Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB - 2 VİDEO

Tbilisi, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir İrakli Qaribaşvilinin
bəyanatı

- Bizim çox hörmətli qonağımız, əziz dostumuz cənab İlham Əliyevi salamlayıram.

Cənab Prezident, Sizi Gürcüstanda görməyə şadam. Sizi və nümayəndə heyətinizi salamlayıram, Gürcüstana səfərə gəldiyinizə görə təşəkkür edirəm. Onu da demək istəyirəm ki, biz ənənəmizi davam etdiririk, tez-tez səfərlər edirik. Bir neçə ay bundan əvvəl mən Qəbələdə səfərdə idim. Cənab Prezident, orada mənə göstərilən çox səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Keçən il bu vaxt da biz Sizi Gürcüstanda qəbul edirdik. Mən çox şadam ki, səfərlərimiz tez-tez həyata keçir. Əlbəttə ki, mən bir neçə aydan sonra Azərbaycana növbəti səfərə gələcəyəm.

Biz cənab Prezidentlə çox məhsuldar görüş keçirdik, müzakirələr apardıq. Cənab Əliyev ilə biz hazırkı strateji tərəfdaşlığımızı və əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.

Biz, həmçinin iqtisadi əlaqələri və ticarəti müzakirə etdik. Enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığı nəzərdən keçirdik. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və hər il ilk beşlikdə yer alır. Bu il bizim ticarətimizin həcmi 15 faiz artmışdır. Ötən il də rekord göstəricilərə nail olmuşuq. Yəni, biz hər bir sahədə uğurla əməkdaşlıq edirik. Dəmir yolları sahəsində də əməkdaşlıq uğurla davam edir.

Biz Orta Dəhliz layihəsinin inkişaf perspektivlərini nəzərdən keçirdik. Bildiyiniz kimi, biz işlərimizi Azərbaycanla və Qazaxıstanla əlaqələndiririk ki, bu layihə ən səmərəli şəkildə icra edilsin. Buraya dəmir yollarının müasirləşdirilməsi, limanların inşası və genişləndirilməsi, avtomobil yollarının inkişafı və müasirləşdirilməsi daxildir. Bilirəm ki, Azərbaycan da bu istiqamətdə genişmiqyaslı işlərə başlayıb. Biz Gürcüstanda dəmir yollarının müasirləşdirilməsinə başlamışıq. Bu iş 2024-cü ilin sonunadək başa çatdırılacaq və onun yükdaşıma qabiliyyəti iki dəfə artırılacaq.

Biz, həmçinin tezliklə Anakliyada yeni limanın inşasına başlayacağıq. Onun sonuncu mərhələsi hazır olandan sonra limanın yükaşırma qabiliyyəti 100 milyon ton olacaq. Bununla yanaşı, Şərq-Qərb magistral yolunun tikintisi də tezliklə yekunlaşacaq. Əlbəttə ki, biz bütün bu layihələr üzrə Azərbaycanla əməkdaşlıq edirik. Daha bir tarixi layihənin icrası da bir neçə aya başa çatacaq. Mən Baku-Tbilisi-Qars layihəsini nəzərdə tuturam, orada işlər uğurla davam edir və bir neçə aydan sonra bitəcək.

Beləliklə, bizim aydın perspektivlərimiz və uzaqgörən baxışımız var. Biz Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlıq və dostluq arzu edirik və mən bizim birgə baxışımıza inanıram.

Əlbəttə ki, biz təhlükəsizlik məsələlərini - həm regionda, həm də qlobal müstəvidə cərəyan edən hadisələri müzakirə etdik. Hazırda vəziyyət kifayət qədər gərgindir.

Mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün.

Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.

Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm.

Əziz dost, bir daha Sizi burada salamlayıram. Sizin ölkənizə sülh, inkişaf və uğurlar diləyirəm. Təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Tbilisi şəhərinin bu gözəl, füsunkar təbiətə malik guşəsində olmaq mənim üçün çox xoşdur və burada yaradılmış şərait də göz oxşayır. Cənab Baş nazirlə söhbət əsnasında mən qeyd etdim ki, Gürcüstanın bütün ərazisi təbiət nöqteyi-nəzərindən çox gözəldir. Ən böyük gözəllik və ən böyük sərvət isə gürcü xalqıdır.

Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.

Fürsətdən istifadə edərək, hörmətli cənab Baş nazir, Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Qeyd olunduğu kimi, bu il ilboyu Azərbaycanda, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu gün burada nümayiş etdirilən sərgidə bir şəkil diqqətimizi daha çox cəlb etdi, Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir. Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.

Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik. Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir. Ancaq çağırışlar demək olar ki, eynidir, problemlər eynidir. Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb və bu gün cənab Baş nazirlə söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Biz bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunduq. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar.

Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.

O ki qaldı, bizim digər sahələrdəki əməkdaşlığa, cənab Baş nazir artıq qeyd etdi, həm enerji, həm nəqliyyat sahəsində çox böyük planlarımız var, əlbəttə ki, böyük uğurlarımız var. Həyata keçirilmiş layihələr haqqında danışmaq, hesab edirəm ki, əbəsdir, bunu hər kəs bilir. Sadəcə olaraq onu demək istəyirəm ki, bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.

Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.

Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Sözümün sonunda bir məsələni də qeyd etmək istərdim. Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran oluram, eyni zamanda, Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.

Əldə edilmiş nailiyyətlər münasibətilə Sizi, cənab Baş nazir, bizim bütün gürcü qardaşlarımızı təbrik edirik. Qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirərək, cənab Baş nazir, Sizi Azərbaycana dəvət edirəm. Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB - 2 VİDEO

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

Kimi Antonelli “Formula 1”də rekorda imza atıb

® Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

İsa Həbibbəyli: “İrəvan Qazılığının tarixi” kitabı azərbaycançılıq ideologiyasına mühüm töhfədir

Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq

BŞTİ müəllimlərin işə qəbulunu elan edir

Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir

Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Qəmər Cavadlı: “İrəvan Qazılığının tarixi” kitabı İrəvan bölgəsində dini-hüquqi idarəçiliyin tarixini araşdıran mühüm elmi əsərdir

Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir

Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir

Fransa Əlcəzairdə nüvə tullantılarının basdırıldığı ərazilərə dair xəritələri təqdim etməməkdə ittiham olunur

Azərbaycanın İƏT çərçivəsindəki fəal rolu ölkənin xarici siyasətinin əsas prioritetlərindən irəli gəlir - ŞƏRH

Manal Al-Dovayan: Biz “zikra” konsepsiyasını yaddaş, xatirələr və unutqanlıq ilə bağlı düşüncələr əsasında yaratmışıq

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Həftəsonu 75 cinayətin açılması təmin olunub

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” aksiyası: şagirdlər endemik bitkilərin tinglərini əkiblər

“Azəristiliktəchizat”ın sədri: Qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır - EKSKLÜZİV

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi

Fransa və Almaniyada yaşananlar göstərir ki, Avropa çox ciddi şəkildə yeni siyasi reallıqlarla üz-üzədir - ŞƏRH

Bakı məktəbliləri tarixi yaddaş, Zəfər və mədəni irs mövzularında maarifləndirilir

Mis 3 həftəlik ucuzlaşmadan sonra yenidən bahalaşıb

Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb

Bəzi mənzillərdə istilik təchizatının keyfiyyətinə təsir edən əsas amillər açıqlanıb - EKSKLÜZİV

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir

Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs – Gəncədə simpozium

Azərbaycançılıq milli birliyimizin və dövlətçiliyimizin əsas ideoloji dayağıdır - ŞƏRH

“Goldman Sachs” neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb – EKSKLÜZİV

Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

MMU ilə ABŞ-nin hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir

Hindistanda “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin bərpasını təklif edir

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Səudiyyə Ərəbistanı sahillərində tankerə naməlum sursatlar dəyib

İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır

Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır

ABŞ İsraildəki bazalara 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib

Maks Verstappen Meksika Qran-Prisinin qalibi olub

Almaniya yeni döyüş helikopterlərinin alınmasında problemlərlə üzləşib

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub VİDEO

Ağstafada iki yeniyetməni avtomobil vurub VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər

Xetaq Qazyumov: Dünya çempionatındakı nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm

Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?

Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Moskvada Tsaritsino parkında terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb