Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN POLİSİ İCTİMAİ ASAYİŞİN VƏ SABİTLİYİN QORUNMASINDA ÇOX MÜHÜM ROL OYNAYIR

AZƏRTAC xəbər verir ki, iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 90-cı ildönümünə və bu ali təhsil ocağının 2007/2008-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli yubiley mərasimi keçirilmişdir.

Mərasimdə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatları, veteranlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Mərasimdə Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbrik məktubunu oxumuşdur.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymətə görə şəxsi heyət adından ölkəmizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Nazir demişdir ki, böyük ictimai və dövlət əhəmiyyəti kəsb edən polisin peşə bayramı, onun ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümüdür. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin və eyni zamanda məsul vəzifələri yerinə yetirən Azərbaycan polisi, bu tarixi günü - qanuna, xalqa, dövlətə, Prezidentinə sədaqətli xidməti ilə qarşılayır.

Ramil Usubov bildirmişdir ki, tarixi inkişaf yolunu çox çətin bir şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 2 iyul tarixli qərarı ilə yaradılmış asayişi mühafizə dəstələrinin fəaliyyətindən başlayan polis orqanları ilk müstəqil dövlətimizin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamışdır. Polisi dövlətin zəruri təsisatlarından, mühüm sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev məhz bu tarixi faktı nəzərə alaraq iyulun 2-sini “Azərbaycan polisi günü” elan etmişdir.

Nazir bildirdi ki, Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verildi.

Şəxsi heyətin milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz polis, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşun hissələri olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bu döyüşlərdə əsl qəhrəmanlıq, igidlik və şücaət göstərən 933 əməkdaşımız və hərbi qulluqçumuz şəhid olmuş, 1700 nəfərdən çoxu yaralanmışdır.

Ramil Usubov vurğulamışdır ki, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə xalqın və ölkənin gələcəyi ilə bağlı ağır bir məsuliyyəti öz üzərinə götürmüş Heydər Əliyev dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşən Vətənimizi qüdrətli və sarsılmaz iradəsi, siyasi uzaqgörənliyi və böyük nüfuzu sayəsində xilas etmişdir. Özünün dahiyanə siyasi gedişləri ilə qısa müddət ərzində dövlətin taleyüklü problemlərini həll edərək vətəndaş müharibəsinin, separatçılıq təzahürlərinin, Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsinin qarşısını almış, cəbhə xəttində atəşkəsə nail olmuşdur. Müstəqil Azərbaycanın tarixində yeni bir eranın - Heydər Əliyev mərhələsinin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapmışdır.

Nazir demişdir ki, Prezident İlham Əliyev Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi üçün son dərəcə vacib olan Heydər Əliyev siyasi kursunu ardıcıllıqla davam etdirərək respublikanın həyatında yeni inkişaf mərhələsinin başlanmasına nail olmuşdur.

Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlərlə ölkəmizin iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, sosial tərəqqiyə xidmət edən mükəmməl proqramların yerinə yetirilməsində böyük uğurlar əldə edilmişdir. Bütün bunların əsasında isə başlıca nailiyyətlərimizdən olan ictimai-siyasi sabitlik dayanır. Bu mənada, daxili işlər orqanlarının qarşısında ölkə rəhbərinin tələb və tövsiyələrindən irəli gələn dövlətin maraqlarının etibarlı qorunması, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizənin peşəkarlıqla həyata keçirilməsi, ölkədəki əlverişli investisiya mühitinin davamlılığı üçün zəruri olan ictimai asayişin təmin edilməsi, müasir dövrün çağırış və təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsi kimi vacib vəzifələr durur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı daxili işlər orqanlarında islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Proqram əsasında həyata keçirilən tədbirlər çərçivəsində nazirliyin strukturunda bəzi idarələr təsis olunmuş, əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük əhəmiyyət kəsb edən xüsusi texnika, avadanlıq və vasitələr alınmış, yeni informasiya sistemlərinin tətbiqinə başlanılmışdır. Bir çox struktur qurumlar üçün inzibati binalar inşa edilmiş, avtomobil parkı xeyli genişləndirilmiş və müasirləşdirilmişdir.

Ölkəmizin başçısının sərəncamları ilə şəxsi heyətin vəzifə və rütbəyə görə maaşlarının ardıcıllıqla artırıldığını, bir sıra əlavə sosial ödənişlərin müəyyən olunduğunu deyən Ramil Usubov bildirmişdir ki, uzun illər öz xidməti borcunu şərəflə yerinə yetirmiş, dəyərli ənənələr yaratmış veteranlarımızın, Vətən uğrunda və xidməti vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş əməkdaşlarımızın, şəhid olmuş silahdaşlarımızın ailələrinin sosial müdafiəsi də diqqət mərkəzindədir. Respublikada əmin-amanlığın təmin edilməsində xüsusi xidmətlərinə, dövlət quruluşunun müdafiəsində fəal iştirakına, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən cəsarət göstərdiklərinə görə ulu öndər və Prezident İlham Əliyev tərəfindən yüzlərlə polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçusu dövlət mükafatlarına, o cümlədən 67 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.

Respublikada cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş 1994-cü il tarixli Prezident Fərmanından ötən 14 ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 21.700 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 37 minə yaxın odlu silah yığılmış, nəticədə onun tətbiqi ilə törədilən cinayətlərin sayı 1992-ci illə müqayisədə 8,3 dəfə azalmışdır. Axtarışda olan 73 minə yaxın təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 4 tondan artıq narkotik vasitə çıxarılmışdır. Artıq uzun illərdir ki, Azərbaycan əmin-amanlığın yüksək səviyyədə qorunduğu ən təhlükəsiz ölkələrdəndir, asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB, eləcə də Şərqi Avropa məkanında ön sıralardadır.

Nazir vurğulamışdır ki, peşə bayramı ərəfəsində ölkəmizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusilə fərqlənən daha 65 əməkdaş dövlət mükafatları ilə təltif olunmuş, fəxri adlar almış, 4 nəfərə ali xüsusi rütbələr verilmişdir. Bununla bərabər, Daxili İşlər Nazirliyi sistemi əməkdaşlarının, hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə aylıq pul təminatları artırılmışdır.

Ramil Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanlarının əməkdaşları və hərbi qulluqçuları bundan sonra da Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, qanunla müəyyən edilmiş vəzifələrini, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, öz andına sadiq qalaraq sabitliyin və hüquq qaydasının keşiyində sayıqlıqla dayanacaqlar.

Yubiley mərasiminin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Xidmətdə fərqlənən bir qrup əməkdaş mükafatlandırıldıqdan sonra Polis Akademiyasının növbəti buraxılışının məzunlarına zabit rütbəsi və diplomlar verilmişdir.

Daxili işlər naziri Ramil Usubov təhsili əla qiymətlərlə başa vurduqlarına görə 5 məzuna fərqlənmə diplomu və polis baş leytenantı rütbəsi təqdim etmişdir.

Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş Elmar Hacıyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurmuşdur.

Sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilmiş, “Azərbaycan polisi” marşı ifa olunmuşdur.

Daxili işlər orqanlarının şəxsi heyəti və Polis Akademiyasının məzunları təntənəli marşla tribunanın qarşısından keçmişlər.

Sonda Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların müdafiə vasitələri nümayiş etdirilmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO