AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYAYA SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlin şəhərində keçiriləcək Beynəlxalq Bertelsmann-2006 forumunda iştirak etmək üçün sentyabrın 22-də Almaniyaya səfərə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.