Azərbaycan Dövlət Pedaqoji Universitetində “Kimya gecəsi”
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Kimya gecəsi” keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbirdə fakültənin müəllim və tələbələri, M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən üçrəngli bayraq, süni qan, süni vulkan, yanar su, sehrli buxar kimi reaksiyalar göstərilib, virtual reallıq eynəkləri, innovativ tədris-elmi tətbiqləri və digər maraqlı nömrələr nümayiş olunub.
Fakültənin dekanı dosent Reyhan Ağayeva kimya elminə marağın artırılmasında tədbirin əhəmiyyətini vurğulayıb.
Sonra məktəblilərin və tələbələrin iştirakı ilə bədii hissə təqdim olunub.