İQTİSADİYYAT
AZƏRBAYCAN ENERGETİKLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ İRANA GEDƏCƏK
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd İranın “Təvanir” və “Sənir” şirkətləri ilə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı işgüzar əlaqələri davam etdirmək, əməkdaşlığı daha da genişləndirmək və dərinləşdirmək imkanlarını öyrənməkdir.
Tehranda olarkən Azərbaycan nümayəndə heyəti Astara-Astara elektrik xəttinin iş rejimi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq, onun praktiki işinin hüquqi, texniki və normativ cəhətlərini iranlı həmkarlarıyla müzakirə edəcəklər. Səfər zamanı çox böyük sənaye əhəmiyyəti, Azərbaycan və İran energetikləri arasında tərəfdaşlıq münasibətlərinin təcəssümü olan bu 20 kilometrlik xəttin istismara verilməsi barədə aktın imzalanması vaxtı da də nəzərdən keçiriləcək və təsdiq ediləcəkdir.