Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Qaldırdığınız məsələlər həm ümumi xarakter daşıyır, eyni zamanda, hər bir rayona aid olan problemlər var. Ümumi problemlərdən biri də, əlbəttə, su təchizatı və kanalizasiya xətlərinin nasaz vəziyyətdə olmasıdır. Deyə bilərəm ki, bu, bütün respublikada ciddi narahatlıq doğuran bir məsələdir. Bu məsələ ilə məşğul oluruq, müvafiq göstərişlər verilibdir. Əlbəttə, bu zonaya aid olan məsələlər də təhlil ediləcək və əlavə tədbirlər planı hazırlanacaqdır.

Bununla yanaşı, qazla təminat. Uzun illər Azərbaycan rayonları qazsız qalmışdır. Təxminən 2001-ci ildən başlayaraq, yeni proqram icra olunmağa başladı. Demək olar ki, indi bütün rayon mərkəzləri qazla təmin olunur. Bu təminat haradasa 100 faiz, haradasa 50 faizdir. Ancaq qaz verilir. Amma kifayət qədər verə bilmirik, çünki imkanımız yoxdur. Ona görə ki, hələlik Azərbaycanda qaz hasilatı bizim daxili tələbatımızı ödəmir. Biz məcbur oluruq xaricdən, Rusiyadan ildə 4 milyard 500 milyon kubmetr qaz alırıq. Qazın alınmasına Azərbaycan dövləti yeni qiymətlə təxminən 500 milyon dollar pul ödəyir. Ancaq siz də bunu yaxşı bilirsiniz ki, əhalidən və müəssisələrdən bu pulu yığmaq mümkün deyildir. Heç bir ölkədə bu qədər dotasiya heç kimə verilmir. Müqayisə üçün deyə bilərəm ki, bizimlə qonşu ölkələrdə əhaliyə verilən qazın min kubmetrinin qiyməti, məsələn, Gürcüstanda 190 dollar, Ermənistanda 160 dollardır. Azərbaycanda isə 50 dollardır, onun da cəmi 20 faizi yığılır. İndi təsəvvür edin, biz Rusiyaya 500 milyon dollar pul ödəyirik, oradan qaz alırıq. Onu əhaliyə paylayırıq, ancaq pulunu ala bilmirik. Yəni belə vəziyyət davam edə bilməz. Biz yaxşı başa düşürük ki, bu, çox ciddi sosial problemdir, sosial məsələdir. Ancaq gərək biz bu məsələdə də işimizi elə quraq ki, dövlətin üzərinə bu boyda yük düşməsin.

İndi göstəriş vermişəm ki, ilin sonuna qədər Azərbaycanda, bütün ölkədə sayğacların quraşdırılması başa çatsın. “Azəriqaz” şirkətindən mənə verilən məlumata görə, ilin sonuna qədər təxminən 90 faiz abunəçi sayğacla təmin ediləcəkdir. Ondan sonra, əlbəttə ki, insanlar sərf etdikləri qazın pulunu ödəyəcəklər. İndi normativlər var, meyarlar var. Bu yaxınlarda maraqlandım, onları mənə verdilər. Bəlkə də 30-40 bənddən ibarət bir siyahıdır, cədvəldir - qış aylarında bu qədər, yay aylarında bu qədər ödəməlidir. Əgər onun sobası varsa, bu qədər, yoxdursa, bu qədər, pilətəsi varsa, bu qədər. Bilirsiniz, bu, keçmişdən qalan yanaşmadır. Biz ona son qoymalıyıq. Mən Tarif Şurasına göstəriş verdim ki, o siyahı sadələşdirilsin. Sayğaclar tam quraşdırılmayana qədər insanlar bilməlidirlər ki, nəyin pulunu verirlər. Ancaq o da faktdır ki, bu gün Azərbaycanda qaz dotasiya ilə verilir. Əgər biz istəsək də qazın həcmini artıraq, buna imkan yoxdur. Çünki öz hasilatımız buna imkan vermir.

Rusiyadan isə mövcud kəmər 4 milyard 500 milyon kubmetrdən çox qaz qəbul etməyimizə imkan vermir.

