Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
-Bu gün biz Nazirlər Kabinetinin iclasında 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edəcəyik. 2008-ci il də Azərbaycan iqtisadiyyatı üçün uğurlu başlanmışdır. Bildiyiniz kimi, son dörd il ərzində, 2004-2007-ci illərdə ölkə iqtisadiyyatı 96 faiz artmışdır. Demək olar ki, biz iqtisadi potensialımızı iki dəfə artıra bilmişik və bu güclü iqtisadi zəmində əlbəttə ki, yüksək sürəti saxlamaq, bu iqtisadi inkişafı davam etdirmək asan məsələ deyildir. Bütün bu amilləri nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu ilin birinci rübündə iqtisadi inkişaf çox güclü olmuşdur, ümumi daxili məhsul təxminən 14 faiz artmışdır. Bununla bərabər, sənaye istehsalı da təxminən eyni sürətlə artmışdır. Ölkədə bütün sosial-iqtisadi proqramlar uğurla icra olunur və beləliklə, Azərbaycan daha da ciddi inkişafa nail ola bilmişdir.

Bu müddət ərzində dövlət büdcəsində nəzərdə tutulmuş bütün layihələr, proqramlar, infrastruktur layihələri, sosial xarakterli proqramlar icra olunmuşdur. Bütün bu amilləri nəzərə alaraq, deyə bilərik ki, şübhəsiz, 2008-ci il də Azərbaycan iqtisadiyyatı üçün, ümumi inkişafımız üçün uğurlu il olacaq və Azərbaycan 2008-ci ildə qarşıda qoyduğu bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.

Biz bu il həm əsaslı vəsait qoyuluşu, həm də sosial proqramların icrası baxımından keyfiyyətcə yeni səviyyəyə qalxırıq. Azərbaycanın büdcəsi ildən-ilə artır, 2008-ci ilin icmal büdcəsi 12 milyard dollar səviyyəsindədir. Bu, 2003-cü illə müqayisədə on dəfə çoxdur. Ancaq onu da bilirik ki, iqtisadi imkanlarımız artdıqca, əlbəttə, biz istəyirik ölkənin qarşısında duran və insanları narahat edən məsələləri daha da sürətlə həll edək. Bu məqsədlə bir müddət bundan əvvəl hökumətə göstəriş verilmişdir ki, büdcəyə əlavələr edilsin, dürüstləşmə aparılsın. Artıq dürüstləşmənin ilkin layihəsi hazırdır, müzakirə olunub və yaxın zamanlarda müzakirə üçün Milli Məclisə göndəriləcəkdir.

Biz istəyirik ki, bu əlavələr, əlavə vəsait Azərbaycanın qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilsin. Büdcə artımı, əlbəttə, ölkənin gücünü, ölkənin potensialını göstərir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan bütün MDB məkanında qabaqcıl yerlərdədir və bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Biz öz valyuta ehtiyatlarımızı artırırıq. Bu günə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 9 milyard dollar həcmindədir. Ölkəmizdə uğurlu neft strategiyasının icrası nəticəsində bu il böyük artım gözlənilir. Bu, bizə əlavə güc verir, əlavə əminlik verir. Bu, bizə imkan verir ki, ölkəmizin müstəqil siyasətini daha da inamla irəliyə aparaq və Azərbaycan xalqının milli maraqlarını müdafiə edək.

Sosial proqramların həlli, bütün dövrlərdə olduğu kimi, bu gün də diqqət mərkəzindədir. Əlbəttə, sosial məsələlərin həlli, ilk növbədə, ölkənin iqtisadi imkanlarına bağlıdır. Bizim 5-10 il bundan əvvəlki iqtisadi imkanlarımız geniş sosial proqramların həlli üçün yetərli deyildi. Bu gün isə iqtisadi artım nəticəsində, ölkədə gedən əsaslı iqtisadi və siyasi islahatlar nəticəsində, liberal siyasət nəticəsində bizim sosial proqramlarımızın icrası üçün də yaxşı imkanlar var. İldən-ilə maaşlar, pensiyalar artırılır. Bu il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya növbəti dəfə artırılmış, 50 manatdan 60 manata çatdırılmışdır. Biz planlaşdırırıq ki, bu il ərzində həm minimum əmək haqqının, həm də minimum pensiyanın məbləğini bir dəfə də artıraq. Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların sosial müdafiəsi daha da gücləndirilməlidir və bunu etmək üçün konkret təkliflər, proqramlar var və ən əsası maddi imkanlarımız da buna şərait yaradır.

