbər beynəlxalq yarışların keçirilməsinə və idmançılarımızın ustalığının artırılmasına xüsusi qayğı göstərir və bunun üçün lazımi şərait yaradılmasına çalışır.

Ənənəvi olaraq sportinq idmanı ilə əsasən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə insanların daha çox məşğul olduğunu diqqətə çatdıran R.Rzayev Azərbaycanda da idmanın bu növünün sürətli tərəqqisinin təqdirlə qarşılandığını bildirdi. “Hazırda Novxanıda sportinq klubumuz fəaliyyət göstərir. Bundan başqa, regionlarda - Naxçıvan, Qəbələ, Ağstafa və Salyandakı komplekslərdə turistlər, yerli əhali idmanın bu növünə xüsusi maraq göstərirlər. Azərbaycanda atıcılığa, xüsusən sportinqə artan maraq gələcəkdə bu sahədə daha böyük uğurların qazanılacağına ümid bəsləməyə əsas verir” - deyə R.Rzayev vurğuladı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

Magistraturaya qəbulun nəticələri açıqlanıb

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb