Azərbaycan-Polşa biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin rəhbəri Yusif Abdullayev qurumun əsas fəaliyyəti və hədəfləri barədə məlumat verib, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Polşa biznes forumunun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.