Ünvanlı sosial yardım layihəsi uğurla icra edilir, 400 minə qədər insan bu proqramla əhatə olunubdur. Deyə bilərəm ki, bu, ölkəmiz üçün nisbətən yenilikdir. Bu onu göstərir ki, dövlətin, hökumətin ən başlıca vəzifəsi, ən ümdə prioriteti insanların yaşayış səviyyəsinin yüksəldilməsidir. Əgər belə olmasaydı, əlbəttə, sosial proqramlara böyük diqqət göstərilməzdi. Sosial proqramların icrası nəticəsində Azərbaycan xalqı daha da yaxşı yaşayacaqdır. Biz bunu ilbəil artan iqtisadi göstəricilərdə, eyni zamanda, əhalinin pul gəlirlərində də görürük. Bu ilin ilk üç ayında əhalinin pul gəlirləri 33 faiz artmışdır. Eyni zamanda, inflyasiya 16 faiz artmışdır. İnflyasiyanın artımı bizi çox düşündürür, narahat edir və biz əməli-praktik tədbirlər nəticəsində inflyasiyanı məqbul sayıla biləcək çərçivələrdə saxlamağa çalışmalıyıq.

Ancaq onu da bilirik ki, bütün dünyada çox sürətlə bahalaşma gedir. Avropada, MDB məkanında, bütün ölkələrdə, Asiyada, başqa qitələrdə xüsusilə ərzaq məhsullarının bahalaşması bu il və keçən ilin əvvəlində özünü daha da qabarıq şəkildə büruzə vermişdir. Bunun müxtəlif obyektiv səbəbləri var və əlbəttə, bu bahalaşma meyilləri Azərbaycandan da yan keçməmişdir.

 
Biz çalışmalıyıq ki, həm iqtisadi, həm də inzibati tədbirlər nəticəsində bahalaşmanın qarşısını maksimum dərəcədə alaq. Eyni zamanda, ildən-ilə və ildə iki dəfə qaldırılan maaşlar və pensiyalar sosial müdafiə üçün çox vacib bir vasitədir. Biz bunu etməklə insanların sosial müdafiəsini gücləndiririk, onların yaşayış səviyyəsini qaldırırıq. Əgər əhalinin pul gəlirlərini və inflyasiya səviyyəsini götürsək görərik ki, real gəlirlər birinci rübdə 17 faiz artmışdır. Əminəm ki, bu da dünyada çox nadir hallarda rast gəlinən bir göstəricidir. Bir sözlə, həm iqtisadi islahatlar, həm də sosial proqramların icrası davam etdiriləcəkdir. Əslində, biz Nazirlər Kabinetinin ənənəvi toplantılarında məhz ölkənin sosial-iqtisadi yekunlarını müzakirə edirik. Çünki bunlar ölkənin iqtisadiyyatı və ümumiyyətlə, inkişafı üçün başlıca məsələlərdir.

Bildiyiniz kimi, bizim diqqət mərkəzimizdə olan başqa ciddi məsələ iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafıdır. Bu məsələ ilə biz çox ciddi məşğuluq və uğurlar göz qabağındadır. Məsələn, yaradılan yüz minlərlə yeni iş yerləri. Deyə bilərəm ki, mənə verilən son məlumata görə, Azərbaycanda son beş ilə yaxın müddətdə 668 min yeni iş yerləri açılmışdır ki, onlardan da 478 mini daimi iş yerləridir və bu proses davam edir. İşsizliyin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması, həmişə olduğu kimi, prioritet məsələlər olaraq qalır və deyə bilərəm ki, biz bu sahədə böyük irəliləyişə nail ola bilmişik. Ancaq gələcək fəaliyyətimizdə elə etməliyik ki, qarşıda duran vəzifələri tam şəkildə icra edək.

Beləliklə, qeyri-neft sektoru həm ölkə iqtisadiyyatının şaxələndirilməsi, həm sosial məsələlərin həlli, həm də regionların inkişafı üçün ən başlıca rol oynayan sahədir. Çünki yeni iş yerlərinin tam əksəriyyəti bölgələrdə yaradılıbdır. Bu, bölgələrin inkişafına çox böyük dəstəkdir, köməkdir. Eyni zamanda, bölgələrdə dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən nəhəng infrastruktur layihələri də qeyri-neft sektorunun və bütövlükdə sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Əgər bu böyük infrastruktur layihələri olmasaydı, əminəm ki, regional inkişaf proqramının icrasında biz çətinliklərlə üzləşə bilərdik. Həm yeni yollar, elektrik stansiyaları, qaz xətləri və həm də sosial infrastrukturun yaradılması, xəstəxanaların, məktəblərin tikilməsi, rayonlarımızın, şəhərlərimizin abadlaşması - bütün bunlar sahibkarlığa da böyük dəstək verir. Nəzərə alsaq ki, sahibkarlıqla məşğul olan təbəqəyə dövlət tərəfindən çox böyük dəstək var, - həm mənəvi, həm də maddi, - bütün bu amillər birlikdə imkan verib ki, biz qısa müddət ərzində, demək olar, işsizliyin böyük hissəsini artıq aradan qaldırmışıq. İndi sirr deyil ki, Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən tikintidə işləmək üçün xaricdən işçi qüvvəsi daxil olur.

 
Yəqin xatırlayırsınız, mən təxminən bir il, bəlkə, bundan da əvvəl bu məsələyə toxunaraq demişdim ki, biz gələcəkdə miqrasiya məsələlərinə ciddi fikir verməliyik. Çünki mən görürdüm ki, bu vaxt gələcək. Azərbaycanda aparılan islahatlar, icra olunan layihələr, bütövlükdə bizim iqtisadi inkişafımız, neft satışından əldə ediləcək gəlirlərimiz artıq göstərirdi ki, bu vaxt gələcək və vaxtında biz Dövlət Miqrasiya Xidmətini yaratdıq. İndi elə etməliyik ki, Azərbaycana işləməyə gələn xarici işçi qüvvəsi yerli vətəndaşların iş yerlərini almasınlar, onlara rəqabət yaratmasınlar. Eyni zamanda, Azərbaycanda özlərini bizim adət-ənənələrimizə uyğun şəkildə aparsınlar, qanunlara uyğun şəkildə aparsınlar. Dövlət bu sahədə siyasətini çox ciddi tənzimləməlidir.

Biz görürük ki, gələcəkdə bizi nələr gözləyir. Azərbaycan zəngin ölkəyə, inkişaf etmiş ölkəyə çevrilməlidir. Biz bu vəzifəni qarşımıza qoymuşuq və belə olan halda, gələcəkdə Azərbaycana miqrantların gəlişi daha da böyük, kütləvi xarakter ala bilər. Biz buna hazır olmalıyıq və elə etməliyik ki, Azərbaycan xalqının maraqları tam şəkildə təmin olunsun. Yəni onu demək istəyirəm ki, indi işləmək istəyən insanlar, onların böyük əksəriyyəti iş tapa bilərlər. Vaxtilə Azərbaycanın bölgələrindən başqa ölkələrə gedən insanlar artıq ya öz yaşadıqları rayonlarda işləyirlər, yaxud da Bakıya gəlirlər. Bu da müsbət göstəricidir.

Yəni bizim inkişafımız, ölkəmizin uğurlu inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Biz bunu gündəlik həyatda görürük, abadlaşan şəhərlərdə görürük, inkişaf edən ölkəmizdə görürük. Biz bu yüksək templəri saxlamalıyıq. Halbuki, bu, asan məsələ deyil. Mən qeyd etdiyim kimi, iqtisadiyyatımız dörd il ərzində iki dəfə böyüyüb və bu yüksək tempi də saxlamaq həm çətindir, həm də gələcəkdə, bəlkə də, buna ehtiyac olmayacaqdır. Biz əsas məsələləri operativ şəkildə, çox məhdud bir zaman çərçivəsində həll etməliyik: infrastruktur, iqtisadi potensialın möhkəmləndirilməsi, işsizliyin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması, sosial infrastrukturun yeniləşməsi və yaradılması. Beləliklə, bundan sonra Azərbaycanın inkişafı ildə 20-30 faiz artan iqtisadiyyatla ölçülməyəcəkdir. Biz inkişaf etmiş ölkələr kimi, öz iqtisadiyyatımızı təvazökar rəqəmlərlə inkişaf etdirəcəyik. Amma o faizlərin həm keyfiyyəti, həm də təsir qüvvəsi daha da güclü olacaqdır.

Yəni biz inkişaf etmiş ölkələrin təcrübəsini daha da ciddi öyrənməliyik və bunu edirik. O cümlədən, bu məqsədlə biz beynəlxalq təşkilatlarla əməkdaşlığımızı gücləndiririk. Həm siyasi, həm iqtisadi sahələrdə ki, Azərbaycan dünyada mövcud olan müsbət və bizim üçün uyğun olan təcrübəni tətbiq etsin, ən qabaqcıl və uğurlu təcrübə Azərbaycanda tam şəkildə bərqərar olsun. Belə olan halda, ölkəmizin uğurlu gələcəyi enerji resurslarından asılı olmayacaqdır. Əslində, bizim indiki məqsədlərimizdən biri də odur. Halbuki, hələ uzun illər ərzində Azərbaycan iqtisadiyyatının aparıcı hissəsini enerji sektoru təşkil edəcəkdir.

 
Biz elə etməliyik ki, Azərbaycanın iqtisadiyyatı daha çox qeyri-neft sahəsindən asılı olsun. Ona görə növbəti illərdə qeyri-neft sektorunun inkişafına diqqət göstərilməlidir və Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranmalıdır. Artıq biz bunu görürük. İqtisadiyyatımızın böyük əksəriyyəti, 80 faizdən çoxu özəl sektorda formalaşır. Biz, əlbəttə, neft-qaz sahəsində əldə edilmiş uğurlarla öyünə bilərik. Çünki bu sahədə aparılan işlər həm ölkəmizin inkişafı üçün, həm beynəlxalq nüfuzun artması, həm də bütövlükdə Azərbaycanın bu səviyyəyə çatması üçün başlıca rol oynamışdır. Düzdür, əsas neft-qaz layihələri icra olunmuşdur. Biz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla davam etdiririk və qarşıya qoyduğumuz bütün vəzifələri, bütün layihələri vaxtlı-vaxtında uğurla icra etmişik. Elə təəssürat yarana bilər ki, biz bu sahədə artıq hər şeyi etmişik. Ancaq, birincisi, həyat yerində durmur, ikincisi, yeni çağırışlar, yeni layihələr, yeni dünyamiqyaslı təşəbbüslər artıq müzakirə mövzusudur. Azərbaycan bu işlərdə həm iştirakçıdır, həm də təşəbbüskardır. Bizə aid olan layihələrdə biz təşəbbüskarıq. Azərbaycanın neft-qaz resurslarına aid layihələrdə, əlbəttə, təşəbbüs bizim tərəfimizdən olmuşdur. Biz digər, enerji mənbəyimizə əsaslanmayan, amma bölgə üçün vacib olan layihələrə iştirakçı kimi qoşulmağa hazırıq. Yəni deyə bilərəm ki, bu sahə 1990-cı illərin əvvəllərindəki vəziyyətlə müqayisədə bu gün dünyanın gündəliyində daha da ciddi yer tutur. Biz 1990-cı illərin ortalarında neft strategiyamızı icra etməyə başlayanda, vəziyyət bir cür idi, indi isə tam başqadır. Deyə bilərəm ki, hansı dövr daha məsuliyyətlidir, yaxud da daha çətindir. Şübhə yoxdur ki, 1990-cı illərin əvvəllərində və ortalarında Heydər Əliyev tərəfindən atılan cəsarətli və uzaqgörən addımlar Azərbaycanın inkişaf yoluna qədəm qoyması demək idi. Azərbaycanın dünya iqtisadiyyatına, dünya birliyinə inteqrasiyası demək idi. Azərbaycanın bugünkü uğurlarının başlanması demək idi. O çətin, ağır şəraitdə, - bütün yerlərdən, xaricdən təzyiqlər vardı, həm də daxili vəziyyət tam sabit deyildi, - xalqımızın və ölkəmizin yaşaması üçün bu layihələr vacib idi, həyati əhəmiyyət kəsb edirdi.

