AZƏRBAYCAN AVROPA MÜLKİ AVİASİYA KONFRANSI TƏŞKİLATINA ÜZV OLMUŞDUR
Noyabrın 27-də Parisdə Avropa Mülki Aviasiya konfransı Təşkilatının (AMAKT) XXVI plenar sessiyası keçirilmişdir. Sessiyada bir sıra məsələlərlə yanaşı, Yuqoslaviyanın, Bosniya-Herseqovinanın və Azərbaycanın bu beynəlxalq quruma üzv qəbul olunması məsələsi də müzakirə olunmuşdur.
Azərbaycan Hava Yolları Dövlət Konserninin Parisdə olan nümayəndəsi AZƏRTAC-ın müxbirinə demişdir ki, Avropa Mülki Aviasiya Konfransı Təşkilatının ekspertlər qrupu dəfələrlə ölkəmizdə səfərdə olarkən respublikanın mülki aviasiyasının inkişaf səviyyəsinin AMAKT-a üzv qəbulunu nizamlayan bütün əsas normalara tam müvafiq olduğunu müəyyən etmiş və Azərbaycanın bu təşkilata üzv qəbul edilməsi tövsiyə olunmuşdur. Amma təşkilatın üzvü olan bədxah qonşumuz Ermənistanın apardığı siyasətin nəticəsində bu məsələ hər dəfə təxirə salınmışdır. Nəhayət, Azərbaycan Hava Yolları Dövlət Konserni rəhbərliyinin uğurlu işi sayəsində Ermənistan öz etirazını geri götürmüşdür. Beləliklə, AMAKT-ın üzvü olan dövlətlərin nümayəndələrinin ümumi razılığına əsasən hər üç ölkə təşkilata üzv qəbul edilmişdir.
Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyəti səfiri Eleonora Hüseynova respublikamıza göstərdikləri etimada görə təşkilatın rəhbərlərinə və üzv dövlətlərin nümayəndələrinə öz təşəkkürünü bildirmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]