Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan kinosu-2017: Zəngin yaradıcılıq ili

Azərbaycan kinosu-2017: Zəngin yaradıcılıq ili

Bakı, 29 dekabr, AZƏRTAC

Başa çatmaqda olan 2017-ci il Azərbaycan kinosu üçün də əlamətdar hadisələrlə yadda qalıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə sentyabrın 15-i ölkəmizdə ilk dəfə olaraq kino mövsümünün başlanğıc günü elan edilib. Bakıda və bölgələrdəki Heydər Əliyev mərkəzləri, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlərin nümayişi həyata keçirilib. Ümumilikdə, 242 mədəniyyət müəssisəsi film nümayişi məqsədilə hazır vəziyyətə gətirilib. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seanslar ayrılıb. İlin sonunadək nümayiş etdirilmək üçün 30 bədii, 60-dan çox sənədli film, o cümlədən Milli Qəhrəmanlara həsr olunan 15-dən artıq ekran əsərindən ibarət repertuar hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev AZƏRTAC-a müsahibəsində deyib ki, bu il maraqlı filmlər kino həvəskarlarının ixtiyarına verilib. İyunun 30-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçirilib. Rejissor Babək Şirinsifətin Qarabağ mövzusunda lentə aldığı ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gəlib. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət, öz arzusuna çatır - ata-anasının qəbirlərini ziyarət edə bilir.

Bütün kino işçilərinin səbirsizliklə gözlədikləri 2 avqust - Milli kino günündə isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filmi tamaşaçılara təqdim olunub. Məşhur rus yazıçısı Anton Çexovun “Albalı bağı” pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

“Bu il filmlərimiz beynəlxalq festivallarda da uğur qazanıb. Son dövrdə çəkilmiş ekran əsərlərimiz müxtəlif ölkələrdə keçirilən festivallarda mükafatlara layiq görülüb. Türkiyənin Alanya şəhərində mayın 23-dən 29-dək keçirilən ənənəvi beynəlxalq film festivalında ölkəmiz dörd tammetrajlı bədii film ilə təmsil olunub. Festivala Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” (rejissor Şamil Əliyev), “Həddən artıq uyğunluq” (Ülviyyə Könül), “İçərişəhər” (İlqar Safat) və “Qırmızı bağ” (Mirbala Səlimli) filmləri təqdim edilib. Festivalda filmlərin aktyor və yaradıcı heyəti müxtəlif mükafatlarla təltif olunublar”,- deyə Elşad Əliyev bildirib.

Qeyd olunub ki, “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalının “Qızıl tülkü” mükafatının qalibi olub. Film indiyədək 32 beynəlxalq kinofestivalda və forumlarda nümayiş olunub, müxtəlif mükafatlar qazanıb.

Avqustun 6-dan 26-dək Türkiyənin Trabzon şəhərində təşkil olunan beynəlxalq film festivalında isə ölkəmizi Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri təmsil edib. “Qırmızı bağ” bədii filmi üç “Altın kamança” mükafatına layiq görülüb. Filmdə rol alan Gülzar Qurbanova “Ən yaxşı qadın rolu”, Maqsud Məmmədov “Ən yaxşı kişi rolu”, Taleh Bədiyev isə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif olunub.

Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Türkiyədə 7-ci Malatya beynəlxalq film festivalında baş mükafata layiq görülüb. Ekran əsəri noyabrın 9-dan 16-dək davam edən festivalın tammetrajlı filmlər müsabiqəsində “Ən yaxşı film” seçilərək “Büllur ərik” mükafatını qazanıb. Noyabrda Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean Ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimində kino akademiyasının üzvü, rejissor İlqar Nəcəf də iştirak edib. Rejissorun “Nar bağı” filmi akademiyanın “Young Cinema Award” nominasiyasında qalib olaraq mükafatlandırılıb. Rejissor “Asiya Oskarı” kimi tanınan bu mükafatı ikinci dəfədir qazanıb. Bundan əlavə, film Qazaxıstanda keçirilən 13-cü Avrasiya beynəlxalq film festivalında da mükafata layiq görülüb. Ekran işinin baş qəhrəmanlarından Əməkdar Artist Qurban İsmayılov “Ən yaxşı kişi rolu” nominasiyasında qalib olub.

