Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Füzuli, 15 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.