AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olundu.