Bu gün isə Azərbaycan böyük dərəcədə güclənibdir. Azərbaycan tam şəkildə müstəqil siyasət aparır və bölgədə öz güclü mövqelərini möhkəmləndirir. Biz dünya birliyində özümüzə layiq yerimizi tuta bilmişik. İndi mütəffiqlərimizin sayı, əlbəttə ki, 1990-cı illərin əvvəlləri ilə müqayisədə daha da çoxdur. Bu illər ərzində biz özümüzü etibarlı tərəfdaş kimi təqdim edə bilmişik. Ancaq neft-qaz sahəsində gedən proseslər - bəzi hallarda rəqabət, bəzi hallarda qarşıdurma və müxtəlif güc mərkəzlərinin toqquşması, - bizim bölgəmizdə də baş verir.

Bəlkə də, ilk növbədə, bizim bölgəmizdə, çünki Xəzər dənizi dünya enerji bazarı üçün yeni mənbədir. Bu mənbə çox zəngindir və burada olan karbohidrogen ehtiyatları gələcəkdə Avropanın və demək olar ki, dünyanın enerji təhlükəsizliyi üçün çox vacib rol oynayacaqdır. Artıq bunu hamı etiraf edir. Buna görə bölgənin önəmi və bölgədə yerləşən ölkələrin neft siyasəti dünya üçün çox əhəmiyyətlidir.

Biz bu imkanlardan istifadə etməliyik. İlk növbədə, öz milli maraqlarımızı maksimum dərəcədə müdafiə etməli və qorumalıyıq. Bizə sərf edən, Azərbaycan xalqının milli maraqlarına cavab verən layihələrdə iştirak etməliyik. Nəzərə alsaq ki, artıq bizim həm hasilat, həm ixrac, həm də tranzit baxımından çox gözəl imkanlarımız var. Əslində, bu imkanları özümüz yaratmışıq, bunu bizim əvəzimizdən heç kim etməyibdir. Biz bu sahədə düşünülmüş və düzgün siyasətimizi davam etdirəcəyik.

Mən isə bununla bərabər, onu da deməliyəm, bizə elə gəlməməlidir ki, bu sahədə bütün işlər başa çatıb və artıq bununla kifayətlənə bilərik. Həm bölgədə gedən geosiyasi proseslər, enerji amilinin xarici siyasətdə daha da qabarıq şəkildə müzakirə olunması, həm də bizim öz layihələrimiz, Azərbaycanın neft-qaz sahəsinin inkişafı üçün lazım olan layihələr bunun əksini göstərir. Bizim indi gözəl təcrübəmiz var. Xarici şirkətlərlə çox işgüzar şəraitdə, qarşılıqlı maraqlar əsasında uzun illərdir çalışırıq. Eyni zamanda, artıq bizim maliyyə imkanlarımız var. Bu maliyyə imkanlarından istifadə etməliyik və Azərbaycanda bütün neft-qaz sənayesini müasirləşdirməliyik. Mən bu barədə müvafiq göstərişlər vermişəm. Bu gün bu barədə bir daha deyəcəyəm. Amma onu da demək istəyirəm ki, neft-qaz sahəsində geniş yeni proqram hazırlanmalıdır. Uzun illər bundan sonra da bu sahə Azərbaycan iqtisadiyyatı üçün böyük uğurlar gətirəcəkdir.

Bizim toplantılarımız, bayaq qeyd etdiyim kimi, sosial-iqtisadi yekunlara həsr olunur. Ancaq bununla bərabər, ölkənin daxili siyasəti, iqtisadi uğurlar ayrı kontekstdə, yəni xarici siyasətlə uzlaşmadan həm müzakirə oluna bilməz, həm də biz istədiyimizə nail ola bilməyəcəyik. Xarici siyasət daxili siyasətin nəticəsidir. Biz nə qədər güclü olsaq, mövqelərimiz nə qədər möhkəm olsa, xarici siyasətimiz də bir o qədər uğurlu olacaqdır. Bu sahədə aparılan işlər qənaətbəxşdir. Biz yeni müttəfiqlər qazanmışıq. Azərbaycanın xarici əlaqələri böyük dərəcədə genişlənibdir. 50-dən çox ölkədə səfirliklər açılıbdır. Bu, əlbəttə, ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. Beynəlxalq təşkilatlarla qarşılıqlı, şüurlu münasibətlər var. Bir sözlə, bu sahədə əldə etdiyimiz nailiyyətlər ölkəmizi daha da gücləndirir və Azərbaycan haqqında həqiqətlər dünya birliyinə olduğu kimi çatdırılır. Bu, bizim üçün çox lazımdır və vacibdir. Çünki dünya erməni lobbi təşkilatları bizə qarşı mütəmadi qaydada mübarizə aparırlar. Azərbaycanı ləkələmək üçün, Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etmək üçün və Azərbaycanın beynəlxalq mövqelərini zəiflətmək üçün. Biz bunu bilirik.

Bizim haqqımızda xarici mətbuatda gedən yazıların böyük əksəriyyəti erməni müəllifləri tərəfindən bəzi hallarda başqa adlarla yazılır. Yaxud da erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilir. Biz bunu bilirik ki, lobbi fəaliyyəti inkişaf etmiş ölkələrdə çox geniş yayılıbdır. Erməni lobbisinin də böyük iqtisadi imkanları var. Onlar bu iqtisadi imkanlardan istifadə edib həm siyasətçiləri öz tərəfinə çəkirlər, həm də mətbuat orqanlarında özlərinə sərf edən yazıları dərc etdirirlər. Bir sözlə, başqa, əksər ölkələrdən fərqli olaraq, dünyada bizə, Azərbaycana qarşı mütəmadi qaydada çox böyük və düşmənçilik mövqeyində dayanan strukturlar fəaliyyət göstərir.

Bunun qabağına biz öz gücümüzü qoymalıyıq. Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Azərbaycanın uğurlu inkişafını təmin etməliyik. Ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə çalışmalıyıq və biz bunu edirik. Deyə bilərəm ki, xarici siyasətdə bu məsələdən başqa bizim ciddi problemlərimiz yoxdur.

Əsas məsələ, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu sahədə diplomatik və siyasi addımlar çox uğurlu olubdur. Bu yaxınlarda BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı aparılan müzakirələr bir daha onu göstəribdir. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri, dünyanın aparıcı ölkələri, üç ölkə - nüvə ölkələri, BMT Təhlükəsilzik Şurasının üç daimi üzvü bu qətnamənin əleyhinə səs veribdir. Buna baxmayaraq, Azərbaycan böyük üstünlüklə bu qətnamənin qəbul olunmasına nail ola bilibdir. Bu, nəyi göstərir? Bu, bizim gücümüzü göstərir. Bu, ilk növbədə, dünyada haqq-ədalətin olmasını göstərir. Halbuki, bəzi hallarda bu sahədə şübhələr də var.

Digər tərəfdən, onu göstərir ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bir daha sənədləşdirib, bir daha təsdiq edibdir. Bir də onu göstərir ki, Azərbaycanın müttəfiqləri artır. Əgər bizim xeyrimizə qətnaməyə səs verən ölkələrin coğrafiyasına baxsaq görərik ki, bütün bölgələrdən, qitələrdən ölkələr var. Əlbəttə ki, biz siyasi və diplomatik səylərimizi davam etdirəcəyik.

Bu yaxınlarda NATO-nun zirvə görüşündə bütün NATO üzvləri tərəfindən qəbul edilmiş qətnamə Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edir, dəstəkləyir və göstərir ki, dondurulmuş bütün münaqişələr ərazi bütövlüyü prinsipini nəzərə almaq şərtilə həll olunmalıdır.

BMT, NATO, Avropa Şurası, Avropa Birliyi, İslam Konfransı Təşkilatı, GUAM - bütün beynəlxalq aləm bizim tərəfimizdədir. Belə olan halda, danışıqlarda bizdən hansısa güzəştlərin gözlənilməsi qeyri-ciddi yanaşmanın təzahürüdür. Mən bunu bir dəfə demişdim, bir də demək istəyirəm ki, baxmayaraq, heç bir nəticə yoxdur, danışıqlarda uzun illər iştirakımız, artıq bizim tərəfimizdən verilən böyük güzəştdir. Azərbaycan öz ərazi bütövlüyünü heç kimə güzəştə getməyəcəkdir. Bunu hamı bilir. Beynəlxalq ictimaiyyət də bilir və bu məsələ ilə bilavasitə məşğul olan, vastəçilik missiyasını icra etməyə çalışan Minsk qrupu və onların həmsədrləri də bilir.

Biz bu mövqedən geri çəkilməyəcəyik. Biz öz diplomatik, siyasi fəaliyyətimizi davam etdirəcəyik. Ermənistana qarşı öz əsaslı təbliğatımızı davam etdirəcək, onların işğalçı siyasətinin mahiyyətini ifşa edəcəyik. Mən bir daha bizim nümayəndələrə göstəriş verirəm ki, bütün beynəlxalq təşkilarda öz fəallığını davam etdirsinlər. Ermənistan dövlətinin işğalçı mahiyyətini fəaliyyət göstərdikləri təşkilatlarda həmişə vurğulasınlar. Bu işğalçı siyasət Ermənistanın özünü ağır vəziyyətə qoymuşdur. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyəndir. Ölkədə gedən qarşıdurma səngimək bilmir. Bu da təbiidir. Çünki işğalçı siyasət, ədalətsiz yanaşma və orta əsrlərə xas olan siyasət heç vaxt uğur gətirə bilməz. Azərbaycan isə atəşkəs müddəti ərzində böyük yol keçibdir. Həm demokratik yol, - Azərbaycanda demokratiya sürətlə inkişaf edir, - həm iqtisadi inkişaf yolu, həm müasirlik yolu, həm də intibah yolu. Budur, bizim yolumuz və ölkə qarşısında bütün yollar açıqdır. Sadəcə, bundan sonra da ölkəmiz üçün lazım olan bütün sahələrdə daha da fəal olmalıyıq, iqtisadiyyatı gücləndirməliyik, xarici siyasətdə fəal olmalıyıq, sosial məsələlərin həlli, insanların rifah halının yaxşılaşması üçün daha da ciddi addımlar atmalıyıq. Beləliklə, Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə nail olacaqdır. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bizim xeyrimizə həllinə nail olacaqdır.

Bir də demək istəyirəm ki, biz bu gün sosial-iqtisadi inkişafın yekunlarını müzakirə edəcəyik.

Çıxış üçün söz iqtisadi inkişaf naziri Heydər Babayevə verilir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik