“AZƏRBAYCAN ELEKTRON MUSİQİ MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, seminarda “Musiqi dünyası” jurnalının və Bakı Musiqi Akademiyasının birgə hazırladığı layihənin təqdimatı olmuşdur. 12 İnternet saytında yerləşdirilən bu layihədə musiqimizin tarixi, onun görkəmli nümayəndələri, muğamlarımız, bəstəkarlarımız, zəngin musiqi xəzinəmizə daxil olan sənət nümunələri haqqında ətraflı məlumat, eləcə də video material və not yazıları da nümayiş etdirilir. Üzeyir Hacıbəyov, Qara Qarayev, Vaqif Mustafazadə haqqında xüsusi saytlar hazırlanmış, musiqimizin demək olar ki, bütün sahələrini əks etdirən zəngin kitabxana yerləşdirilmişdir.
“Azərbaycan diskoqrafiyası” saytında 1900-1940-cı illər arasında yazılmış qrammofon yazıları toplanmışdır. Bütün məlumatları Azərbaycan, rus və ingilis dillərində oxumaq, bəzi musiqi nümunələrinin fars, çin, fransız dillərində də variantlarını eşitmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]