“AZƏRBAYCAN ELEKTRON MUSİQİ MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, seminarda, həmçinin jurnalın redaksiya heyəti və Bakı Musiqi Akademiyasının birgə hazırladığı layihənin təqdimatı olmuşdur. 12 İnternet saytında yerləşdirilən bu layihədə musiqimizin tarixi, onun görkəmli nümayəndələri, muğamlarımız, dahi bəstəkarlarımız, zəngin musiqi xəzinəmizə daxıl olan sənət nümunələri haqqında ətraflı məlumat, eləcə də video material və not yazıları da nümayiş etdirilir. Görkəmli musiqi korifeylərimiz Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Qara Qarayev haqqında xüsusi saytlar hazırlanmış, musiqimizin demək olar ki, bütün sahələrini əks etdirən zəngin kitabxana yerləşdirilmişdir. “Azərbaycan diskoqrafiyası” saytında 1900-1940-cı illər arasında yazılmış qrammofon yazıları toplanmışdır. Bütün məlumatları Azərbaycan, rus və ingilis dillərində oxumaq, bəzi musiqi nümunələrinin fars, çin, fransız dillərində də variantlarını eşitmək mümkündür. Bundan başqa maraqlananlar əsərlərin not yazısı, librettosu və video görüntüsü ilə də tanış ola bilərlər.