Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti startapçılarla görüşüb
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Biznes İnkubasiya Mərkəzində (BİM) startapçılarla görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev BİM-in yaradılması və inkişaf etdirilməsi, innovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verib.
BİM-in müdiri Vüsal Süleymanlı isə biznes inkubatorların startapçıların dəstəklənməsində və inkişafında rolundan danışıb.
Sonra bir sıra startaplar - “RainEnergy”, "AnimEDU”, "Hello Baku”,"11 Delivery", "My Engineer Mentor" və digər layihələr haqqında təqdimatlar olub.
Sonda akademik İbrahim Quliyev startap komandalarına öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]