Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ KASPAR VİLLİGER İLƏ GÖRÜŞÜ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 2-də Nyu-Yorkda, onun üçün ayrılmış iqamətgahda İsveçrə Konfederasiyasının prezidenti Kaspar Villiger ilə görüşmüşdür. 

Cənab Kaspar Villigeri səmimiyyətlə salamlayan respublikamızın Prezidenti HEYDƏR ƏLİYEV dedi:

-Dünya İqtisadi Forumu Davosda keçiriləndə mən oraya gəlirəm. İndi bu forum Nyu-Yorkda keçirilir, mən də Nyu-Yorka gəlmişəm.

Azərbaycan Prezidenti ilə görüşməkdən çox məmnun olduğunu bildirən KASPAR VİLLİGER dedi:

-Cənab Prezident, biz Sizinlə bir neçə il bundan əvvəl Bakıda və Davosda görüşmüşük. Mənim üçün çox xoşdur ki, indi də Sizinlə Nyu-Yorkda görüşürük. Sizinlə hər bir görüş həmişə məndə xoş duyğular yaradır.

Hörmətli Prezident, Sizinlə burada görüşmək mənim üçün çox xoşdur, lakin mən Sizi gələn il Davosda görməkdən daha çox məmnun olardım.

HEYDƏR ƏLİYEV: Mən mütləq Davosa gələcəyəm.

KASPAR VİLLİGER: Cənab Prezident, mən elə bilirəm ki, dəhşətli 11 sentyabr faciəsindən sonra Nyu-Yorka gəlmək yaxşı haldır.

HEYDƏR ƏLİYEV: Mən Dünya İqtisadi Forumunun açılış mərasimində sizin çıxışınızı dinlədim. Siz çox yaxşı danışdınız. Mühüm məsələləri çox yaxşı qeyd etdiniz. Yaxşı çıxışınıza görə mən sizi təbrik edirəm. Siz həmin çıxışınızda Dünya İqtisadi Forumuna böyük bir yol göstərdiniz. Forum çox yaxşı keçir. Dünyanın əksər ölkələrindən buraya nümayəndələr gəlmişdir.

KASPAR VİLLİGER: Cənab Prezident, mənim haqqımda dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Bilirsiniz, Dünya İqtisadi Forumunun Davosda keçirilməsi üçün lazımi işlər görmədiyimə görə bizim ölkədə - İsveçrədə məni tənqid edirlər. Lakin mən elə bilirəm ki, təbliğat üçün deyil, problemlərin həll olunması üçün işləmək lazımdır. Mənim fikrimcə, Nyu-Yorkda da biz əsas problemləri həll etməyə çalışmalıyıq. Çünki Davos Dünya İqtisadi Forumunun əsas istiqaməti də bundan ibarətdir.

Biz gərək həmişə çoxlu fikir mübadiləsi aparaq. Davos İqtisadi Forumu kimi tədbirlər olmasa, gərək üç ay vaxt sərf edib dünyaya gəzintiyə çıxaq ki, bir-birimizi görək.

HEYDƏR ƏLİYEV: Doğrudur. Davos Forumu dünya üçün həqiqətən çox vacib və önəmli bir forumdur. Ona görə də bu Forumun işində hər il xeyli ölkədən nümayəndələr iştirak edir.

Mən üçüncü dəfədir ki, bu Forumda iştirak edirəm. Mən Dünya İqtisadi Forumunda iştirak etmək üçün iki dəfə Davosda olmuşam, üçüncü dəfə isə Nyu-Yorka gəlmişəm. Çox məmnunam ki, sizinlə görüşüb söhbət edirik. Biz sizinlə həm Bakıda, həm də Davosda görüşmüşük. Siz nazir olanda mən sizinlə görüşmüşəm. Xatirimdədir, iki il bundan əvvəl Bakıda görüşümüz zamanı dediniz ki, siz iki ildən sonra İsveçrənin prezidenti olacaqsınız və biz Davosda görüşəcəyik. İndi görürsünüz, sizin dedikləriniz doğru oldu. İki ildən sonra, yəni indi siz həm prezidentsiniz, həm də biz görüşürük.

KASPAR VİLLİGER: Cənab Prezident, bilirsiniz, bizim ölkəmizdə prezident olmaq üçün elə bir böyük bacarıq lazım deyildir. Bizim ölkədə cəmi 7 nazir var. Bu 7 nazir növbə ilə prezident olurlar. Mən artıq 1995-ci ildə bir dəfə prezident olmuşam, yəni indi ikinci dəfədir ki, prezident oluram. Amma bu dəfə yalnız bir il prezident işləyəcəyəm.

HEYDƏR ƏLİYEV: Hər halda indi prezidentsiniz. Prezidentliyə necə gəlməyinizin elə bir əhəmiyyəti yoxdur. Siz mənə demişdiniz ki, prezident olacaqsınız, amma bunun üçün yaşamaq da lazımdır.

Mən sizə Davos haqqında bir kitab göstərmək istəyirəm. Görürsünüz, biz Davosa nə qədər böyük əhəmiyyət veririk. Bu kitab “Davos: Qlobal İqtisadiyyatın üfüqləri” adlanır. Baxın, burada bizim görüşümüz haqqında şəkil də var.

KASPAR VİLLİGER: Mənə elə gəlir ki, bir qədər dəyişmişəm.

HEYDƏR ƏLİYEV: Yox, heç dəyişməmisiniz. Mən dəyişmişəm, amma siz dəyişməmisiniz.

X X X

(Sonra dövlətimizin başçısı Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin Katibliyi tərəfindən hazrlanıb nəfis tərtibatda nəşr olunmuş “Davos: Qlobal İqtisadiyyatın üfüqləri” kitabını cənab Villigerə hədiyyə etdi).

İsveçrə Prezidenti hədiyyə üçün minnətdarlığını bildirdi.

Söhbət zamanı zəngin ehtiyatlara malik müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə İsveçrə Konfederasiyasının xüsusi əhəmiyyət verdiyini vurğulayan cənab Kaspar Villiger ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara böyük maraq göstərdi.

Bazar münasibətləri, demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən tədbirlərdən, islahatların müvəffəqiyyətlə aparılması nəticəsində əldə olunmuş uğurlardan bəhs edən Prezident Heydər Əliyev dedi ki, iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha sıx bağlanmasına çalışan Azərbaycan xarici ölkələrlə, o cümlədən İsveçrə ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.

Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın ərazisinin 20 faizinin işğal olunmasından, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla çıxarılaraq çadırlarda ağır vəziyyətdə yaşamasından söhbət açan dövlətimizin başçısı münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən də bəhs etdi.

Respublikamızın Prezidentini diqqətlə dinləyən cənab Villiger dedi ki, onun ölkəsi Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirməyə hazırdır və Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında lazımi səylər göstərəcəkdir.

Görüşdə beynəlxalq aləmdə və regionda vəziyyət, hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO