Azərbaycan əhalisinin sayının 10 milyona çatması münasibətilə kütləvi aksiyalar keçirilir
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə ölkə gəncləri Bakının görkəmli və rəmzi məna daşıyan ərazilərində kütləvi aksiyalar, flaş-moblar təşkil edirlər.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ən böyük aksiya 1000 nəfərədək gəncin iştirakı ilə keçirilib. Gənclər 10.000.000 rəqəmini ölkənin müstəqillik rəmzi olan Bayraq Meydanında "yazıblar".