Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident, əziz qardaşım!

Hörmətli xanımlar və cənablar!

Mən Türkiyədən gəlmiş bütün dostlarımızı Azərbaycanda bir daha ürəkdən salamlayıram. Çox şadam ki, bu gün Türkiyə və Azərbaycanın iş adamları bir araya gəlirlər və əminəm ki, biznes forumunun çox gözəl nəticələri olacaqdır.

Bütövlükdə, bizim aramızda olan münasibətlər onu göstərir ki, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrimiz inkişaf etməkdədir. Bu əlaqələrin çox böyük tarixi var və son 16 il ərzində, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra bizim ən yaxın müttəfiqimiz Türkiyə olmuşdur. Bu gün də belədir. O cümlədən iqtisadi sahədə ən çox ticarət əlaqələrimiz olan ölkə Türkiyədir. Mən əminəm ki, gələcək illərdə bu gözəl meyil davam edəcək və hər iki ölkənin artan iqtisadi imkanları, o cümlədən iş adamlarının birgə fəaliyyətinə yeni zəmin yaradacaqdır.

Bu günlər biz böyük məmnuniyyət hissi ilə Türkiyə Prezidentini Azərbaycanda qarşılayırıq, salamlayırıq. Biz çox şadıq ki, hörmətli Prezident öz ilk rəsmi səfərini Azərbaycana edir. Bu, bizim dostluğumuzun, qardaşlığımızın nə qədər möhkəm olduğunu bir daha göstərir. Biz hesab edirik ki, bu səfər və onun nəticələri uzunmüddətli inkişaf perspektivlərini müəyyən edəcək, siyasi, iqtisadi, mədəni və başqa sahələrdə əlaqələrin inkişafında öz müsbət rolunu oynayacaqdır. Dünən imzalanmış sənədlər, o cümlədən iqtisadi sahəyə aid sənədlər, əlbəttə, bu sahədə olan gələcək inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir.

Son illər ərzində aparılan siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edir. Biz müstəqilliyimizin ilk illərində çox böyük çətinliklərlə üzləşmişdik. Azərbaycanda, demək olar ki, böhran vəziyyəti yaranmışdı. Bu, həm siyasi, həm də iqtisadi böhran idi. Ölkə iqtisadiyyatı, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. İqtisadi tənəzzül ölkəmizin inkişafına imkan vermirdi, böyük müəssisələr öz fəaliyyətini dayandırmışdı. Beləliklə, Azərbaycanın gələcək inkişaf perspektivləri qeyri-müəyyən idi. Bu vəziyyət 1990-cı illərin əvvəllərində mövcud idi. Ancaq 1993-cü ildən sonra, Azərbaycan xalqı öz milli liderini dəvət etdikdən sonra vəziyyət tədricən sabitləşdi. İqtisadiyyatda və siyasi sahədə yaşanan çətinliklər 1993-cü ildən 1996-cı ilə qədər artıq azalmağa başladı.

1996-cı ildən 2004-cü ilə qədər Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. O illərdə iqtisadiyyatın orta artım dinamikası təxminən on faiz təşkil edirdi və bu bizə imkan verdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etməyə başlasın. Əlbəttə ki, aparılan hər bir islahat öz nəticələrini dərhal vermir. Bu nəticələri görmək üçün müəyyən bir dövr lazımdır. Hər bir ciddi, köklü islahat bunu tələb edir. Xüsusilə bir ictimai-siyasi quruluşdan digər ictimai-siyasi quruluşa keçən ölkələrdə bu, özünü daha da qabarıq şəkildə göstərir.

Azərbaycan 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində idi, biz müstəqil deyildik. O cümlədən iqtisadi sahədə də kommunist ölkələrinə xas olan prinsiplər mövcud idi. Yəni Azərbaycanda bazar iqtisadiyyatı mövcud deyildi. İqtisadiyyat, demək olar ki, 100 faiz dövlət sektorunda yaranırdı. Əlbəttə ki, keçid dövrü o qədər də asan olmamışdır. İslahatların ilk illərində böyük çətinliklərlə üzləşmişdik. Ancaq o illərdə başlanmış və bu gün davam etdirilən siyasi və iqtisadi islahatlar çox gözəl nəticələrə gətirib çıxarmışdır. 2004-cü ildən ölkə iqtisadiyyatı çox yüksək sürətlə inkişaf etməyə başlamışdır. 2005-ci ildə Azərbaycan iqtisadiyyatı 26 faiz, 2006-cı ildə 35 faiz, 2007-ci ilin 9 ayında isə 27 faiz artmışdır. Yəni, bir sözlə, biz üç il ərzində iqtisadi potensialımızı, demək olar ki, iki dəfəyə yaxın artırmışıq. Əlbəttə ki, bu, ölkəyə əlavə imkanlar yaradır. Bizim böyük investisiya layihələrimiz var. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sənayenin inkişafı da görünməkdədir. Keçən il Azərbaycanda sənaye istehsalı 35 faiz artmışdır, bu ilin 9 ayında artım 27 faizdir. Yəni, bu onu göstərir ki, iqtisadi artım yerli istehsalın yaranmasına gətirib çıxarır.

Biz regional inkişaf proqramını uğurla icra edirik və son 4 il ərzində Azərbaycanda 610 min yeni iş yeri açılmışdır ki, bunun da 430 mini daimi iş yerləridir. İş yerlərinin açılması, eyni zamanda, işsizliyin aradan qaldırılmasına xidmət göstərir. Bununla bərabər, Azərbaycanda yeni istehsallar yaranır, yəni biz idxaldan asılılığımızı azaldırıq və idxalı əvəzləyən yerli istehsalın yaranmasına çalışırıq. İndi Azərbaycanın bölgələrində iqtisadiyyatın qeyri-neft sektoru çox sürətlə inkişaf edir. Bizim məqsədimiz məhz bundan ibarətdir, qeyri-neft sektorunun inkişafı ilə çox ciddi məşğuluq və bu bizə imkan verəcək ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Təkcə neft-qaz amilindən asılı olmasın.

Amma, şübhəsiz ki, bu gün və bundan sonrakı illərdə enerji sektoru Azərbaycan iqtisadiyyatını inkişaf etdirən əsas sahə olacaqdır. Azərbaycan öz enerji layihələrini uğurla həyata keçirir, qarşıda duran bütün vəzifələr icra olunubdur. Xəzər dənizinin dibindən çox böyük həcmdə neft-qaz hasil edilir. Bu il Azərbaycanda neft hasilatı təxminən 43-45 milyon tona bərabər olacaqdır. Gələn il 50 milyon ton, ondan da çox olacaqdır. Yəni Azərbaycanda gündə 1 milyon barrel neft çıxarılacaqdır. Eyni zamanda, qaz hasilatı da artırılır. Gələn il Azərbaycanda həm “Şahdəniz” qaz yatağından, həm də başqa yataqlardan təxminən 16-18 milyard kubmetr qaz hasilatı gözləyirik. Bildiyiniz kimi, bu qazın bir hissəsi Türkiyəyə, Gürcüstana ixrac olunacaq və ondan sonra Türkiyədən Avropa bazarlarına çatdırılacaqdır. Bu, bizim iqtisadiyyatımız üçün çox önəmli bir amildir və bizə əlavə inam verir.

Azərbaycanın valyuta ehtiyatları indi 7 milyard dollar səviyyəsindədir və gələcək illərdə, əlbəttə ki, bu, kəskin şəkildə artacaqdır. Dünya Bankının apardığı hesablamalara görə, növbəti 20 ildə ancaq neft müqavilələrindən Azərbaycana 200 milyard dollar vəsait daxil olacaqdır. Onlar bunu hesablayanda neftin qiymətini 50 dollar səviyyəsində götürmüşdülər. Yəni bu, ölkəmizin qarşısında çox böyük imkanlar açır.

Biz indi ölkəmizin müasirləşməsi - siyasi islahatların, iqtisadi islahatların, infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuluq. Yəni buna çox böyük ehtiyac vardır. İnvestisiya üçün də Azərbaycan çox əlverişli bir ölkədir. Burada çox gözəl sərmayə mühiti var. Biz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş sovet məkanında qabaqcıl yerlərdəyik. Son 10-12 il ərzində ölkə iqtisadiyyatına 40 milyard dollar sərmayə qoyulubdur. Bu il 8 milyard dollar qoyulacaqdır. Çox müsbət hal ondan ibarətdir ki, indi daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu o deməkdir ki, daxili imkanlar artır. Yerli firmalar, şirkətlər öz sərmayələrini Azərbaycana qoyurlar. Dövlət sərmayə proqramı da çox genişdir. Gələn il ancaq dövlət xətti ilə Azərbaycanda həyata keçirilən müxtəlif layihələrə 3 milyard dollardan çox vəsait qoyulacaqdır. Yollar, su kəmərləri, qaz xətləri, kommunikasiyalar, infrastruktur layihələri, elektrik stansiyaları, yəni bütün infrastruktur ölkəmizin hərtərəfli inkişafına lazımdır və biz buna nail olmuşuq.

Dövlət xərcləri də artmaqdadır. Son 4 il ərzində Azərbaycanın dövlət büdcəsi təxminən 10 dəfə artıbdır. 2003-cü ildə haradasa 1,3-1,5 milyard dollar səviyyəsində idi. 2008-ci ilin icmal büdcəsi 12 milyard dollar təşkil edəcəkdir. Yəni 8,5 milyon əhalisi olan ölkə üçün bu, kifayət qədər yaxşı bir göstəricidir. Ən əsası isə, bu bizə imkan verəcək ki, həm sərmayələr qoyulsun, həm infrastruktur yeniləşsin, həm də insanların həyat səviyyəsi yaxşılaşsın. Bizim islahatlarımızın əsl məqsədi məhz bundadır ki, Azərbaycan xalqı yaxşı yaşasın, rifah içində yaşasın, işsizlik, yoxsulluq aradan qaldırılsın.

Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür. Biz buna şəffaflıqla nail olmuşuq. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu məhz şəffaflığın təmin olunmasına görə çox böyük mükafatla mükafatlandırıbdır. Azərbaycanda neftdən gələn gəlirlər insanların həyat səviyyəsinin yaxşılaşmasına sərf olunur. Bəzi hallarda neftlə zəngin olan ölkələrdə təbəqələşmə prosesi sürətlə gedir. Yəni varlılar daha da varlanır, yoxsullar daha da müflisləşir, kasıblaşır. Ancaq Azərbaycanda belə deyildir. Əgər 2003-cü ildə yoxsulluq səviyyəsində yaşayanlar 49 faiz idisə, 2007-ci ilin əvvəlinə bu, 20 faizə düşübdür. Mən əminəm ki, 2007-ci ilin yekunlarına görə daha da aşağı düşəcəkdir. Yəni məqsəd yoxsulluğu, işsizliyi tam aradan qaldırmaq, güclü iqtisadiyyat yaratmaq, qeyri-neft sektoru yaratmaq, özəl sektora yardım göstərmək və beləliklə, Azərbaycanın uzunmüddətli, dayanıqlı, neft-qaz qiymətlərindən asılı olmayan inkişafını təmin etməkdir.

Onu da demək istəyirəm ki, bu illər ərzində aparılan islahatlar nəticəsində özəl sektorun inkişafına böyük diqqət verilir və indi özəl sektorun ümumi daxili məhsuldakı payı 80 faizdən yuxarıdır. 1991-ci ildə 0 faiz, 2007-ci ildə 80-81 faiz! Yəni Azərbaycanda çox geniş özəlləşdirmə proqramı həyata keçirilmişdir. İqtisadiyyatımız liberallaşır. İndi əlavə tədbirlər nəticəsində Azərbaycanda biznes qurmaq üçün daha da əlverişli şərait olacaqdır. Biz qeydiyyat məsələlərini sadələşdiririk, Azərbaycanda biznes yaratmaq istəyən şirkətlər vahid pəncərə prinsipi əsasında çox qısa bir müddətdə bütün icazələri, qeydiyyatları ala biləcəklər.

Bütün bunlar, əlbəttə ki, ölkənin siyasi çəkisini də artırır, bölgədəki rolunu artırır. Bölgədə, Cənubi Qafqazda gedən proseslər Azərbaycanın iştirakı ilə, bir çox hallarda təşəbbüsləri ilə həyata keçirilir. Biz böyük transmilli enerji layihələrinin təşəbbüskarı olmuşuq. Türkiyə və Gürcüstanla bərabər bu layihələri həyata keçirməklə ölkələrimizin birləşməsinə nail olmuşuq. İqtisadi və siyasi sahədə bütün geosiyasi vəziyyətin dəyişdirilməsinə nail olmuşuq.