Ancaq Azərbaycanın zəngin “Şahdəniz” qaz yatağı var, bu ilin sonunda istismara verilir. Bu il oradan bizə az miqdarda qaz veriləcəkdir. Gələn ildən isə, əlbəttə ki, daxildə istehlak olunan qazın həcmi artacaqdır. Bu məsələ ümumi xarakter daşıyır. Mən sadəcə olaraq, bunu bir də qeyd etmək istəyirəm ki, hamı bilməlidir - heç bir ölkə qazı dotasiya ilə vermir. Əksinə, qazı, məsələn, indi 110 dollara alır və 190 dollara satır. Biz isə 110 dollara alırıq, 50 dollara satırıq. 50 dolların da ancaq 20 faizini yığırıq. Bu, böyük yükdür. Nəzərə alsaq ki, Azərbaycan özü də təxminən 4,5 milyard kubmetr qaz hasil edir və təbii ki, onun da dünya qiyməti var və o qaz da elə su qiymətinə satılır, görün, ölkə bundan nə qədər çətinlik çəkir.

Ümumi məsələlərə aid olan digər sahə, əlbəttə, sosial sahədir - məktəblər, xəstəxanalar. Uzun illər bu sahələrə investisiya qoymağa imkan yox idi. Çünki ölkəmizin iqtisadi vəziyyəti buna imkan vermirdi. İndi biz iqtisadiyyatımızı inkişaf etdirərək, 1990-cı illərin ortalarından başlanmış iqtisadi islahatları davam etdirərək büdcəmizi artırırıq. 4 milyard dollarlıq büdcəmiz var. Nəzərə alsaq ki, üç il bundan əvvəl 1 milyard dollar idi, bu böyük rəqəmdir. Ancaq bizi tam qane edə bilmir. Ona görə, bizim büdcəmiz ildən-ilə artacaq, özü də neftdən gələn pulun hesabına yox. Neftdən gələn pulun hesabına büdcəni artırmaq böyük məharət, yaxud da ağıl tələb etmir. Maliyyə nizam-intizamı möhkəmlənməlidir, əlavə resurslar işə salınmalıdır, vergi sistemində daha da ciddi işlər aparılmalıdır, burada, büdcənin xərclənməsində şəffaflıq olmalıdır. İndi deyə bilmərəm ki, bu, tam var. Ayrılan vəsaitdən səmərəli istifadə edilməlidir. Mən bilirəm ki, ayrılan vəsaitdən bəzi hallarda səmərəli istifadə etmirlər və digər xoşagəlməz hallar baş verir. Bunun qarşısı alınmalıdır.

Azərbaycan artıq dünya iqtisadiyyatına qovuşur. Dünya iqtisadiyyatı şəffaflığı tələb edir. Biz hasilat sənayesində beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkəyik. O proqramda iştirak edən ölkələr arasında liderik. Bu yaxınlarda Böyük Britaniyanın dövlət katibi bu məsələ ilə əlaqədar mənə məktubla müraciət etmişdi. Orada yazmışdı ki, Azərbaycan hasilat sənayesində şəffaflıq təşəbbüsünün iştirakçıları arasında lider dövlətdir və Azərbaycanın təcrübəsi öyrənilməldir. Bunu biz yaratmışıq. Çünki bu şəffaflıq ilk növbədə, bizə lazımdır. Biz bunu nə qədər təmin etsək, bizim o qədər vəsaitə də qənaətimiz olacaq, əlavə imkanlarımız da yaranacaqdır. Ona görə büdcə də artacaqdır.

Gələn il, indi rəqəmi demək istəmirəm, - bu barədə hökumətə tapşırıq vermişəm, - amma yenə də büdcənin kəskin şəkildə artımı nəzərdə tutulur. Belə olan halda, rayonlara ayrılacaq vəsaitin həcmi də artacaqdır. O vəsaitdən səmərəli istifadə etmək sizdən asılıdır. Bu gün mənə dediyiniz məsələlər, onların böyük hissəsi məhz o vəsaitin hesabına həll olunmalıdır. Biz bu işlərin bəzilərini bu il başlamalıyıq. Təxirəsalınmaz tədbirlər görülməlidir. Mən əlavə vəsait ayıracağam. Sonra siz bütün təklifləri Zeynal Nağdəliyevə təqdim edin. Biz onları ümumiləşdirib əlavə tədbirlər haqqında proqram qəbul edəcəyik. Ancaq əsas işləri gələn il və 2008-ci ildə görməliyik.

Yol tikintisi də geniş proqramdır. Əgər yol yaxşı olmasa, heç bir infrastrukturu inkişaf etdirmək mümkün olmayacaq, turizm mümkün olmayacaqdır. Xüsusilə bu bölgədə, çünki Azərbaycanda ən gözəl turizm imkanlarına malik olan bölgədir. Burada hər tərəf turizm zonasıdır, hər tərəf çox gözəl təbiətdir. Ancaq infrastruktur olmalıdır. Mehmanxana, turizm mərkəzi, istirahət, müalicə zonaları olmalıdır. Bunu, təbii ki, özəl sektor etməlidir. Amma bunu təşkil etmək üçün elektrik enerjisini dövlət təmin etməlidir, yolu, su xəttini, qaz xəttini dövlət çəkməlidir. Ona görə, qaldırdığınız məsələləri ayırmalıyıq ki, hansını dövlət hesabına, hansını özəl sektorun hesabına etməliyik.

Özəl sektorun hesabına görüləcək işlərə biz bilavasitə qarışa bilmərik. Özəl sektora nə edə bilərik? Kredit verə, yardım edə, onlara şərait yarada bilərik. Mən bu gün Şəkidə bu bölgədən olan sahibkarlarla görüş keçirmişəm. Artıq kreditlərin birinci mərhələsi başlanıbdır. Daha da böyük həcmdə kreditlər veriləcəkdir. Ölkə üzrə bu il sahibkarlara təxminən 100 milyon dollar kredit veriləcəkdir. Keçən il 50 ya 40 milyon idi. Bu il 100 milyondur, gələn il yəqin ki, 150 milyon, bəlkə də 200 milyon olacaqdır. Sahibkarlar da bu pulu səmərəli istifadə etməlidirlər. Əlbəttə, bu işdə İqtisadi İnkişaf Nazirliyi də onları istiqamətləndirməlidir. Çünki biz ölkəmizi düşünülmüş şəkildə inkişaf etdirməliyik. Kreditlər ölkəmiz üçün lazım olan sahələrə sərf olunmalıdır. Eyni zamanda, mən sizdən də tələb edirəm ki, bu işdə fəal iştirak edin. Çünki siz yaxşı bilirsiniz ki, rayonda hansı sahəyə daha çox pul qoymaq lazımdır, hansı sahə daha da sürətlə inkişaf etməlidir. Ona görə hökumət, kreditləri paylayan Sahibkarlığa Kömək Milli Fondu, İqtisadi İnkişaf Nazirliyi, sahibkarlar və yerli icra orqanları arasında çox geniş və ciddi əlaqələndirmə olmalıdır. Belə olan halda, biz sahibkarlığın inkişafına da nail olacağıq. Burada sizin qaldırdığınız məsələlər, misal üçün, emal müəssisələri Azərbaycana çox lazımdır. Deyirik ki, meyvələr xarab olur, bunu yetişdirənlər ziyan çəkirlər.

Qax rayonu icra hakimiyyətinin başçısı qeyd etdi ki, fındıqla bağlı problem yoxdur. Çox gözəl. Çünki fındıq yəqin ki, çox da böyük emal tələb etmir. Onu yığırlar, satırlar, özü də tələbat olan məhsuldur. Əgər rayon əhalisinə 12 milyon dollar pul gəlibsə, əlbəttə ki, onların həyat səviyyəsi yaxşılaşacaqdır. Amma meyvə-tərəvəzi, gərək emal edib satasan. Azərbaycanda artıq bir neçə yerdə müasir emal zavodları var. Bu bölgə üçün də lazımdır. Mən bilirəm ki, burada artıq bir neçəsi var, amma potensial daha da böyükdür. Ona görə biz gərək baxaq, o məhsul harada, hansı həcmdə buraxılmalıdır, oraya nə qədər investisiya qoyulmalıdır. Bəlkə də hansısa sahibkarlara, yaxud da şirkətlərə məqsədli şəkildə investisiya verilsin. Çünki bu, həm də böyük sosial problemdir. İşsizliyin aradan qaldırılması üçün də bunun çox müsbət təsiri olacaqdır.

Tütünçülüyün inkişafı çox böyük əhəmiyyət kəsb edir. Vaxtilə Azərbaycanda tütünçülük çox inkişaf etmişdir. Sovet İttifaqı dağılandan sonra və ümumiyyətlə, bizim iqtisadiyyat faktik olaraq iflic vəziyyətinə düşmüşdü. Bu sahə də başlı-başına qalmışdı. İndi bunu dirçəltmək, yeni, müasir texnologiya tətbiq etmək böyük vəsait tələb edir. Deməli, biz onu araşdırmalıyıq ki, nə qədər vəsait tələb edir. Bəlkə tütünçülüyün inkişafına dair xüsusi bir proqram qəbul edək. Vaxtilə, ulu öndər Heydər Əliyev 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə xüsusi proqramlar qəbul olunurdu. Məsələn, üzümçülüyün inkişafı barədə. Üzüm istehsalı 2 milyon tona qalxmışdı. Pambıq istehsalı 100 min tondan 1 milyon tona qalxmışdı. Çayçılıq, digər sahələr. Bu, çox gözəl təcrübədir, çox səmərəli yanaşmadır. Biz bundan istifadə etməliyik.

İndi bizim imkanlarımız getdikcə artır. Biz zəngin ölkəyə çevrilirik. Yenə də deyirəm büdcə xərcləri artacaqdır. Gərək biz ondan məqsədyönlü şəkildə səmərəli istifadə edək və qeyri-neft sektoruna, kənd təsərrüfatına yönəldək. Əhalinin 50 faizi kəndlərdə yaşayır. Deməli, kənd təsərrüfatına ən prioritet diqqət göstərilməlidir. Ona görə siz də bu məsələlərlə bağlı konkret təkliflər verin. Çünki mən bunun tərəfdarıyam ki, biz hər bir məsələyə konkret baxaq. Bütün bunlar olmalıdır və qısa müddət ərzində buna başlamalıyıq.

Əlbəttə ki, sahilbərkitmə işlərinə də böyük diqqət göstərilməlidir. Çünki bu bölgədə çaylar məcradan çıxandan sonra bütün əkin sahələrini məhv edir, insanların zəhməti faktik olaraq itir.

O ki qaldı məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikintisinə, əlbəttə, biz bunu mərkəzləşmiş qaydada edəcəyik. Bu proqram var. Mən çalışıram ki, Azərbaycanda yararsız vəziyyətdə bir dənə də olsun xəstəxana, məktəb olmasın. Azərbaycanda 4500 məktəb var. Mənə verilmiş məlumata görə, onların 30 faizi, bəlkə də çoxu yararsız vəziyyətdədir. Yararsız vəziyyət deyəndə, hərənin öz anlayışı var. Mən isə istəyirəm ki, hər bir məktəb yüksək standartlara, dünya standartına cavab versin, bizim uşaqlarımız yaxşı şəraitdə oxusunlar.

O cümlədən tibb məntəqələri. Mən Balakənə getməmişdən əvvəl vəziyyətlə tanış oldum. Siz bilirsiniz ki, Zaqatalada müalicə-diaqnostika mərkəzinin tikintisinə qərar vermişdik. Artıq orada işlər də başlanmışdı. Mən Zaqatalada olarkən onun təməl daşını qoydum. Amma bölgəyə səfərə çıxmamışdan əvvəl soruşdum ki, bəs Balakəndə vəziyyət necədir? Dedilər ki, faktik olaraq Balakəndə yoxdur. Adam göndərmişəm, gedib Balakən xəstəxanasına baxıblar, dəhşətə gəliblər ki, burada adam necə müalicə oluna bilər. Ona görə dərhal göstəriş verdim. Son illər ərzində Azərbaycanda ən müasir, ən gözəl və ən böyük xəstəxana Balakəndə tikiləcəkdir. Çünki ən ucqar rayonlardan biridir, Bakıdan uzaqdır. Biz gərək sərhəddə yaşayan insanlara daha da böyük diqqət göstərək. Sərhəd rayonlarına daha da böyük diqqət, qayğı göstərilməlidir. Çünki onlar paytaxtdan uzaqda yerləşir. Gərək biz onların qayğıları ilə yaşayaq. Məhz orada gərək ən müasir səviyyədə infrastruktur yaradılmalı, məktəb, xəstəxana tikilməlidir. Amma əgər desəm ki, ancaq Balakəndə vəziyyət belədir, düz olmaz, başqa rayonlarda da elədir. Xəstəxanalara vəsait qoyulmurdu.

Mənim təşəbbüsümlə 2004-cü ildə səhiyyəyə ayrılan xərclər 2003-cü ilə nisbətən 44 faiz, axırda isə 50 faiz artmışdı. O vəsaiti kim gördü?! Heç kim. Mən nə qədər artırırdım, o qədər də oğurlayırdılar. Mən nə qədər çalışırdım ki, xəstəxanaları təmir etsinlər, avadanlıq alsınlar, dərman alsınlar, gedirdilər köhnə dərmanları alırdılar, hansı ki, onların müddəti bitibdir. O, zəhərdir, dərman deyil. Beləliklə, korrupsiya ilə məşğul olurdular. Vəziyyət belədir. Biz gərək bunu necə var, elə də deyək. Biz bunu bilirik, insanlar bunu bilir. Səhiyyə elə sahədir ki, insanlar məcburdurlar mütəmadi qaydada təmasda olsunlar. Tibb məntəqəsi, xəstəxana, poliklinika və müalicə-diaqnostika mərkəzində gərək birinci, yüksək səviyyədə xidmət olsun, ikinci, dərman və avadanlıq olsun. Sağlamlıq insanın ən böyük nemətlərindən biridir. Ona görə bu məsələlərə kompleks şəkildə baxılır. Əlbəttə, imkan daxilində. Amma nəzərə alsaq ki, imkanımız artır, indi biz gərək o yüksək sürəti saxlayaq.

Mən yenə də deyirəm, bütövlükdə razıyam ki, proqram necə icra olunur, hər bir regionda inkişaf gedir. Amma onu da bilirəm ki, sürət bizi tam qane edə bilməz. Bəzi yerlərdən mən çox razıyam, bəzi yerlərdən də razı deyiləm. Gərək biz bu sürəti artıraq. Əgər biz kiminsə yardımına, hansısa köməyə, yaxud da kreditə möhtac olsaydıq çətinlik olardı. Belə şey yoxdur. Biz heç kimdən asılı deyilik. Özümüz öz siyasətimizi aparırıq, imkanı özümüz yaradırıq. Heç kim gəlib bu imkanı bizə yaratmır.

Ulu öndər Heydər Əliyevin tutduğu yol bu gün davam etdirilir. Əgər o vaxt neft müqaviləsi imzalanmasaydı, Azərbaycanda tamamilə başqa mənzərə olacaqdı. Bu, cəsarət tələb edirdi, siyasət, müdriklik tələb edirdi. O, bunu çətin şəraitdə bunu Azərbaycan üçün etdi. Bu, uzun illər, onilliklər boyu ölkəmizin müstəqil həyatını müəyyən edəcəkdir. İndi iqtisadi imkanlarımız var, gərək biz o imkanlardan səmərəli istifadə edək. Belə olan halda, ilk növbədə, səhiyyə, təhsil, digər sosial məsələlər həllini tapmalıdır. Bu yaxınlarda maaşlar, pensiyalar da qaldırılacaqdır. İnsanların alıcılıq qabiliyyəti də artır.

İşsizlik aradan qaldırılır. Mənə deyirlər, əvvəllər Bakıda işsiz adamlar müəyyən yerlərdə yığışırdılar. Onları müəyyən bağ işlərinə və yaxud da tikinti işlərinə aparırdılar. Çox ucuz qiymətə, köhnə manatla günü 10 min manata gedib işləyirdilər. İndi deyirlər, günü yeni manatla 20 manatdır. Yəni bu, təxminən 25 dollar edir. Bu onu göstərir ki, alıcılıq qabiliyyəti artır, nə qədər binalar, evlər, müəssisələr, şadlıq evləri tikilir. Bütün bunlar inkişafın göstəricisidir.

Əlbəttə, pensiyalar, maaşlar qalxdıqca, alıcılıq qabiliyyəti də artacaq və insanlar daha da yaxşı yaşayacaqlar. Bizim də məqsədimiz bundan ibarətdir. Bir tərəfdən, güclü iqtisadiyyat - iqtisadiyyatımızın bel sütunu olan neft-qaz sektoru, bu istiqamətdə inkişaf var, neft kəmərləri tikilib istifadəyə verilir. Digər tərəfdən, sahibkarlığın inkişafı, özəl sektorun inkişafı - bu sahəyə kömək etmək üçün kreditlərin, kənd təsərrüfatı texnikasının verilməsi. Bilirsiniz ki, “Aqrolizinq” şirkətini yaratmışıq. Bu bölgədə də şöbələri olmalıdır. Texnika verilir, gübrələr verilir. Üçüncü tərəfdən, sosial məsələlərin həlli - maaşların, pensiyaların artırılması və infrastrukturun yaradılması.

Baxın, hansı ölkədə bir ildə 6 elektrik stansiyası tikilir. Heç bir yerdə. O stansiyaların ümumi gücü 1000 meqavatdır. Azərbaycanın bütün illər ərzində yaradılmış istilik və su elektrik stansiyalarının ümumi gücü 4 min, ya 5 min meqavatdır. İndi bu da tam gücü ilə işləmir. Ancaq biz bu il 500 meqavat, gələn il Sumqayıt elektrik stansiyasında 500 meqavat güc işə salacağıq - bu edir 1000 meqavat. Ondan sonra “Şimal” elektrik stansiyasında 400 meqavat güc işə salınacaq və hamısı birlikdə olacaq 1400 meqavat. Lazım olsa, əlavə də edərik. Əsas məqsədimiz odur ki, yollar, elektrik stansiyaları, su, qaz təchizatı - bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət etsin. Mən əminəm ki, belə də olacaqdır. Çünki görülən bütün bu işlər öz nəticəsini verir və verəcəkdir.

Bölgəyə aid olan məsələləri də siz yaxşı bilirsiniz. Kənd təsərrüfatı, turizm, tütünçülük, emal müəssisələrinin yaradılması - bütün bunlara biz kompleks şəklində baxacağıq. Yenə də deyirəm, özəl sektor harada iştirak etməlidirsə, biz onları təşviq edəcəyik. Harada dövlət infrastruktur yaratmalıdır, dövlət onu edəcəkdir. Beləliklə, biz bütün bu məsələləri təzədən təhlil edib, bölgə üçün yeni qısamüddətli inkişaf proqramını hazırlayıb, qəbul edəcək və icrasına başlayacağıq. Bu işdə sizə uğurlar arzulayıram.

Prezidentin göstərişlərini, tapşırıqlarını yerinə yetirməlisiniz. Ümumi xəttimizi bilirsiniz. Bizim xəttimiz açıqdır, aydındır - Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkədə vətəndaş həmrəyliyini möhkəmləndirmək. Azərbaycanda çoxlu xalqlar yaşayır. Mən bu günlərdə də demişəm, biz çoxmillətli ölkəyik. Bizim gücümüz bundadır. Biz Ermənistan kimi monoetnik dövlət deyilik, Ermənistanda başqa heç bir xalq yaşaya bilmir. Sovet vaxtında da orada əhalinin təxminən 93-95 faizi ermənilər idi. Müstəqil olandan sonra bütün başqa millətlər oradan qaçıb, azərbaycanlılara qarşı soyqırımı təşkil ediblər, etnik təmizləmə siyasəti nəticəsində oradan qovublar. Başqa millətləri də sıxışdıra-sıxışdıra ölkədən çıxarıblar. İndi Ermənistan monoetnik dövlətdir. İndi dünyanın heç bir başqa yerində monoetnik dövlət tapmaq mümkün deyildir. Statistikaya baxmaq olar - istər bizim bölgədə, istərsə də Avropada, Amerikada, Asiyada, Afrikada heç bir ölkədə əhalinin doxsan doqquz onda neçə faizini bir millət təşkil etmir. Bu, bir növ irqçilikdən xəbər verir.

Amma Azərbaycan çoxmillətli dövlətdir. Bizdə bütün xalqlar rahat, normal yaşayırlar. Mən dünən Qaxda gürcü kilsəsində oldum. Orada xristian dininə aid olan abidələr də qorunur. Bu gün Kiş kəndində alban məbədi ilə tanış oldum. O da qədim tarixi bir abidədir. Dövlətimizin siyasəti də, xalqımızın niyyəti də bundan ibarətdir. Bizim gücümüz birliyimizdədir. Ona görə bu siyasətə də diqqət verilməlidir. Nəzərə alsaq ki, bu bölgədə milli azlıqlar, bizim qardaşlarımız, bacılarımız yaşayır, onlar da bir ailə kimi, rahat yaşamalıdırlar. Onlar üçün bütün şərait yaradılmalıdır.

Bir də demək istəyirəm ki, sərhəd zonası olduğuna görə, bu bölgəyə həmişə xüsusi diqqət olmalıdır. Siz də bu siyasəti yerlərdə icra etməlisiniz. Bütün göstərişləri icra etməlisiniz və bundan əlavə, özünüz təşəbbüs göstərməlisiniz. Çünki bu bölgənin problemlərini sizdən yaxşı bilən yoxdur. Vaxtlı-vaxtında bizə məlumat verməlisiniz.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir