Azərbaycan millisi çimərlik futbolu üzrə Avropa Liqasında növbəti oyununu keçirib
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan millisi Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirində ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin ikinci turunda millimiz Belarus yığması ilə qarşılaşıb. Görüş Belarus komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığma komandamız növbəti oyununu iyunun 24-də Portuqaliya seçməsinə qarşı keçirəcək.
İkinci oyun günündə İsveçrə yığması Almaniyanı 10:2, Portuqaliya millisi Fransanı 5:3, Ukrayna komandası isə İtaliyanı 6:5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, millimiz ilk turda Fransa yığmasına 4:1 hesabı ilə qalib gəlib.