Bu gün Azərbaycanı Türkiyə ilə birləşdirən neft, qaz kəmərləri, bu yaxınlarda başlanacaq dəmir yolu layihəsi - bütün bunlar, əlbəttə ki, bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirir. Biz də bunu çox istəyirik. İstəyirik ki, daha da birləşək, bütün sahələrdə sıx əməkdaşlıq olsun, o cümlədən biznes aləmi də bir-biri ilə yaxşı əlaqələr qursun. Bu da var. Bu gün səslənən çıxışlarda göstərildi ki, Azərbaycanda nə qədər türk şirkəti var. Minlərlə Azərbaycan vətəndaşı bu şirkətlərdə çalışır.

Biz Türkiyənin uğurlarına çox sevinirik. Bu gün Rifat bəyin çıxışında eşitdim ki, Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır. Dünyada 17-cidir. Yəni bu, böyük bir qüvvədir. Bu, bizi də gücləndirir. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nə qədər güclü olsanız, o qədər də Azərbaycanın gücü artacaqdır. Biz bu qarşılıqlı imkanlardan istifadə etməliyik, qarşılıqlı ticarəti, biznesi daha da irəliyə aparmalıyıq. Bütün mümkün olan layihələrdə birgə fəaliyyət göstərməliyik.

Dünən danışıqlar zamanı mən qeyd etdim ki, Azərbaycanda həm maliyyə həcmi, həm də texniki parametr baxımından ən böyük layihələri türk firmaları icra edirlər. Hava limanları, xəstəxanalar, yollar, su kəmərləri - yəni bütün böyük layihələrin icraçıları türk şirkətləridir. Biz onların fəaliyyətindən çox razıyıq. Onlar bəzi hallarda investor kimi, bəzi hallarda podratçı kimi çıxış edirlər. Gələcəkdə bu imkanlar daha da artacaqdır. Çünki bir tərəfdən, Azərbaycan daha xarici maliyyə qurumlarının kreditlərindən asılı vəziyyətdə deyil, biz özümüz bəzi layihələri maliyyələşdiririk və qonşu ölkələrə kreditlər veririk. Digər tərəfdən, yaranan əlavə imkanlar, əlbəttə, türk şirkətləri üçün də yeni fürsət açacaqdır. 

 Biz hörmətli cənab Prezidentlə dünən bir məsələyə də böyük məmuniyyətlə toxunduq. Bu, bizim münasibətlərimizdə bir yenilikdir. Artıq Azərbaycan firmaları Türkiyə iqtisadiyyatına investisiya qoyur. Biz bunu alqışlayırıq. Deyə bilərəm ki, indi Azərbaycan şirkətləri, xüsusilə enerji şirkətləri kifayət qədər böyük maliyyə imkanlarına malikdir və onların xaricdə əsas sərmayə məkanı məhz Türkiyədir. Biz bunu çox alqışlayırıq. Mən əminəm ki, gələcəkdə qarşılıqlı yatırımlar daha da böyük həcmdə qoyulacaqdır. Bu, həm ölkələrimizi birləşdirəcək, həm də iş adamları üçün yeni imkanlar yaradacaqdır.

Mən sizin hamınızı bir daha ürəkdən salamlayıram. Bu biznes forumuna çox böyük diqqət göstərirəm. Bilirəm ki, biznes forum zamanı müxtəlif sazişlər bağlanacaqdır, iki ölkənin imkanları, qanunvericilik bazası, biznes imkanları təhlil ediləcəkdir ki, hələ Azərbaycanda fəaliyyət göstərməyən türk şirkətləri də buraya gəlsinlər. Azərbaycan sizin vətəninizdir. Biz bir millətik, iki dövlətik və bizim gücümüz birlikdədir.

Əziz qardaşlar, dostlar, sizi bir daha ürəkdən salamlayıram və fəaliyyətinzdə uğurlar diləyirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert