“AZƏRBAYCAN HAVA YOLLARI” QSC “BOEİNG” ŞİRKƏTİ İLƏ YENİ SAZİŞ İMZALAMIŞDIR
Avqustun 4-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Boeing” şirkəti arasında 2007-ci ilin fevral ayında imzalanmış sazişin əvəzinə, Azərbaycana göndəriləcək təyyarələrin sayının artırılması haqqında yeni saziş imzalanmışdır.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, yeni sazişin şərtlərinə əsasən, 2010-2011-ci illərdə “Boeing” şirkəti “Azərbaycan Hava Yolları” QSC-yə “B-737-900ER” tipli 4 təyyarə göndərəcəkdir. Bundan əlavə, 2010-2014-cü illərdə Azərbaycana 2 ədəd “B-767-300ER” və 2 ədəd “B-787-8” tipli təyyarə göndərilməsi nəzərdə tutulur.
Həmin təyyarələr mövcud hava gəmiləri parkının yeniləşdirilməsi, Avropa, Cənub-Şərqi Asiya və Amerika ölkələrinə yeni hava xətlərinin açılması məqsədi ilə alınır.
Təyyarələrin alınması xarici ölkələrin aparıcı banklarının uzunmüddətli kreditləri hesabına maliyyələşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]