Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN “CÜMHURİYYƏT” QƏZETİNİN MÜXBİRİNƏ MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Prezident sarayında Türkiyənin “Cümhuriyyət” qəzetinin müxbiri Leyla Tavşanoğluna müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

SUAL: Hörmətli Cümhurbaşqanı, Bakı-Tbilisi-Ceyhan layihəsini illərdir gözlədik və nəhayət, son mərhələyə gəldik. Siz Qazaxıstanda olarkən Prezident Nazarbayevlə görüşdünüz və Qazaxıstan neftinin də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə daşınması üçün son nöqtəni qoydunuz. İndi Bakı-Tbilisi-Ceyhanın rəsmi açılışından öncə Siz bunu, yəni Qazaxıstan neftinin bu boru xətti ilə daşınmasını necə dəyərləndirirsiniz?

CAVAB: Bu bir daha onu göstərir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri həm iqtisadi cəhətdən, həm də bütün başqa cəhətlərdən çox əlverişli bir layihədir. Biz bunun üzərində artıq bir neçə ildir ki, çalışmışıq, işləmişik və bu nəhəng layihəni birlikdə həyata keçirmişik. Bu bizə imkan verəcək ki, Xəzər dənizinin neftini dünya bazarlarına çatdıraq. Bizdə böyük həcmdə neft hasilatı gözlənilir və əlbəttə ki, başqa ölkələr üçün, başqa şirkətlər üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri də çox böyük maraq kəsb edir. Qazaxıstanın bu layihəyə qoşulması onu bir daha əyani şəkildə sübut edir.

Bilirsiniz, keçmişdə bu layihə ilə bağlı müxtəlif fikirlər var idi. Müqavimət var idi, bunu istəməyən qüvvələr var idi. Hətta deyirdilər ki, bu layihənin heç bir iqtisadi əsası yoxdur, bu, iqtisadi cəhətdən səmərəsiz bir layihədir. Ancaq həyat onu göstərir ki, bütün bu fikirlər heç bir real faktlara əsaslanmırdı. Bizim isə fikirlərimiz, ideyalarımız, siyasətimiz həyatda öz əksini tapır. Artıq bu layihə və bütövlükdə, Azərbaycanın Xəzər dənizindəki sektorundakı fəaliyyəti və bunun nəticəsində bütün beynəlxalq layihələrin meydana gəlməsi bütün bu işləri qlobal müstəviyə gətirib çıxarıbdır. Artıq bu, regional çərçivədən çıxıb və qlobal müstəviyə addımlayır ki, bu da Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.

SUAL: Cənab Prezident, rəhmətlik atanız hörmətli Heydər Əliyev sağlığında bizim 9-cu Cümhurbaşqanımızla mütəmadi olaraq görüşürdülər. Amma atanız rəhmətə getdikdən sonra, hörmətli Dəmirəl də Cümhurbaşqanlığından getdikdən sonra bu əlaqələrdə sanki sərinləməmi var?

CAVAB: Xeyr, belə bir şey yoxdur.

JURNALİST: O dövrlərdə sanki daha tez-tez görüşürdülər.

İLHAM ƏLİYEV: Bilirsiniz, indi müqayisə aparmaq bir az çətindir. Amma onu demək istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir və indi ən yüksək zirvədədir. Mənim hörmətli Cümhurbaşqanı Əhməd Necdət Sezər və hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğanla həm Bakıda, həm Ankarada, həm də başqa ölkələrdə çoxsaylı görüşlərim olubdur. Bizim təmaslarımız çox güclüdür. Ondan başqa, Azərbaycana Türkiyədən nümayəndə heyətlərinin, nazirlərin, millət vəkillərinin gəlməsi sistematik xarakter daşıyır. Eyni zamanda da, Azərbaycandan Türkiyəyə nümayəndə heyətlərinin getməsi. Bu, deməyə əsas verir ki, bizim əlaqələrimiz daha da möhkəmlənir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ancaq bizim birgə fəaliyyətimiz nəticəsində mümkündür ki, bu da var.

SUAL: Cənab Prezident, dəmir yolundan söz düşmüşkən, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsini əngəlləmək üçün erməni lobbisi əllərindən gələni edir. Sizcə, ermənilər burada istədiklərini edə bilərlərmi? Çünki Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının da bu layihəyə dəstək verməsini çox ciddi şəkildə əngəlləməyə, yasaq qoymağa çalışırlar.

CAVAB: Təbii ki, onlar çalışacaqlar. Çünki Ermənistan və erməni lobbisi Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyindədir və bütün imkanlardan istifadə edib bizə zərbə vurmağa çalışırlar. Bu, davam edəcəkdir. Bu bir gerçəklik, həqiqətdir. Biz isə öz siyasətimizi inamla aparmalıyıq. Baxın, erməni lobbisi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin də əleyhinə çox fəal çıxmışdır. Hətta beynəlxalq maliyyə qurumlarına məktublar göndərilmişdir. Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, bu layihəni maliyyələşdirən başqa banklara çox ciddi təzyiqlər edilmişdir. Ancaq heç bir şeyə nail ola bilmədilər. Çünki Azərbaycan dövlətinin iradəsi, Türkiyə dövlətinin iradəsi, Gürcüstanın bu işlərdə fəal olması imkan vermədi ki, onlar bu işi pozsunlar. O cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılmasına mane olmaq istiqamətində onların bütün səylərinə baxmayaraq, mən əminəm ki, biz bu layihəni həyata keçirəcəyik.

Doğrudur, dünyada fəaliyyət göstərən erməni lobbisi çalışır ki, müxtəlif təşkilatlar, beynəlxalq qurumlar bu layihəyə öz dəstəyini verməsin. Ancaq biz indi elə durumdayıq ki, başqa qurumların dəstəyinə də möhtac deyilik. Bizim imkanlarımız var, vəsaitimiz var. Mən bir neçə dəfə demişəm ki, Azərbaycan bu gün öz maliyyə öhdəliyini yerinə yetirməyə hazırdır və öz vəsaitimizlə biz bunu edə bilərik. Ona görə də Ermənistanın bu siyasətinin heç bir uğuru olmayacaq, Azərbaycan getdikcə daha da güclənəcək, bölgədə daha da güclü mövqelərə sahib olacaqdır. Ermənistan bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdədir və onların durumu getdikcə daha da ağırlaşacaqdır.

SUAL: Hörmətli cənab Əliyev, Siz Rusiya Prezidenti Vladimir Putinlə də görüşmüsünüz. Putinlə Ermənistan barədə fikir mübadiləsi apardınızmı?

CAVAB: Bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq vasitəçilər qrupu fəaliyyət göstərir. Onların tərkibində Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları fəaliyyət göstərir. Yəni, bu üç ölkə çalışır bizə kömək etsin ki, hər hansı bir razılaşmaya nail olaq.

SUAL: Dağlıq Qarabağda referendumun keçirilməsi ilə bağlı məsələ də ortaya çıxdı. Elədirmi?

CAVAB: Bilirsiniz, bu yaxınlarda Minsk qrupunun bir bəyanatı verildi və onların təkliflərinin bəzi detalları açıqlandı. Yəni, açıqlanan məsələlər onların təklifi idi. Çünki biz heç bir razılaşmaya gəlməmişik. Ermənistan və Azərbaycan razılaşmadan çox uzaqdadırlar. Sadəcə olaraq, müəyyən təkliflər var. O təkliflər Minsk qrupu tərəfindən irəli sürülmüşdür. Son bəyanat, sadəcə olaraq, təkliflərin bəzilərini açdı. Biz buna etiraz etmədik. Çünki biz heç vaxt danışıqların məxfi aparılmasında maraqlı deyilik. Çünki bizim gizlədəcəyimiz heç bir şey yoxdur. Sadəcə, başqa tərəfin təklifini nəzərə alaraq, biz də danışıqların məxfi şəkildə aparılmasına razılığımızı vermişik. Bir halda ki, Minsk qrupu danışıqlar predmetinin bəzi məqamlarını açıqladı, biz də gərək bu məsələyə bir daha aydınlıq gətirək.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Burada heç bir güzəşt ola bilməz. İşğal edilmiş torpaqlar işğalçı qüvvələrdən azad olunmalıdır və Azərbaycan qaçqınları və köçkünləri o torpaqlara qayıtmalıdırlar. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə isə, Qarabağdakı azərbaycanlı icmasının və erməni icmasının rəyi də nəzərə alına bilər. Çünki Dağlıq Qarabağda müharibədən əvvəl həm ermənilər, həm də azərbaycanlılar yaşamışlar. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtması şərtdir. Onlar oraya qayıtmalıdırlar, orada yerləşdirilməlidirlər və bundan sonra danışıqlar yolu ilə icmalar və Azərbaycan, - çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, - Qarabağın statusu ilə bağlı gələcəkdə danışıqlar apara bilər. Bu danışıqlar nə qədər aparılacaq, nə qədər vaxt tələb olunacaq, bunu gələcək göstərər. Bu məsələ bundan ibarətdir.

Biz heç vaxt heç bir qərarın qəbul olunmasına imkan vermərik ki, orada Azərbaycanın ərazi bütövlüyü pozulur, yaxud da nə vaxtsa, bir ildən, on ildən, yüz ildən sonra Qarabağın Azərbaycandan ayrılması mümkün olsun. Biz buna heç vaxt izn verməyəcəyik. Bunu Minsk qrupunun həmsədrləri də bilirlər, bunu Ermənistanın rəhbərliyi də bilir. Sadəcə olaraq, Ermənistan tərəfi çalışır ki, bəzi hallarda dəqiq olmayan, yəni reallığı əks etdirməyən məqamları ortaya qoysun. Bəlkə də istəyir ki, Ermənistanda mövcud olan ictimai rəyi müsbət istiqamətə yönəltsin. Amma gerçəklik bundadır ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt Dağlıq Qarabağa müstəqillik statusu verilməyəcəkdir.

SUAL: Cənab Prezident, maraqlı bir məsələ var. Dağlıq Qarabağın qondarma “prezidenti” Arkadi Qukasyan deyir ki, biz nə Ermənistana birləşirik, nə də Azərbaycan bizə sahib ola bilər, biz müstəqil bir dövlət olacağıq. Siz onun səmimiliyinə nə dərəcədə inanırsınız?

CAVAB: Mən ümumiyyətlə, onun sözlərinə heç bir əhəmiyyət vermirəm. Çünki o, qanunsuz kriminal rejimin başçısıdır. Qeyri-legitim, özünü elan etmiş, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmamış bir kriminal dəstənin başçısıdır. Ona görə, mən o adam haqqında, ümumiyyətlə, bir şey söyləmək istəmirəm və onun dedikləri heç bir əhəmiyyət kəsb etmir.

O ki qaldı, ümumiyyətlə, məsələnin həlli yollarına, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Birləşmiş Millətlər Təşkilatı, bütün başqa təşkilatlar Dağlıq Qarabağ daxil olmaq şərtilə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda, heç bir müstəqillikdən söhbət gedə bilməz. Dünyada müəyyən təcrübə var, dünya praktikası var, azlıqların normal yaşaması praktikası var. O cümlədən, Azərbaycanda da. Azərbaycanda milli azlıqlar var və onlar çox rahat yaşayırlar, sərbəst yaşayırlar, bütün hüquqlardan istifadə edirlər.

Avropada muxtariyyət forması mövcuddur. Avropanın bir neçə ölkəsində muxtariyyət forması var. Nə üçün burada hansısa başqa forma olmalıdır?! Nə üçün Azərbaycanda yaşayan milli azlıq yaşadığı ərazini Azərbaycandan qoparıb hansısa bir müstəqil dövlət yaratmalıdır?! Biz buna imkan verməyəcəyik və heç kim, heç bir təşkilat, heç bir ölkə heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Nəzərə alsaq ki, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən güclənir, biz daha üstün mövqelərə malikik.

Ermənistan bizimlə rəqabət aparmaq iqtidarında deyil və vaxt keçdikcə bizim gücümüz daha da təsirli olacaqdır. Mən ona təəssüflənirəm ki, vaxt keçir, bizim qaçqınlarımız, köçkünlərimiz öz doğma torpaqlarına hələ qayıda bilmirlər. Amma mən inanıram ki, biz məsələni ədalətli və beynəlxalq hüquq normalarına uyğun olaraq həll edəcəyik. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və Azərbaycanın suverenliyi bütün ölkə miqyasında bərpa olunacaqdır.

SUAL: Cənab Prezident, qarşıda Sizin Robert Koçaryanla görüşünüz barədə planlar var. Böyük səkkizlərin zirvə görüşündə Koçaryanla görüşünüz gözlənilirmi?

CAVAB: Xeyr, belə bir şey yoxdur. Biz son bir neçə ay ərzində iki dəfə görüşmüşük. O görüşlərin heç bir nəticəsi olmadı.

JURNALİST: Olmadımı?

İLHAM ƏLİYEV: Xeyr. Bildiyiniz kimi, ilk görüş Fransada keçirildi və Ermənistan Prezidenti o görüşü yarımçıq tərk etdi. Ondan sonra Rumıniyada bir görüş oldu. Orada da biz heç bir nəticəyə gəlmədik. Bizim aramızda heç bir anlaşma yoxdur, razılaşma yoxdur və bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistanın işğalçı siyasətidir.

Biz heç kimin torpağına iddia etmirik, heç kimin malına, torpağına göz dikməmişik. Biz tələb edirik ki, bizə mənsub olan ərazi Azərbaycana qayıtarılsın. Biz çalışırıq ki, bunu sülh yolu ilə edək. Biz Ermənistana şans veririk ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çəkilsin və qan tökülmədən, müharibə başlamadan biz bu məsələni çözək. Əgər biz buna nail olsaq, o zaman bölgədə bütün mənzərə dəyişəcək, əlaqələr yaranacaq, yollar açılacaq, əməkdaşlıq mümkün olacaqdır. Gələcəkdə Ermənistan, - indi bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdədir, - onlara qoşula bilər. Yəni erməni xalqı da bundan faydalanacaqdır.

Erməni xalqı bu torpaqların işğalından nə qazandı? Heç nə qazanmadı! Daha yaxşı yaşamağamı başlayıb? Xeyr. Onların dünyada hörməti daha da artdı? Əksinə, onlar dünyada işğalçı, təcavüzkar dövlət kimi tanınırlar, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ölkə kimi tanınırlar. Ermənistanın dünyada mövqeləri daha da möhkəmləndi? Xeyr. Onlar bu münaqişə uzandıqca, daha da çətin vəziyyətə düşürlər. Gələcəkdə də, təbii ki, Azərbaycanla heç cür rəqabət aparmaq iqtidarında olmayacaqlar. Ona görə, əgər bu məsələ öz həllini taparsa, erməni xalqı da yaxşı yaşayacaqdır. Amma məsələnin həlli yalnız beynəlxalq hüquq müstəvisində ola bilər. Dünyada mövcud olan prinsiplər var, qaydalar var, beynəlxalq təşkilatların qərarları var.

İndi Ermənistan istəyir ki, Dağlıq Qarabağ ona birləşsin. Biz də çox şey istəyə bilərik. Biz də istəyə bilərik ki, Azərbaycanın tarixi torpaqları, İrəvan xanlığı Azərbaycana birləşsin. Biz onu istəyə bilərik. Amma bu, indi reallıq deyil. Ona görə, bu məsələ kiminsə istəyi ilə həll oluna bilməz. Beynəlxalq hüquq var. Yenə də deyirəm, biz indi Ermənistana şans veririk ki, bu məsələ sülh yolu ilə həll olunsun. Olmasa, biz başqa variantları da nəzərdən keçirməliyik.

SUAL: Yəni müharibənimi nəzərdə tutursunuz?

CAVAB: Yəni, o, istisna olunmur, heç vaxt istisna olunmur. Nəzərə alsaq ki, indi atəşkəs rejimi çox həssasdır. Yəni, təhlükəsizlik tədbirləri hələ bizə imkan vermir ki, təmas xəttində vəziyyət tam sakit olsun. Bizim aramızda heç bir başqa ölkələrin qüvvələri yoxdur, sülhməramlı qoşunlar yoxdur. Yəni istənilən anda xoşagəlməz hadisə baş verə bilər. Biz nə vaxta qədər dözməliyik? Biz nə vaxta qədər danışıqlarda iştirak etməliyik? Görürük ki, Ermənistan tərəfi danışıqlarda özünü qeyri-səmimi aparır. Ona görə, biz bütün variantlara hazır olmalıyıq. Azərbaycanın artan iqtisadi potensialı, hərbi gücü, bölgədəki vəziyyəti, bölgə üçün, dünya üçün artan önəmimiz, əlbəttə, bizi daha da üstün mövqelərə gətirib çıxarır. İllər keçdikcə bu, özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Ermənistan özü fikirləşməlidir və bütün mümkün olan təhlükəli nəticələr üçün onlar məsuliyyət daçıyacaqlar.

SUAL: Yəni, məsuliyyət onların üzərinə düşəcəkdir?

CAVAB: Bəli.

SUAL: Hörmətli cənab Əliyev, amma onlar əvvəlki kimi görünmürlər.

CAVAB: Baxın, onlar Türkiyəyə qarşı nə qədər ədalətsiz iddialar irəli sürürlər. Nə qədər yalan, böhtan, uydurma, iftira əsasında iddialar irəli sürürlər, Avropada çalışırlar ki, uydurma “soyqırımı”nı qəbul etdirsinlər. Yəni bu nəyi göstərir? Bu, onu göstərir ki, onlar düşmənçilik mövqeyindədirlər.

Birincisi, soyqırım olmayıbdır. Onlar bütün dövrlərdə türkləri, azərbaycanlıları öldürmüşlər, qırmışlar.

İkincisi, gəlin, biz yenə tarixə baxaq. Ölkələr var idi ki, tarixdə on dəfə, iyirmi dəfə bir-biri ilə savaşmışlar. Avropa ölkələri. Gəlin, İkinci Dünya müharibəsinə baxaq. Almaniya, Sovetlər Birliyi, İngiltərə, Fransa və Amerikanın apardığı o müharibədə 30 milyon və bəlkə də, ondan da çox insan həlak oldu. Dünyada müharibələr olubdur, ondan əvvəl də Avropada olubdur. Ancaq 20 ildən sonra artıq Sovetlər Birliyi ilə, Qərbi Almaniya arasında münasibətlər düzəldi. Amma bu gün onlar müttəfiqdirlər, Fransa ilə Almaniya Avropa İttifaqında aparıcı rol oynayırlar və onların müttəfiqliyini hamı görür. Bu millətlər, bu ölkələr o tarixi gələcək üçün, inkişaf üçün qapatdılar. Amma baxın Ermənistana, onlar öz gənc nəslini düşmənçilik ruhunda böyüdürlər.

JURNALİST: Amma onlar hələ də keçmişdə yaşayırlar.

İLHAM ƏLİYEV: Onlar keçmişdə yaşayırlar, ona görə inkişaf edə bilmirlər. Bu, onların böyük problemidir. Bu onu göstərir ki, onlar bu siyasətdən əl çəkmək fikrində deyillər. İlk növbədə, onlar çalışırlar ki, “soyqırımı”nı qəbul etdirsinlər, ondan sonra nə olacaq, onu bilirik. Ondan sonra təzminat istəyəcəklər. Ondan sonra Türkiyəyə qarşı torpaq iddiası irəli sürəcəklər. Bunları bilirik. Ona görə gərək hazır olaq. Türkiyə və Azərbaycan bu işdə daha da möhkəm mövqelərə malik olmalıdır. Biz müdafiə olunmalı yox, siyasi cəhətdən, təbliğat baxımından hücum etməliyik. Burada, Azərbaycanda bu işi çox yüksək səviyyədə qururuq. Erməni təbliğatını ifşa etmək lazımdır. Onların yalan təbliğatını darmadağın etmək və dünya birliyinə həqiqəti çatdırmaq lazımdır.

SUAL: Cənab Prezident, Siz Amerikaya getdiniz, orada keçirdiyiniz görüşlərdə İran, Ermənistan, Türkiyə, bölgə və Azərbaycan ilə bağlı nə kimi müzakirələr apardınız?

CAVAB: Amerikaya səfərim çox uğurlu keçdi. Prezident Buş, vitse-prezident Çeyni ilə, bütün başqa vəzifəli şəxslərlə - nazirlər, ictimai xadimlər, senatorlar, konqresmenlər və qeyri-hökumət təşkilatları ilə çox ətraflı danışıqlar oldu. Əlbəttə ki, ilk növbədə, ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi apardıq. Onu deyə bilərəm ki, bu gün Azərbaycan-Amerika münasibətləri çox yüksək səviyyədədir. Biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edirik və mənim oraya rəsmi səfərim bunu bir daha möhkəmləndirdi. İkitərəfli münasibətlər bundan sonra daha da sürətlə inkişaf edəcəkdir.

Təbii ki, bölgədəki vəziyyət də müzakirə olunmuşdur. Çünki biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslər istər-istəməz Azərbaycana təsir edir, Azərbaycanda gedən proseslər də bölgə işlərinə təsir edir. Əsas məsələ bundadır ki, burada sabitlik pozulmasın. Sülh bərqərar olunsun, möhkəmlənsin, təhlükəsizlik tədbirləri daha da güclənsin və bölgə təhlükəsizlik şəraitində normal əməkdaşlıq edə bilsin. Çünki bölgənin çox böyük potensialı var. Xəzər dənizinin neft və qaz yataqları, nəqliyyat yolları, yeni açılan imkanlar - bütün bunlardan istifadə üçün gərək bölgədə təhlükəsizlik tədbirləri daha da möhkəmlənsin və Azərbaycan da bu işdə öz rolunu oynayır.

SUAL: Cənab Prezident, bölgədə zaman-zaman rəngli inqilablar oldu. Sonrakı prosesləri izlədiyimiz zaman sanki bunlar iflasa uğramış kimi görünür. Sizcə bu rəngli inqilablar nədən baş verdi? Hətta burada da cəhd göstərdilər, amma həyata keçirə bilmədilər. Elə deyilmi?

CAVAB: Burada da o cəhdlər, necə deyərlər, çox acınacaqlı təəssürat yaratdı. Çünki bunun səbəbi bilirsiniz, yəqin ki, insanların müəyyən məsələlərdə hökumətin xətti ilə birgə fikirdə olmamasından irəli gəlir. Yaxud da iqtidarla xalq arasında uçurumun böyüməsindən irəli gəlir. Həm də, əlbəttə ki, sosial-iqtisadi problemlər insanları bu işlərə sövq edir. Azərbaycana gəldikdə isə, burada mənzərə tam başqadır. Biz indi dünyanın iqtisadi artım baxımından ən birinci ölkəsiyik. Keçən il iqtisadi artım 26 faiz, bu ilin beş ayında 40 faiz olmuşdur. Dünyada iqtisadi artım sürətinə görə ən birinci yerdə bizik.

Sənaye istehsalı Azərbaycanda beş ayda təxminən 40 faiz artmışdır. Son iki il yarım ərzində Azərbaycanda 400 min yeni iş yeri açılmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı 20 faiz aşağı düşmüşdür. Əhalinin gəlirləri 25 faiz artmışdır. Yəni bütün bunlar onu göstərir ki, iqtisadi cəhətdən ölkə daha da möhkəmlənir və insanlar daha da yaxşı yaşayırlar. Bundan əlavə, bizim xarici siyasətimiz xalq tərəfindən bəyənilir. Yəni burada hər hansı bir çevriliş etmək üçün heç bir əsas yox idi. Düzdür, bəzi siyasi qüvvələr başqa ölkələrdəki çevrilişləri görərək, ondan ruhlanaraq çalışdılar ki, burada bir problem yaratsınlar, yaxud da istədiklərinə nail olsunlar. Amma xalq onları dəstəkləmədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib