ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti şagirdlər üçün yazı müsabiqəsi elan edib
![Azərbaycan Dillər Universiteti şagirdlər üçün yazı müsabiqəsi elan edib](/files/2020/2/1200x630/15886004123725944621_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Abituriyentlərlə iş departamenti yazı müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Müsabiqə abituriyentlərin Azərbaycan Dillər Universiteti haqqında daha dolğun məlumatlandırılması məqsədilə keçirilir. Müsabiqəyə abituriyentlər Azərbaycan Dillər Universitetində reallaşan uğurlu layihələr, beynəlxalq əlaqələr, mərkəzlər, xaricdə təhsil proqramları, tədris olunan dillər, fakültələr, ixtisaslar, Tələbə Həmkarlar İttifaqı Komitəsi, o cümlədən tələbə həyatı və fəxri məzunlarla bağlı ümumiləşdirilmiş araşdırma yazılar təqdim edə bilərlər.
Ən yaxşı araşdırma yazılar ADU THİK tərəfindən mükafatlandırılacaq:
I yer - notbuk, diplom
II yer - planşet, diplom
III yer - mobil telefon, diplom
IV-X yerlərin sahiblərinə müxtəlif hədiyyələr və təşəkkürnamə təqdim ediləcək.
Mətn “Word” formatda “Times New Roman” şrifti ilə 14 ölçüdə yazılmalı və həcmi 1500 sözdən çox olmamalıdır.
Müsabiqədə ölkə üzrə bütün ümumtəhsil müəssisələrində təhsil alan 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər. Yazılar mayın 31-dək [email protected] ünvanına göndərilməlidir.
Qaliblərin iyul ayının ilk həftəsində mükafatlandırılması planlaşdırılır.
Yazının müəllifi haqqında məlumat (təhsil aldığı müəssisə, sinif, əlaqə nömrəsi) qeyd edilməlidir.
Əlaqə nömrəsi: 0502145250