AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN LATVİYANIN BAŞ NAZİRİ AYQARS KALVİTİS İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Latviya İctimaiyyət Evi”nə gəldi. Burada dövlətimizin başçısını Latviyanın Baş naziri Ayqars Kalvitis böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Latviyanın Baş naziri Ayqars Kalvitis arasında görüş oldu.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün konkret layihələr müzakirə olundu, hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətinə toxunuldu və əminliklə vurğulandı ki, bu, gələcəkdə ümumi işlərin uğurla getməsinə kömək edəcəkdir.
Azərbaycanın və Latviyanın iş adamlarının qarşılıqlı səfərlərinin təşkilinin zəruriliyi və Riqada keçiriləcək Azərbaycan-Latviya biznes forumunun əhəmiyyəti vurğulandı.
X X X
Görüşdən sonra Latviyanın Baş naziri Ayqars Kalvitisin və xanımı Kristin Kalvitenin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar verildi.