Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını ölkəsinə təhvil verib
Bakı, 13 may, AZƏRTAC
Hindistanın hüquq-mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Singh Prabhdeep Gurrajın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, həmin şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [19:16]
Dövlət Vergi Xidmətində rəhbər heyət üçün kouçinq proqramına başlanılıb
- 13.05.2026 [18:09]
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub
- 13.05.2026 [17:57]
Şirvan şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya
- 13.05.2026 [17:47]