Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ŞƏKİYƏ SƏFƏRİ
TEATR MEYDANINDA ŞƏHƏR SAKİNLƏR İLƏ GÖRÜŞ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Olimpiya idman kompleksinin açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının qarşısındakı meydana gəldi. Teatr meydanına aparan geniş küçəyə çıxan Şəki sakinləri Azərbaycan Prezidentini böyük məhəbbətlə salamlayır, ona bəslədikləri hörmət və ehtiramlarını bir daha ifadə edirdilər. 

Meydana toplaşan on minlərlə şəkili - ictimaiyyətin nümayəndələri, ağsaqqallar, gənclər, uşaqlar dövlətimizin başçısı Heydər Əliyevi böyük mehribanlıqla, hərarətli alqışlarla, “Heydər baba” nidaları ilə qarşıladılar. Teatrın binasında Azərbaycanın dövlət bayraqları, respublikamızın rəhbərinin böyük portreti, Prezidenti salamlayan transparantlar, onun kəlamları yazılmış şüarlar asılmışdı.

Şəkililər Prezident Heydər Əliyevə yaxınlaşaraq, bu günü səbirsizliklə gözlədiklərini vurğulayır, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizdə əmin-amanlığın və sabitliyin təmin edilməsi, bazar iqtisadiyyatının inkişafı üçün əlverilşli şərait yaratdılması sahəsində gördüyü böyük işlərə, ədəbiyyat, incəsənət və mədəniyyət işçilərinə, gənclərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Gənclər öz sevimli liderlərini, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevi səmimiyyətlə salamladılar, Şəkidə gözəl və nəhəng idman kompleksinin istifadəyə verilməsinə görə bir daha təşəkkür etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev Teatr meydanına toplaşanlar qarşısında çıxış etdi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

-Əziz şəkililər!

Əziz dostlar!

Əziz bacı-qardaşlar!

Mən sizin hamınızı salamlayıram. Sizə öz dərin hisslərimi bildirmək istəyirəm.

Mən bu gün sizin doğma şəhərinizdəyəm, Azərbaycanın gözəl şəhərlərindən biri Şəkidəyəm. Bilirsiniz, ola bilər, bəziləriniz də iştirak etmisiniz, biz burada böyük Olimpiya idman kompleksi açdıq. Azərbaycan Milli Olimpiya Komistəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə gözəl bir kompleks tikilibdir. Bu, şəkililərə Milli Olimpiya Komitəsi tərəfindən, İlham Əliyev tərəfindən böyük bir hədiyyədir. Bu kompleks şəkililər üçün, gənclər üçün böyük imkanlar yaradacaq ki, onlar idmanla məşğul olsunlar, öz güclərini sınasınlar, yaxşı idmançı, sağlam insanlar olsunlar, fiziki cəhətdən möhkəm olsunlar və Azərbaycanın dəyərli, sədaqətli vətəndaşları olsunlar.

“Biz orada, kompleksdə böyük bir mitinq keçirdik. Mən indi “Şəki-İpək” Açıq Tipli Səhmdar Cəmiyyətinə gedirəm. Təsəvvür edə bilməzdim ki, bu gözəl, çox uzun küçədə, prospektdə bu qədər adam toplaşıbdır. Ümumiyyətlə, mən bilirəm ki, Şəkidə çox adam yaşayır, amma bu qədər əhalinin yaşadığını bilmirdim. Sizə təşəkkür edirəm ki, buraya yığışmısınız, mənimlə görüşmək istəyirsiniz. Mən də sizinlə görüşmək istəyirəm. Ancaq, sadəcə, sizə əziyyət vermək istəmirdim ki, küçəyə yığılasınız. Amma siz özünüz yığılmısınız. Çox sağ olun, hamınıza təşəkkür edirəm.

Bilirsiniz, mən bu küçə ilə, prospektlə gələrkən gördüm ki, adam çoxdur. Avtomobili bir az asta sürürdülər, baxırdım və əl edirdim. İnsanları gördüm, - gənclər, uşaqlar, qadınlar, kişilər, yaşlı adamlar, lap yaşlı qadınlar, kişilər, - hamısı öz münasibətlərini nə qədər böyük məhəbbətlə, sevgi ilə göstərirdilər. Mən bunu çox yüksək qiymətləndirirəm. Mən bunu sizin, şəkililərin Azərbaycanın müstəqil dövlətinə, dövlətçiliyinə olan münasibətiniz və sədaqətiniz kimi qiymətləndirirəm. Sizin şəxsən mənə olan münasibətiniz kimi qiymətləndirirəm.

Siz mənə doqquz il bundan öncə etimad göstərmisiniz, Azərbaycanın Prezidenti seçmisiniz. Mən doqquz ildir sizinlə bərabər çalışıram. Sizin dəstəyinizlə, köməyinizlə əlimdən gələni etmişəm və edirəm ki, müstəqil Azərbaycan inkişaf etsin. Bugünkü bu görüşləri, - həm idman kompleksində, həm də bu meydanda, - sizin mənə göstərdiyiniz etimadınız kimi qəbul edirəm. Güman edirəm ki, əgər mən sizin etimadınızı indiyə qədər doğrultmasaydım, siz bu qədər hissiyyatlarla küçələrə çıxmazdınız. Əmin olun, mən xalqın yolunda, müstəqil Azərbaycanın inkişafı yolunda, millətimizin gələcəyi yolunda çalışacağam. Sizə arxalanaraq, daim dəstəyinizi hiss edərək çalışıram və çalışacağam. Əmin olun ki, sizin mənə göstərdiyiniz etimadı bundan sonra da doğruldacağam.

Çox sağ olun, təşəkkür edirəm. Burada mahnı ifa edən qız o qədər gözəl oxuyurdu ki, istəyirəm o, bir mahnı da oxusun və biz birlikdə qulaq asaq. Mən də onun yanında duracağam.

X X X

Gənc müğənni Hüseyn Cavidin şerlərinə bəstələnmiş yeni mahnılardan ibarət kasseti Prezident Heydər Əliyevə hədiyyə etdi, “Gözəllik bir sevgidir”, “Qaçqın” və “El atası” mahnılarını oxudu.

Respublikamızın rəhbəri mahnıları maraqla dinlədi, mügənniyə və meydana toplaşanlara bir daha təşəkkürünü bildirdi.

X X X

“ŞƏKİ-İPƏK” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİNDƏ GÖRÜŞ

Azərbaycan Prezidenti Heydər Əliyev Teatr meydanından “Şəki-İpək” Açıq Tipli Səhmdar Cəmiyyətinə gəldi.

Müəssisənin əməkçiləri dövlətimizin başçısını hərarətli alqışlarla, səmimiyyətlə qarşıladılar, gül dəstəsi təqdim etdilər. Onların əllərində Azərbaycanın dövlət bayraqları, Prezident Heydər Əliyevin portretləri, “Cənab Prezident, “Şəki-İpək” Açıq Tipli Səhmdar Cəmiyyətinə yenidən həyat bağışladığınıza görə şəkililər Sizə minnətdardır”, “İpək Şəkinin şöhrətidir”, “Cənab Prezident, Azərbaycanın müstəqilliyi yolunda apardığınız müdrik siyasət ürəyimizcədir” sözləri yazılmış transparantlar var idi.

Prezident Heydər Əliyev ipəkçilərlə səmimi görüşdü, onları salamladı.

Əməkçilər müəssisənin bugünkü iş ahənginə görə Azərbaycan rəhbərinə minnətdarlıqlarını bildirdilər və dedilər ki, cənab Prezident, biz çörəyimizi Sizin sayənizdə qazanırıq. Siz vaxtilə respublikadan getdikdən sonra bizim işimiz dayandı, güzaranımız pisləşdi. İndi çox sevinirik ki, Siz yenidən rəhbərliyə qayıtdınız və ailələrə, xeyir-bərəkət gətirdiniz. Biz bunu heç vaxt unutmayacağıq.

Səhmdar cəmiyyətinin sədri ELMAN QARAYEV dövlətimizin başçısına məlumat verərək dedi ki, Şəkidə ipəkçiliyin, ipək sənayesinin zəngin tarixi var. Vaxtilə Sovet İttifaqında bu sahədə ən böyük müəssisə sayılan Şəki İpək Kombinatı isə 1931-ci ildə yaradılmışdı. Hazırda burada 700-ə yaxın işçi çalışır və gələcəkdə onların sayı 1500 nəfərə çatdırılacaqdır. Müəssisənin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sizin imzaladığınız Sərəncam hamımızı sevindirmiş və ruhlandırmışdır. İqtisadi İnkişaf Nazirliyinin müəssisəyə ayırdığı 2 milyard manat vəsaitin köməyi ilə burada xeyli iş görülmüş və yeni iş yerləri açılmışdır.

Baramaaçan, burucu, boyaq-bəzək, toxucu və xalça sexləri bərpa olunmuşdur və hazırda fəaliyyət göstərir. İpəkdən toxunan xalçalar gələcəkdə dünya bazarına, o cümlədən Almaniyaya, Fransaya, ABŞ-a ixrac olunacaqdır. İndi respublikamızda 120 ton barama istesal olunur. Amma bizim 3 min ton baramaya ehtiyacımız var və onu Özbəkistandan alırıq.

Dövlətimizin başçısı ayrı-ayrı sexləri gəzdi, müəssisənin iş şəraiti ilə yaxından tanış oldu, vaxtilə və indi istehsal olunan məhsulların nümunələrinə, ipəkdən toxunmuş xalçalara baxdı.

HEYDƏR ƏLİYEV: Bu ipək xalçaları maşınla toxuyurlar?

ELMAN QARAYEV: Xeyr, əl ilə toxunur.

HEYDƏR ƏLİYEV: Çox çətin məsələdir.

ELMAN QARAYEV: Bəli, çətindir.

HEYDƏR ƏLİYEV: Başa düşürəm, bu, rentabellidirmi, xeyri varmı?

ELMAN QARAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Bir xalçanı neçə vaxta toxuyurlar.

ELMAN QARAYEV: Bir xalçanı 2 nəfər iki aya toxuyur.

HEYDƏR ƏLİYEV: Özü də əl ilə. Bunu əl ilə toxumaq yun sapla toxumaqdan çətindir.

ELMAN QARAYEV: Bəli, çox çətindir.

HEYDƏR ƏLİYEV: Yaxşı, iki aya toxuduğunuz xalça neçəyə satılır?

ELMAN QARAYEV: Cənab Prezident, bir kvadratmetrinə 100 ABŞ dolları, yəni 500 min manat veririk. Amma satışda 1200-1500 ABŞ dollarıdır. Bu da müəssisəyə 25 faiz mənfəət gətirir.

HEYDƏR ƏLİYEV: Buna çoxdan başlamısınız?

ELMAN QARAYEV: Yox, cəmi 3-4 gündür başlamışıq.

HEYDƏR ƏLİYEV: Bunu İranda çox toxuyurlar.

ELMAN QARAYEV: Bəli, İranda neftdən sonra, xalça mühüm ixrac məhsulu hesab olunur.

HEYDƏR ƏLİYEV: Bu krep şallar indi alınır?

ELMAN QARAYEV: Bəli, yenidən dəbə düşür.

HEYDƏR ƏLİYEV: Keçmişdə çox dəb idi. Bunlar keyfiyyətli olur. Hansı gənc evlənmək istəyirdisə, mütləq gəlininə bundan almalı idi, bunsuz olmazdı. Deyəsən, bunlar sonra yoxa çıxdı. İndi dəbə düşür, alırlar. Kəlağayılar da o vaxt dəbdə idi. O vaxt, 1970-ci illərdə biz bunların istehsalını qaydaya salmışdıq. İndi belə məhsula tələbat varmı?

ELMAN QARAYEV: Bəli var. Amma bazarda Çindən, Koreyadan gətirilən ipəklər həddindən artıq ucuzdur.

HEYDƏR ƏLİYEV: Onlar ucuz başa gəlir. Rusiyada necə, bunlardan toxuyurlar?

ELMAN QARAYEV: Bəli, Rusiyada da toxuyurlar. Çünki baramanı, sapları özləri isteshal edir və toxuyurlar. Ona görə də ucuz başa gəlir.

HEYDƏR ƏLİYEV: Təbii ipəklər keçmişdə daha qiymətli idi. İndi də elədir.

ELMAN QARAYEV: Cənab Prezident, əgər bəzi dəzgahlarımızı dəyişib bunları toxuya bilsək, dünya bazarına çıxa bilsək, bizdə də keyfiyyətli alınacaqdır. Hazırdakı dəzgahlar buna imkan vermir.

HEYDƏR ƏLİYEV: Biz 1970-ci illərdə bu işi görürdük. Bunlar hamısı buranın məhsuludur. Başqa yerlərdən gəlməyibdir. Vaxtilə biz bunların hamısını isteshal etmişik. Başa düşürəm, indi hər şey dəyişilibdir. Dəzgahlar da, tələbat da dəyişbdir.

ELMAN QARAYEV: Biz hərbçilər üçün paltar da tikirik. Həm qış, həm də yaz-yay paltarı.

Prezident Heydər Əliyev məhsul istehsalının həcminin artırılması, keyfiyyətin yüksəldilməsi üçün lazımi tapşırıqlar, tövsiyələr verdi. Dövlətimizin başçısı müəssisənin əməkçilərinə işlərində uğurlar arzuladı, onlarla səmimiyyətlə sağollaşdı.

İpəkçilər Prezidenti hərarətlə yola saldılar.

X X X

ŞƏKİ XANLARININ SARAYI İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra ölkəmizin məşhur memarlıq abidələrindən olan Şəki xanlarının sarayına yola düşdü. Yol boyu şəhər sakinləri respublikamızın rəhbərini alqışlayır, sevimli Prezidentə məhəbbətlərini ifadə edirdilər. Dövlətimizin başçısı şəkililəri səmimiyyətlə salamlayır, ona göstərilən ehtirama görə təşəkkürünü bildirirdi.

Sarayın direktoru NEMƏT HACIYEV bu qədim abidə barədə məlumat verdi. O, bildirdi ki, XVIII əsrdə tikilmiş, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən, iki tərəfdən çayla əhatə edilmiş, Şəki xanlarının sarayı bərpa olunur. 2004-cü ilin birinci yarısında başa çatacaq bərpa işlərini Almaniya şirkəti həyata keçirir. Şəkidə tarixi abidələr çoxdur, onlar dövlət tərəfindən qorunur, mühafizə olunur.

Cənab Prezident, bu tarixi abidələrə ikinci ömrü verən Sizsiniz. Bütün tarixi abidələrin bərpası üçün sərəncamlar vermisiniz. Alban məbədi, M.F.Axundovun ev muzeyi bərpa edildi, S.Rəhmanın ev muzeyi yaradıldı. Sizin bu xidmətiniz danılmazdır. 1999-cu ildə Sizin hakimiyyətə gəlməyinizin 30 illiyi ilə əlaqədar keçirilən tədbirdə demişdiniz ki, Şəkidə vəziyyət bundan sonra daha da yaxşı olacaqdır. Bu, həqiqətdir. Çünki respublikamız kimi, Şəki də günbəgün inkişaf edir, gözəlləşir. Bu gün rayonumuzda əsl toy-bayramdır.

Mədəniyyət Nazirliyinin mədəni irsin qorunması layihəsinin işçi qrupunun rəhbəri Rüstəm Muxtarov bildirdi ki, iki ay əvvəl Almaniyanın “DEPTKMALPFLEQ” şirkəti sarayda bərpa işlərinə başlamışdır. Bu işləri Dünya Bankının verdiyi kredit hesabına görülür.

ABİD ŞƏRİFOV \baş nazirin müavini\:Cənab Prezident, ümumiyyətlə, Dünya Bankı belə abidələrin bərpasına maliyə yardımı göstərir. Şirvanşahlar sarayının, Mömünə xatın türbəsinin və bu sarayın bərpasına 7,5 milyon kredit ayırıbdır.

HEYDƏR ƏLİYEV: Sən özün memarsan?

RÜSTƏM MUXTAROV: Bəli, memaram, 27 ildir bu sahədə çalışıram. Bu binada altı dəfə bərpa işi aparılıbdır. Sonuncu dəfə 1966-cı ildə bərpa işləri aparmışlar və Leninqraddan olan rəssamlar içəridəki naxışları bərpa ediblər. Burada çoxlu səhvlərə yol verilmişdir. Dam səviyyəsində dəmir-beton kəmər düzəldilmişdir. Onu düz hesablamayıblar, ona görə də görürsünüz, bəzi yerlərdə əyintilər var. Biz o kəmərin əvəzinə alternativ kəmər çəkməliyik. Naxışları yoxlayarkən məlum oldu ki, orada üç qat naxış var. Alman mütəxəssislər həmin naxışları açıb bərpa işlərini tamamlamalıdılar.

 

HEYDƏR ƏLİYEV: Demək, o naxışlar altda qalıbdır. Onların üstünü açacaqlar?

RÜSTƏM MUXTAROV: Bəli. Ümumi bərpa işləri qurtarandan sonra naxışlara başlayacaqlar. 2004-cü ilin ikinci rübünədək bərpa işləri davam edəcəkdir.

HEYDƏR ƏLİYEV: Onlar bu işləri özləri görürlər, bərpaçıdırlar?

RÜSTƏM MUXTAROV: Bəli, özləri edirlər və bizim uşaqları da öyrədirlər.

HEYDƏR ƏLİYEV: Onlar burada yaşayırlar?

RÜSTƏM MUXTAROV: Bəli, kirayəyə ev tutublar, iki aydır burada yaşayırlar. Bərpa işləri başa çatana kimi burada yaşayacaqlar.

Dövlətimizin başçısı Almaniya şirkətinin nümayəndəsi Hernan Gişing ilə söhbət etdi. O, Prezident Heydər Əliyevə görülən işlər, gələcək planlar barədə məlumat verdi.

Respublikamızın rəhbəri sarayın otaqlarını gəzdi.

BƏXTİYAR VAHABZADƏ \xalq şairi, Milli Məclisin deputatı\: Cənab Prezident, bura xanın müşavirə otağı olubdur.

HEYDƏR ƏLİYEV: Bu da buxarıdır. Qərbdə, Rusiyada və başqa yerlərdə “kamin” deyirlər. İndi Azərbaycanda da hamı kamin tikdirir. Amma buxarı düzəltmək lazımdır. Naxçıvanda bizim kiçik otağımız, onun buxarısı var idi. O, bizə çox kömək edirdi.

BƏXTİYAR VAHABZADƏ: Bura isə divanxana olubdur. İkinci mərtəbədə yaşayış otaqları yerləşirdi. Bu rənglər sarağan ağacından hazırlanmış təbii boyalardır.

HEYDƏR ƏLİYEV: Bunların hamısı təbii rənglərdir. Yəni bitkilərdən, yarpaqlardan, otlardan hazırlanan boyalardır.

BƏXTİYAR VAHABZADƏ: Biz sarağandan boya alan zavod yaratsaq, bütün dünyada məşhur olar. Bu rənglər 500-1000 il gedir.

HEYDƏR ƏLİYEV: Bunlar isə xüsusi şüşədir. İşıq düşəndə daha da gözəl olur.

Bilirsiniz, Naxçıvan xanlarından biri Cəfərqulu xan idi. Mömünə xatın türbəsinin yanında onların böyük bir evləri var idi. İndi oranı muzey ediblər. Mömünə xatın türbəsi XII əsrdən durur. XII əsrdə Əcəmi Naxçıvaninin yaratdığı bir neçə abidə var. İbn Küseyir, Qarabağlar türbələri və s. də var.

YAQUB MAHMUDOV \Milli Məclisin deputatı, tarixçi alim\: Cənab Prezident, Cənubi Azərbaycanda, Təbrizdə də var.

BƏXTİYAR VAHABZADƏ: Naxçıvandakı Qarabağların bu Qarabağla əlaqəsi varmı?

HEYDƏR ƏLİYEV: Qarabağın böyük bir hissəsi Naxçıvan xanlığının tərkibində olubdur.

YAQUB MAHMUDOV: Zəngəzur da Naxçıvanın tərkibində olubdur.

BƏXTİYAR VAHABZADƏ: Cənab Prezident, Ermənistanda da bir Şəki kəndi var. Onun bu Şəkiyə aidiyyatı varmı?

HEYDƏR ƏLİYEV: Bəli, mən o kəndi görmüşəm. Şahbuzdan dağı aşıb gedəndə yolun üstündədir. Orada bir çay var idi, ermənilər hidrostansiya tikib adını Şəki SES qoydular. Bəli, Şəki kəndi var, amma azərbaycanlı kəndi idi.

YAQUB MAHMUDOV: Cənab Prezident, onlar saklardır, özü də Culfadan gediblər. Culfada Göynük kəndi də var, oğuzlarla bağlı addır. Sonra onlar Təbrizə köçüblər. Ordubadın camaatı Təbrizdən gələnlərdir. İpəkçilik də oradan keçibdir.

HEYDƏR ƏLİYEV: Keçmişdə Göynük kəndində mənim bir qohumum yaşayırdı.

BƏXTİYAR VAHABZADƏ: Ümumiyyətlə, Ordubad ilə Şəki arasında oxşarlıq, yaxınlıq var. Psixoloji cəhətdən, ipəkçilik, yeməklər baxımından, zarafat, yumor - hamısı eynidir.

HEYDƏR ƏLİYEV: Ordubadın ləhcəsi Təbriz ləhcəsinə çox yaxındır. Məsələn, Fikrət Sadıqovu danışdırın, görəcəksiniz ki, o, həmin ləhcədə danışır. Neçə illər keçsə də, ləhcə itmir, qalır.

Dövlətimizin başçısı daha sonra sarayın həyətindəki qocaman, 1530-cu ildə əkilmiş, hündürıüyü 34 metr olan “Xan çinarı” seyr etdi. Prezident Heydər Əliyev dedi:

-Bilirsiniz, bunun üçün əlverişli mühit, torpaq lazımdır. Belə ağacların hər biri abidədir. Bunları qorumaq lazımdır. Adam heyran qalır. İnsan orta hesabla 70-80 il yaşayır. Ən çox yaşayan, deyirlər, qarğadır və 300 il yaşayır. Amma çinar nə qədər yaşayır. Onun ən az ömrü 1500-2000 min ildir. Bu da yaşına görə çox cavan görünür.

YAQUB MAHMUDOV: Bu ağacın altında dayanmaq uğur gətirir. Allah, Sizə də bu ağac qədər ömür versin.

HEYDƏR ƏLİYEV: Mənə bu ağac qədər ömür versin?! Hər kəsə ömür lazımdır. Kim deyirsə ki, mənə ömür lazım deyil, o, yalan deyir.

BƏXTİYAR VAHABZADƏ: Həyat çox şirindir.

HEYDƏR ƏLİYEV: Ona görə hamı çox yaşamaq istəyir.

BƏXTİYAR VAHABZADƏ: Füzulinin bir gözəl sözü var: “Bizim bildiyimiz qəbrə qədərdir. Oradan o yananı bilmirəm. Amma o, var”.

HEYDƏR ƏLİYEV: Bilmirik, amma var. Adam bilmədiyinə görə fikirləşir ki, orada nə var, nə yox - bilmirəm, amma buradakı nağdıdır.

Buranın nə qədər gözəl təbiəti var. Mən bu gün nitqimdə də dedim, Şəkinin gözəl təbiəti var.

BƏXTİYAR VAHABZADƏ: Mənim şairliyimə inandınızmı?! Məni bu torpaq, dağlar şair edibdir.

HEYDƏR ƏLİYEV: Sənin bu sualın bir az xoşuma gəlmədi. Necə yəni, sənin şairliyinə inandımmı? Sənin şairliyinə hamıdan çox inanan mənəm. Sənin şerlərini hamıdan çox oxuyan da mənəm. Sənin şerlərini qiymətləndirən də mənəm. Çox böyük şairsən.

BƏXTİYAR BAHABZADƏ: Bunu təbiət veribdir.

 

HEYDƏR ƏLİYEV: Əlbəttə, təbiətin böyük əhəmiyyəti var. Təbiət verdiyi qədər heç bir şey verə bilməz.

BƏXTİYAR VAHABZADƏ: Ayağının altında asfalt yox, daş olmalıdır.

HEYDƏR ƏLİYEV: Bəli, daş, torpaq olmalıdır. Bunları görəsən, çəməndə uzanasan, qırov düşə. Ona görə bizim şairlərin çoxu, əksəriyyəti kənd yerində doğulmuş adamlardır. Bu, həqiqətdir. Bizim Bakıdan çıxan şairlər də şəhərin ətrafındakı kəndlərdəndir.

Yay vaxtı ayaqqabımız olmazdı, ayaqyalın gəzərdik. Amma onun da xeyri var imiş. Demək, insan möhkəmlənir. Ayaqyalın gəzəndə ayağım ora-bura o qədər dəyirdi ki, baş barmağım qanayırdı. İndi uşağın bir yerindən qan çıxanda, tez əl-ayağa düşürlər. Ancaq o vaxtlar torpağı götürüb qanayan yerə qoyurdun, bu da onun müalicəsi idi.

Yadımdadır, yayda ayağım iki ay yaralı olardı. Sentyabr ayında məktəbə getmək lazım idi, ayaqqabını geymək olmurdu. Çünki barmaqlar yaralı olurdu, on-on beş gün lazım idi ki, sağalsın. Amma sağalırdı, nə həkim vardı, nə də dava-dərman.

BƏXTİYAR VAHABZADƏ: Təbiətin özü müalicə edirdi.

HEYDƏR ƏLİYEV: Bəli, torpaq özü müalicə edirdi. Mən uşaq vaxtları dağlarda nə qədər bulaqlar görmüşəm. İndi onları həsrətlə yadıma salıram. Fürsət düşüb onların birini görəndə, elə bil, dünyanı mənə verirlər. İndi bu ağaca baxıram, böyük məhəbbətlə baxıram.

BƏXTİYAR VAHABZADƏ: Sizi inandırıram ki, buranı 3-4 ay görə bilməyəndə dəli oluram. Bir günlüyə də olsa, mütləq gəlib buranı görməliyəm.

 

HEYDƏR ƏLİYEV: Sən xoşbəxt adamsan. Gəlirsən, burada qalırsan, görürsən. Onda biz nə edək?! Nə gələ bilirəm, nə qala bilirəm, nə də bir yerim var.

BƏXTİYAR VAHABZADƏ: Cənab Prezident, dediniz ki, indi qaldığınız yer çox gözəldir. Nə vaxt istəsəniz, gələ, iki-üç gün qala bilərsiniz.

HEYDƏR ƏLİYEV: Düzdür, mən Azərbaycanda harada istəsəm, iki-üç gün qala bilərəm. Amma imkan yoxdur. Bu tədbiri də şənbə gününə salmışam. Şənbə günü də işləyirəm. Sabah da qayıdıb geri getməliyik. Amma bura xoşuma gəlir. Görürsünüz, buradan getmək istəmirəm. Düzdür, hələ işimiz də çoxdur.

YAQUB MAHMUDOV: Cənab Prezident, böyük maarifçilər məsləhət görürlər ki, uşaqları hökmən 14 yaşına qədər kənddə yaşatmaq lazımdır. Çünki təbiəti görürlər, zehni-zəkası iti olur.

HEYDƏR ƏLİYEV: Yaxşı, Şəki xanlarına Allah rəhmət eləsin ki, belə gözəl abidə yaradıblar.

X X X

Həmin gün axşam Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə rayon icra hakimiyyətinin binasında geniş müşavirə keçirildi.

\Müşavirə barədə material qəzetin bugünkü nömrəsində dərc olunur\.

X X X

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 10-da Şəki şəhərinə səfərini başa çatdıraraq Bakıya qayıtdı.

Əsgər İbrahimov

Yaşar Xəlilov (foto)

AZƏRTAC-ın müxbirləri

Rafiq Bağırov (foto)

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam