Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynayır VİDEO

Bakı Enerji Forumu enerji təhlükəsizliyinə nail olmaq yolunda birgə həllərin axtarışı üçün gözəl imkan yaradır

 

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda keçid dövründə energetikaya dair yeni çağırışlar, o cümlədən Avropanın qlobal enerji təhlükəsizliyi və bu perspektivdə Azərbaycanın enerji sektorunun rolu müzakirə olunub.

Bakı Enerji Forumunun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün mühüm olan enerji məsələləri daxildir. Forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell, Çexiyanın ticarət və sənaye naziri Yozef Sikela və başqaları forumda çıxış edib, müzakirələrə qatılıblar.

Çıxışlar və müzakirələrdə Azərbaycanın enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, enerji ixracı, yaşıl enerjinin istehsalı, ixracı kimi məsələlərə toxunulub. Forumda bir sıra mühüm fikirlər səsləndirilib.

Birinci sessiyada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov enerji müstəqilliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin neft strategiyası ilə həyata vəsiqə almış bu beynəlxalq enerji əməkdaşlıq platformasının ölkəmizin enerji nailiyyətlərinin tarixi salnaməsinə çevrilməsindən danışıb.

Hazırda təhlükəsiz, sabit enerji təchizatı mənbə və marşrutlarının diversifikasiyasına, xüsusilə yaşıl enerjinin inkişafına əsaslanan yeni qlobal enerji landşaftının formalaşdığını vurğulayan nazir deyib ki, ölkəmiz bu yeni mərhələyə regional və Avropa miqyasında enerji təhlükəsizliyindəki strateji mövqeyini möhkəmləndirəcək təşəbbüslərlə daxil olur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” layihəsində iştirak, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafı və tədarükü ilə bağlı layihələrimiz bunun bariz göstəricilərdir.

Əlavə qaz tədarükü üçün infrastrukturların ötürücülük gücünün artırılmasının, bu məqsədlə tərəfdaş ölkələrin əlaqələndirilmiş fəaliyyətinin, qəti və aydın mövqeyinin zəruriliyi vurğulanıb. “Bizim mövqeyimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəqiq şəkildə ifadə edilib. Bu isə ondan ibarətdir ki, biz layihələri təkcə kommersiya deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırırıq. Xəzərin bütün növ enerji resurslarının işlənilməsi və dünya bazarlarına çıxarılması hər zaman paralel həyata keçirilib. Azərbaycan məhz özü hər zaman enerji marşrutları layihələrinin əsas lokomotivi olub və enerji siyasətimizin bu dəyişməz xətti bu gün də aktualdır”, - deyə nazir əlavə edib.

Sessiyada “Abşeron”, “Qarabağ”, “Ümid” (Mərhələ II), “Babək”, “Azəri-Çıraq-Günəşli” dərin qaz və “yaşıl enerji” layihələri əlavə qazı təmin edəcək mühüm mənbələr kimi qeyd olunub. 2026-cı ilin sonuna istismara verilməsi planlaşdırılan 1800 MVt gücündə külək və günəş elektrik stansiyaları hesabına 1 milyard kubmetrdən çox qaza qənaət ediləcəyi bildirilib. 2030-cu ildə daha 5 QVt yaşıl istehsal güclərinin istifadəyə veriləcəyi və bu həcmlərin ilkin mərhələdə 4 QVt-nın Qara dəniz vasitəsilə Avropaya, 1 QVt-nın isə Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Nazir deyib ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb. Bərpaolunan enerjinin quruda 135 QVt, dənizdə isə 157 QVt texniki potensialı əsasında ölkəmiz bu gün yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edir: “Hazırda “MASDAR”, “ACWA Power”, BP və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlıq edirik. Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 QVt-dək bərpaolunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Azərbaycan yaşıl enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qətiyyəti bu növbəti böyük enerji missiyasının həyata keçirilməsində bizim strateji bələdçimizdir”.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib ki, Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir, ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var.

Onun sözlərinə görə, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaşıl enerjiyə keçid sürətləndirilə bilər. “Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. 30 ildən artıqdır ki, Böyük Britaniya və Azərbaycan güclü tərəfdaşlıq əlaqələri qurublar və indi biz yaşıl enerjiyə daha çox diqqət yetiririk. Azərbaycan bərpaolunan enerjinin inkişafı sahəsində Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir. Təbii ki, Böyük Britaniya bu sahədə Azərbaycana dəstəyini davam etdirəcək", - deyə Emma Nikolson qeyd edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib ki, Azərbaycan BP-nin ümumi strategiyasının bariz nümunəsidir və burada qazandığımız uğurlardan qürur duyuruq. BP gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etdirəcək.

“Azəri-Mərkəzi-Şərqi” platformasında işlər davam etdirilir. Burada ilk neft hasilatını 2024-cü ildə gözləyirik. “Şahdəniz” layihəsinin də dekarbonlaşdırılması üzərində işləyirik. Bizim iddialarımız var. Həmçinin bildiyiniz kimi, Prezident İlham Əliyev elan edib ki, Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji planı icra olunacaq. Bir çox şirkətlər bu planda yaxından iştirak edəcək”, - deyə Qari Counz vurğulayıb.

