Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin Albaniyaya ilk səfəri mühüm tarixi-siyasi hadisədir

Azərbaycan Prezidentinin Albaniyaya ilk səfəri mühüm tarixi-siyasi hadisədir

Bakı, 17 noyabr, AZƏRTAC

Dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman mühüm rol oynayıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən ən yüksək və peşəkar səviyyədə həyata keçirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Komitə sədri bildirib ki, səmərəli xarici siyasətin həyata keçirilməsi üçün, xüsusən də Vətən müharibəsindən sonra ölkəmizin artmaqda olan gücünü və bölgədə yaranmış yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından ölkə başçısı səviyyəsində xarici səfərlərin həyata keçirilməsi də olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin son dövrlərdə Belçika, İtaliya, Gürcüstan, Çexiyaya etdiyi işgüzar və rəsmi səfərlər həm də ölkəmizin Avropa ilə yüksələn xətt üzrə inkişaf edən inteqrasiyasının və yaxın münasibətlərinin göstəricisidir. Bu baxımdan dövlətimizin başçısının Albaniyaya səfəri də olduqca əhəmiyyətlidir.

“İlk növbədə, qeyd edim ki, Prezident İlham Əliyevin Albaniyaya səfəri tarixdə bir ilkdir və bu baxımdan həqiqətən də mühüm tarixi və siyasi bir hadisədir. Baxmayaraq ki, Albaniya prezidentləri və baş nazirləri dəfələrlə ölkəmizə səfər ediblər, Azərbaycan Prezidentinin Albaniyaya səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da səmərəli, konstruktiv forma almasına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Albaniya həmişə Azərbaycanın ərazi müstəqilliyini tanıyıb. Elə bu ilin aprel ayında Bakıda rəsmi qonaq olan Albaniyanın Baş naziri Edi Rama Albaniyanın Azərbaycana dəstəyini bir daha vurğuladı və bildirdi ki, Vətən müharibəsi başa çatdıqdan sonra da Albaniya Azərbaycanın sülh təşəbbüslərini hər zaman dəstəkləyir”, - deyə Z.Əsgərov qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Albaniya ilə çoxşaxəli əməkdaşlığımızda əsas yeri iqtisadi və xüsusən də enerji sahəsində əməkdaşlıq tutur. Enerji sahəsindəki bu əməkdaşlıq həm də iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropanın enerji təchizatında rolunun artması ilə əlaqədar ümumilikdə Azərbaycan-Avropa enerji əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilə bilər. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar, hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Albaniya da TAP layihəsinin üzvlərindən biridir və Cənub Qaz Dəhlizinin icrasında mühüm rol oynayır. Yəni, Azərbaycandan Avropaya ixrac olunacaq qaz Albaniya ərazisindən də keçəcək ki, bu da Albaniya ilə gələcəkdə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni fürsətlər yaradır. Məsələn, Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan Albaniyada qaz şəbəkəsinin yaradılmasında investor kimi iştirak edə bilər və biz buna hazırıq.

Dövlətimizin başçısının səfərindən sonra ölkələrimiz arasında yaradılmış iqtisadiyyat və sənaye üzrə işçi qrupunun tezliklə ilk iclasının keçirilməsinin planlaşdırıldığını qeyd edən Z.Əsgərov deyib: “Həmin iclasdan sonra enerji sektorundan başqa sahələrdə də, məsələn, kənd təsərrüfatı, turizm və digər sahələrdə fəaliyyət imkanları müəyyənləşdiriləcək və bu istiqamətlərdə də faydalı əməkdaşlıq həyata keçiriləcək. Albaniya Prezidenti Bayram Beqay da öz çıxışında xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün turizm və mədəniyyət sahələrində birgə işləməyi və bu sahələrdə yeni sazişlər imzalanması imkanlarını yüksək dəyərləndirir.

Albaniya həm də NATO-nun üzvüdür, Azərbaycan isə NATO-ya üzv olmasa da, təşkilatla sıx əməkdaşlıq əlaqələrimiz var. Biz həm NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmuşuq, həm də hərbi təhsil, hərbi təlim sahəsində əməkdaşlıq edirik. Azərbaycan hərbçiləri dəfələrlə NATO-nun hərbi təlim kurslarında iştirak etmişdir ki, bu da hərbçilərimizin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Albaniya da təşkilatın üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir”.

Albaniya ilə Azərbaycan arasında parlamentlərarası əməkdaşlıq əlaqələrinin çox mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran komitə sədri bildirib ki, iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və parlamentlər səviyyəsində inkişaf etdirilən dostluq da iki ölkə arasındakı ümumi əməkdaşlığa töhfə verəcək.

“Vətən müharibəsindəki zəfərimizdən sonra qalib dövlət kimi mövqeyimizin xeyli güclənməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, türk dövlətləri birliyi ideyasının möhkəmlənməsi, Türkiyənin bölgədə gücünün artması fonunda Cənubi Qafqazda gedən proseslərdən kənarda qaldığını hiss edən İranın ölkəmizə qarşı təhdidkar və aqressiv siyasətinin baş qaldırdığı, eləcə də Fransa senatının erməni lobbisinin təsirinə boyun əyərək Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul etdiyi bir vaxtda Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlətlərlə münasibətlərin inkişafı bizim üçün daha da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, biz həm işğal dövründə, həm Vətən müharibəsi zamanı Albaniyanın ölkəmizin ərazi bütövlüyünə göstərdiyi dəstəyini və bununla bağlı Albaniya rəsmilərinin bəyanatlarını yüksək qiymətləndiririk. İnanırıq ki, bu xoş və mehriban münasibət gələcəkdə də ölkələrimiz arasında yaxın əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açacaq”, - deyə Ziyafət Əsgərov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb