Azərbaycan hazırda Gürcüstanın əsas elektrik enerjisi təminatçısıdır
Tbilisi, 6 fevral, AZƏRTAC
Gürcüstan yanvarın sonlarından başlayaraq elektrik enerjisinə olan tələbatını Azərbaycanın hesabına ödəməyə başlayıb.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Elektroenergetika Sistemi Kommersiya Operatorundan (ESCO) məlumat verilib.
Bildirilib ki, Gürcüstan elektrik enerjisinə olan tələbatını əsasən Azərbaycan və Rusiyadan ödəyirdi. Lakin, fevralın 1-dən başlayaraq İnquria su elektrik stansiyasında (SES) suyun səviyyəsi azaldığı üçün Rusiyadan alınan elektrik enerjisi yalnız Abxaziyaya yönəldilib. Buna görə də, Gürcüstan elektrik enerjisinə olan tələbatını son günlər yalnız Azərbaycanın hesabına ödəyir.
Gürcüstan Azərbaycandan gündəlik 7,3-7,4 milyon kilovat/saat elektrik enerjisi alır.
Məlumat üçün qeyd edək ki, İnquria SES Gürcüstanda ən güclü su elektrik stansiyasıdır. SES-in istehsal gücü 1,3 min meqavat təşkil edir. Stansiyanın hidroaqreqatları Abxaziyada, su anbarı və bənd Gürcüstan ərazisində yerləşir. 1993-cü ildə yaranmış ərazi mübahisəsindən sonra tərəflər stansiyada istehsal olunan elektrik enerjisindən ümumi razılıq əsasında istifadə edirlər. İstehsal olunan elektrik enerjisinin 60 faizi Gürcüstana, 40 faizi isə Abxaziyaya verilirdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]