ELM VƏ TƏHSİL
Azərbaycan qadınlarının elmdə qazandığı uğurlar onların intellektual potensialından xəbər verir
![Azərbaycan qadınlarının elmdə qazandığı uğurlar onların intellektual potensialından xəbər verir](/files/2022/1/1200x630/16464931503245448028_1200x630.jpeg)
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda Həmkarlar Təşkilatının təşəbbüsü ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri institutun icraçı direktoru Şakir Qasımov açaraq qadın əməkdaşları təbrik edib. Cəmiyyətdə və ailədə qadınların rolundan danışan alim qeyd edib ki, son dövrlər elm sahəsində çalışan qadınların sayı kişilərə nisbətən çoxdur. Azərbaycan qadınlarının elmdə və digər sahələrdə qazandığı uğurlar onların mədəni və intellektual potensialından xəbər verir.
Sistematika və biomüxtəliflik şöbəsinin müdiri professor Aydın Əsgərov institutun qadın əməkdaşlarının elmi fəaliyyətlərindən danışıb. O bildirib ki, bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Qadınların bütün sahələrdə geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.
İnstitutun Həmkarlar Təşkilatının sədri Şəkər Muxtarova qadın həmkarları bu gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Sonda qadın əməkdaşlara hədiyyələr təqdim edilib.