Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-İran münasibətlərinin inkişafına üçüncü tərəf təsir göstərə bilməz

Azərbaycan-İran münasibətlərinin inkişafına üçüncü tərəf təsir göstərə bilməz

Tehran, 15 dekabr, AZƏRTAC

Azərbaycan ilə İran yaxın qonşu və dost dövlətlərdir. Son illər hər ki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin inkişafına qərar veriblər. Təkcə onu qeyd etmək kifayətdir ki, son 3 ildə prezidentlər 7 dəfə, son 9 ayda isə 3 dəfə görüşüblər. Cari ilin fevralında Azərbaycan Prezidenti İrana, avqustunda isə İran Prezidenti Azərbaycana səfər edib. Bu səfərlər zamanı ölkələr arasında 17 sənəd imzalanıb. Ümumilikdə isə iqtisadi sahəni əhatə edən 40-dan çox sənəd imzalanıb və 21 sənəd hazırda baxılmaqdadır. Dənizçilik, nəqliyyat, enerji, və başqa sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin reallaşdırılması üçün 9 işçi qrupu fəaliyyət göstərir. Qarşılıqlı iqtisadi münasibətlərin inkişafının nəticəsində bu ilin 9 ayında ölkələr arasındakı ticarət dövriyyəsinin həcmi 137, 65 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 59, 19 faiz çoxdur. Bunlardan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsi istiqamətində də işlər davam etdirilir və bu günlərdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti və Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı istismara veriləcək. Azərbaycan və İran ərazisindən keçəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin aparıcı hissəsi olacaq Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşası davam etdirilir.

Göründüyü kimi, geniş spektrli əməkdaşlıq əlaqələrinin mövcudluğu Azərbaycanın İrana qarşı tətbiq edilən sanksiyaların uzadılmasına biganə yanaşmadığını nümayiş etdirir. Azərbaycan həmişə İrana qarşı sanksiyaların tətbiqinin əleyhinə olub. Bunun əsasında isə hər iki ölkənin tarixən bir-birinə bağlılığı, xalqlarımızın eyni dinə və adət-ənənələrə malik olması, qohumluq əlaqələri dayanır.

İran sərt sanksiyalara məruz qaldığı dövrdə də Azərbaycan bu ölkə ilə əməkdaşlığını davam etdirib. Ötən il İran ilə Qərb dövlətləri arasında nüvə proqramına dair razılığın əldə olunması isə əməkdaşlıq əlaqələrinin genişlənməsinə səbəb oldu. Misal üçün, Azərbaycanda birgə avtomobil və dərman zavodlarının tikilməsi, Bakıda xəstəxananın inşası kimi birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə olundu.

Dünyada baş verən hər hansı siyasi prosesdən asılı olmayaraq, heç bir qüvvə Azərbaycanı başladığı işdən geri döndərə bilməz. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Azərbaycan dövləti müstəqil siyasət aparır və milli maraqlarını qorumağa çalışır. Azərbaycanın xarici siyasət konsepsiyasının əsasında başqa dövlətlərin işlərinə qarışmamaq da dayanır. Onu da qeyd edək ki, rəsmi Bakı hər hansı bir dövlətlə qurduğu münasibətləri üçüncü tərəflə müzakirə etmir və daha çox ikitərəfli əlaqələrin inkişafına üstünlük verir.

Digər tərəfdən, dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsi qeyri-neft sektorunun inkişaf etdirilməsini diktə edir. İran da Azərbaycan kimi neft ölkəsidir və neftin qiymətinin enməsi bu ölkənin də iqtisadiyyatına təsir göstərib və hökuməti alternativ yollar axtarmağa vadar edib. Beləliklə, aydın olur ki, hər iki ölkə üçün çıxış yolu qarşılıqlı investisiya yatırımı, ticarətin genişləndirilməsi, bir sözlə, qeyri-neft sektorunun inkişaf etdirilməsindədir. Azərbaycan ilə İranın həmsərhəd olması isə qeyri-neft sahəsində əməkdaşlıq üçün münbit şərait yaradır. Bu vəziyyətdən isə hər iki dövlət istifadə edib milli iqtisadiyyatlarını artırmaq fikrindədirlər. Qarşılıqlı faydalı əməldaşlıq isə rəsmi Bakı ilə Tehranın daha da yaxınlaşmasına və hər iki ölkənin milli iqtisadiyyatının inkişafına səbəb olacaq.

Ümumi təhlil onu göstərir ki, dünyanı bürümüş iqtisadi böhran hər iki neft ölkəsinə təsir edib və bu böhrandan çıxış yolu qarşılıqlı iqtisadi əməkdaşlıqdadır. Odur ki, İrana qarşı sanksiyaların müddətinin uzadılması Azərbaycanın bu ölkə ilə bağlı siyasətinə təsir göstərməyəcək.

Hələ 2006-cı ildə “Əl-Cəzirə” kanalına müsahibəsində Azərbaycan Prezidenti İranın nüvə proqramı ilə əlaqədar verilən sualı cavablandıraraq demişdi: “İran yaxın qonşumuzdur, İranda çoxlu sayda azərbaycanlı yaşayır və əlbəttə ki, biz onların taleyinə biganə deyilik. Ümumiyyətlə, regional miqyasda qonşunun təhlükəsizliyi sənin təhlükəsizliyin deməkdir. Bu, aksiomdur. Bizim yanaşmamız da məhz belədir. Ona görə də hesab edirik, narahatlıq doğuran hər bir məsələ danışıqlar yolu ilə, sülh yolu ilə həll edilməlidir. Burada təzyiq, hədə-qorxu gəlmək metodları məqbul deyil, onların heç bir xeyri olmayacaq”.

Azərbaycan Prezidentinin 10 il əvvəl söylədiyi fikirlər özünü praktikada doğrultdu. Yəni, indiyə kimi İrana qarşı tətbiq edilən sanksiyalar rəsmi Tehranı öz yolundan döndərə bilməmişdi və nəticədə Qərb dövlətləri diplomatiyaya üstünlük verdilər.

Əlbəttə ki, qarşılıqlı anlaşmanı imzalayıb sonra ona əməl etməmək nüfuza mənfi təsir edən amillərdəndir. Onu da nəzərə almaq lazımdır ki, ABŞ dünyanın super gücüdür və bu cür addımları özünə rəva görə bilər. Buna görə, heç bir dövlət ona etiraz etməyəcək. Lakin İran ilə anlaşma təkcə ABŞ ilə deyil, “altılıq” ölkələri ilə də imzalanıb. Avropa dövlətləri bu anlaşmadan iqtisadi maraqları üçün istifadə etməyə çalışırlar. Rusiya ilə münasibətlərin kəskinləşməsi, Suriya və İraqdakı problemlərə görə Amerika Avropa ilə ziddiyyətli münasibətlərə girməyəcək. Məhz buna görə də sanksiyaların müddətinin uzadılmasına münasibət bildirən Ağ Evin rəsmi nümayəndəsi Erik Şits bəyan edib ki, ABŞ qanunu birtərəfli qaydada qəbul edəcək. Bu isə Avropa dövlətlərinə “iqtisadi əlaqələri davam etdirə bilərsiniz” mesajı idi. Təsadüfi deyil ki, ötən il nüvə anlaşmasından dərhal sonra Fransanın, İtaliyanın neft şirkətləri İran ilə müvafiq müqavilələr imzaladılar və bu ölkəyə sərmayə yatırmağa hazırlaşırlar. Böyük Britaniya isə Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edib.

İrana qarşı siyasi təzyiqlərə gəldikdə isə Azərbaycan Prezidenti dövlətimizin bu məsələyə dair mövqeyini açıqlayaraq “NBC” telekanalına verdiyi müsahibədə deyib: “Biz qonşu İrana qarşı hər hansı hərbi əməliyyatın həyata keçirilməsini dəstəkləməyəcəyik. Azərbaycanın mövqeyi çox açıqdır. Hesab edirəm ki, bütün məsələlər dinc yolla, diplomatik səylərlə həll olunmalıdır”.

Bu gün dünya KİV-ləri ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatını yaydı. Bəyanatda deyilir ki, sanksiyaların uzadılması İran ilə əldə olunan nüvə proqramı haqqında birgə fəaliyyət planının həyata keçirilməsinə mane olmayacaq.

Bunun necə həyata keçəcəyini isə zaman göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO