AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKININ NİZAMNAMƏ KAPİTALI 20 MİLYON MANATA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) təsisçiləri nizamnamə kapitalını 20 milyon manata çatdırmışlar. Bununla əlaqədar 9 milyon ədəd əlavə səhm buraxılmışdır.
Nizamnamə kapitalının artırılmasında 6 səhmdar iştirak etmiş və mövcud payı mütənasib həcmdə artırmışlar. Nizamnamə kapitalının artması nəticəsində AMMB yerli banklar arasında yeddinci yerə yüksəlmişdir.
İlin əvvəlindən bankın kredit portfeli 48 faiz artaraq 170 milyon ABŞ dollarına çatmış, ilk beş ayda isə depozit portfeli 65 faiz artmışdır.
Bundan əlavə, mayda AMMB-nin Qazaxda yeni filialı açılmışdır. Daha 2 regional filialın açılması planlaşdırılır.