Azərbaycan İdman Könüllüləri İctimai Birliyi əməkdaşlığı genişləndirir
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ölkəmizdə gənclər, idman və könüllülər sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığı genişləndirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə tədbirlər çərçivəsində Gədəbəy Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
İdarənin rəisi Əlviz Gülməmmədovun və Birliyin sədri Miraqil Seyidzadənin imzaladıqları sənəddə hər iki qurum arasında əməkdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulur. Protokolda Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi tədbirlərdə könüllülərin iştirakı, təcrübə qazanmalarına dəstək göstərilməsi məsələləri də əksini tapıb.