AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN LATVİYAYA DÖVLƏT SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Latviya Respublikasına üçgünlük dövlət səfərinə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Riqanın beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Latviyanın xarici işlər naziri Artis Pabriks və digər dövlət, hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.