AZƏRBAYCAN MƏTBUATINDA PEŞƏ ETİKASININ QORUNMASI İLƏ BAĞLI MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 10-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuatda peşə etikasının qorunması ilə bağlı “İnkişaf” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi və Hüquqi və Demokratik İslahatlar Mərkəzi tərəfindən cari il iyunun 1-dən 30-dək keçirilmiş monitorinqin nəticələri açıqlanmışdır.
“İnkişaf” SİAM-ın direktoru Elşad Mirbəşiroğlu bildirmişdir ki, monitorinqin məqsədi ölkə mətbuatında gedən proseslərlə bağlı araşdırma aparmaq, mətbuatın ümumi intellektual səviyyəsini öyrənmək, insanların şərəf və ləyaqətinə toxunan məqamları üzə çıxarmaq, araşdırmanın nəticələrini ictimaiyyətin diqqətinə çatdırmaqla yol verilmiş pozuntulara qarşı ictimai qınağın formalaşdırılmasına və jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə yardım göstərmək olmuşdur. Seçmə yolu ilə 11 qəzetin monitorinqə cəlb edildiyi və bu zaman dəyərləndirmə meyarı kimi 4 prinsipin - jurnalistin peşə etikasını pozması, məlumat mənbəyinə istinad, şərəf və ləyaqətin toxunulmazlığı prinsipinin gözlənilməsi və plagiatlıq, faktların bilərəkdən təhrif edilməsi, böhtan, təhqir və əsaslandırılmamış ittiham prinsiplərinin əsas götürüldüyü qeyd edilmişdir.
Bir ay ərzində həmin kateqoriyalar üzrə bütövlükdə 161 pozuntu qeydə alınmışdır. E.Mirbəşiroğlu bildirmişdir ki, bütün kateqoriyalar üzrə pozuntulara ən çox “Yeni Müsavat”, “Azadlıq”, “Reytinq” və “Bizim yol” qəzetləri yol vermişdir. Siyahıya daxil edilmiş “Yeni Azərbaycan”, “Kaspi”, “İki sahil”, “Şərq”, “Səs”, “525-ci qəzet” və “Ayna” qəzetlərinin isə etik normalara əməl etdiyi, cüzi pozuntulara yol verdikləri qeyd edilmişdir.
Monitorinqlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]