Onun sözlərinə görə, bu tədbir enerji sektorunun qarşısında duran məsələlərin və imkanların müzakirəsi baxımından çox önəmlidir. Xüsusən də indi, dəyişən enerji dünyasında Azərbaycanın rolunun getdikcə artdığı bir dövrdə. Azərbaycanın həm karbohidrogenlər, həm də bərpaolunan enerji mənbələri baxımından nəhəng potensialı var.

Vurğulayıb ki, Azərbaycan qabaqcıl enerji infrastrukturuna, güclü tərəfdaşlıqlara və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir: “Bunun sayəsində, ölkə enerji keçidində də irəlidə gedə bilər. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi, BP buna dəstək olmağa hazırdır”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə enerji təhlükəsizliyinin önəmindən danışaraq bildirib ki, dayanıqlı enerji üçün proqramları nəzərə almaq lazımdır. SOCAR son zamanlar neft və qaz hasilatına investisiyaları artırıb.

Onun sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz: “Biz neft ehtiyatlarının ekoloji təmiz çıxarılmasını, təmiz enerji istehsalı ideyasını dəstəkləyirik. Enerji qiymətlərinin artmasını, tərəfdaşlarımızın qaz və neft anbarlarının boşalmasını görməzdən gələ bilmərik. Keçid olaraq enerji şirkətləri ilə bunun üzərində işləməliyik. Şuşada da biz BP və “MASDAR”la birlikdə bərpaolunan enerji mənbələri üzrə müqavilələr imzalamışıq. Biz kifayət qədər tərəfdaşlarla işləməyə və layihələrin sayını artırmaqda qətiyyətliyik. Çalışıb iqlimimizi mühafizə etməli, sıfır emissiyaya nail olmalıyıq. Bunun üçün konstruktiv şəkildə və dataya əsaslanaraq analizlər aparmalıyıq. SOCAR enerji keçidi və dayanıqlı istehsal sahəsində beynəlxalq əməkdaşlığa açıqdır. Bu, Avropa İttifaqının və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmlidir”.

“Rumıniyada aşkar edilən qaz yataqlarından azərbaycanlı həmkarlarımızla birlikdə təbii qaz hasil edəcəyik”, – deyən Rumıniyanın energetika naziri Virgil Daniel Popesku bildirib ki, Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Təbii qazla yanaşı Azərbaycan Avropaya yaşıl enerji də ixrac etməyi planlaşdırır ki, bu da çox mütərəqqi haldır. Azərbaycanın iqlim potensialı alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə imkan yaradır və hökumət bundan düzgün istifadə edir.

O diqqətə çatdırıb ki, rəsmi Buxarest Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq edir.

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel çıxışında deyib ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sahəsinə sərmayə axınına səbəb oldu. Həmin ildən BP Azərbaycan ilə yaxından əməkdaşlıq edir və bir çox beynəlxalq əhəmiyyətli enerji layihələrini birgə həyata keçirilib.

Onun sözlərinə görə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar bloku çox unikal neft-qaz mənbəyidir. Burada qaz ehtiyatları çoxdur və onun çıxarılması istiqamətində iş aparılır. Yataqlar blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi prosesi aparılır.

“Şahdəniz” qaz-kondensat yatağından daha çox qaz əldə etmək imkanları da araşdırılır və hazırda burada yeni kəşfiyyat quyusu qazılır”, – deyə BP-nin vitse-prezidenti qeyd edib ki, şirkət Xəzərin Azərbaycan sektorunda əlavə qaz hasil edəcək.

Q.Birreli vurğulayıb ki, müasir dünyada ekoloji cəhətdən təmiz enerji istehsalı aktual xarakter alıb. BP də bu istiqamətdə böyük addımlar atır və sərmayələr yatırır. Belə layihələrdən biri Azərbaycan hökuməti ilə həyata keçirilir. BP Cəbrayıl rayonunda 200 meqavatlıq günəş stansiyası inşa edir. Azərbaycanın “yaşıl” enerji istehsal etmək üçün də böyük potensialı var və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Çex Respublikasının enerji və sənaye naziri Yozef Sikela çıxışında bildirib ki, yaxın gələcəkdə Azərbaycan Avropanın enerji strukturunda daha əhəmiyyətli rol oynamağa başlayacaq. Azərbaycandan ixrac edilən təbii qaz bir sıra Avropa ölkəsinin tələbatını tamamilə ödəyir. O qeyd edib ki, Azərbaycan təbii qazla yanaşı, yaşıl enerji istehsalına da diqqət yetirir. Bu da onun enerji idxalını artırır. Azərbaycanın iqlim şəraiti günəş və küləkdən enerji almaq imkanı yaradır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan artıq yeni texnologiyaları cəlb edərək alternativ enerji istehsalına başlayıb. Azərbaycanın neft və qaz istehsalı və ixracı ilə yanaşı, yaşıl enerji istehsalına və ixracına geniş yer verməsi, onun Avropanın enerji təhlükəsizliyinin təmin olmasında rolunu artıracaq.

Sessiya və panel müzakirələrdə qeyd olunub ki, Bakı Enerji Forumu özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləyib.

İştirakçılar yekdil rəyə gəliblər ki, Bakı Enerji Forumu enerji təhlükəsizliyinə nail olmaq yolunda birgə həllərin axtarışı üçün gözəl imkan yaradır. “Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynaya bilər və oynayacaqdır” tezisi xarici nümayəndələrin əsas fikirləri arasında yer alır.

Forum iyunun 2-də öz işini davam etdirəcək.

 

Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynayır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib