Azərbaycan futbolunda son yeddi mövsümün rekordu qeydə alınıb
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan futbolunda son yeddi mövsümün rekordu qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, 2-ci Liqanın X turuna təsadüf edib.
“Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top keçirib.
Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir.
Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/2017-ci illər mövsümündə qeydə alınıb. Təxminən 7 il, yəni 2554 gün əvvəl - 2016-cı il noyabrın 8-də I divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlib - 10:0.
Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə təsadüf olunub. II Liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub edib. Bir komandanın ən azı 9 qol vurması isə son dəfə 2017/2018-ci illər mövsümündə əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2”yə 9:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]