Türkiyədə keçirilən “Hak-iş” beynəlxalq qısametrajlı film yarışmasında azərbaycanlı rejissor Amil Məmiyevin “Qara bağ” filmi “Ən yaxşı film” nominasiyasının qalibi elan edilib. Eyni zamanda, filmin baş qəhrəmanı Elxan Abbasov festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Bu il həm də paytaxtımızda keçirilən II Türk Dünyası Sənədli Film Festivalı ilə də yadda qalıb. Festival Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Dünyası Qəzetçilər Federasiyası (TDQF) tərəfindən təşkil edilib. Festival türk xalqlarının bir-birini yaxından tanıması, müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəni dəyərlərini tanıtmaq və dünyaya təqdim etmək məqsədi daşıyırdı. Noyabrda Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılışı keçirilib. Layihə Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşıb.

Bakıda noyabrın 2-dən 12-dək VIII Avropa film festivalı keçirilib. Festivalın proqramına 18 ölkədən 21 ekran əsəri daxil edilib. Kino bayramı Azərbaycanın Avropa İttifaqı ölkələri ilə mədəni münasibətlərinin inkişafına kömək məqsədilə təşkil olunub.

Bu il, həmçinin tanınmış kino xadimlərinin yubiley mərasimləri, ustad dərsləri, gənc kinematoqrafçılarla görüşlər, ənənəyə çevrilən Buktreyler festivalı və digər maraqlı layihələrlə də yadda qalıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vüqar İbrahimli bildirib ki, kinostudiyada “Eviniz abad” (“Köşk”), “Nar bağı” bədii filmləri və vətənpərvərlik mövzusunda olan “Qarabağın səsi” qısametrajlı silsilə filmlərin növbəti buraxılışları təhvil verilib. “Faşizm bu gün” və “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli filmləri üzərində işlər davam etdirilib. Bundan başqa, 1968-ci ildə çəkilmiş “Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev” tammetrajlı sənədli filmi bərpa edilib, Azərbaycan və ingilis dillərində subtitrləri hazırlanıb. 2014-cü ildə çəkilmiş “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmi alt yazı vasitəsilə alman dilinə tərcümə edilib.

Onun sözlərinə görə “Salnaməfilm” studiyasında Xalq Artisti Rəşid Behbudova həsr olunan “Nəğmə dolu bir ürəyəm” sənədli filmi təhvil verilib. “Cırtdan və sehrli xalat” 3D formatda cizgi filminin üzərində yaradıcılıq işi davam etdirilib.

“Yaddaş” studiyası “Batalyon”, “Qürbətdə qalmış məzar” sənədli filminin və “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən V hissənin - 15 sənədli filmin istehsalı başa çatdırılaraq təhvil verilib, silsilənin VI hissəsi - 6 sənədli film istehsala buraxılıb.

“Azanfilm” studiyası “Əlifba” cizgi filmi təhvil verilib, “Balaca şahzadə” cizgi filmi üzərində işlər davam etdirilib. “Debüt” studiyasında “Yol ayrıcında qalmış taksi” (“Gecə taksisi”) adlı qısametrajlı bədii filmin, “Dublyaj” studiyasında isə “Vandam Remboya qarşı”, “Dağ kəndinin qış günü” və “Avtoportret” sənədli filmlərinin istehsalı başa çatdırılıb. “SS Production” şirkəti ilə birgə Xalq Yazıçısı Anarın həyat və yaradıcılığına həsr olunmuş “Ardı yaşanılır” adlı sənədli film istehsala buraxılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR