AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ SLOVENİYA PREZİDENTİ YANEZ DRNOVŞEKİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 28-də Sloveniya Prezidentinin iqamətgahında - “Brdo Pri Kranyu” qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Yanez Drnovşekin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.