İDMAN
Azərbaycan qılıncoynadanları Sevil və Sevinc Bünyadova bacıları gümüş və bürünc medallara sahib olublar
![](/files/galleryphoto/2015/2/1200x630/14352599574483934642_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599575810163862_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599573147342086_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599576135134182_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599572268125121_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599574253260612_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599576253034472_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143525995724330279_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435259957286593335_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599575806913091_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599571375035796_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599575639450059_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435259957380345004_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599572388839384_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599573588823915_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599575409339239_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599573666046772_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599574142852614_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352599575319922548_1200x630.jpg)
Bakı, 25 iyun, Xalid Məmmədov, AZƏRTAC
İyunun 25-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə kişilər rapira, qadınlar isə sablya növündə mübarizə aparıblar.
Kişilər arasında rapira ilə fərdi yarışda Azərbaycan təmsil olunmayıb. Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda mübarizə aparıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova "A", Fatimə İbrahimova "D", Səbina Mikina "E", Sevil Bünyadova "F" qrupunda qüvvələrini sınayıblar.
Dörd qılıncoynadanımız qrup mərhələsindən növbəti mərhələyə yüksəlsə də yalnız Sevinc və Sevil Bünyadova bacıları uğurlu nəticə göstəriblər. Belə ki, finaladək maneəsiz irəliləyən Sevil Bünyadova qızıl medal uğrunda görüşdə polşalı Anjelika Vatora məğlub olub və birinci Avropa Oyunlarını ikinci pillədə başa vurub.
Sevinc Bünyadova və fransalı Marqauks Rifkis isə "Bakı-2015"in bürünc medalına sahib olublar.
Kişilərin yarışında isə italiyalı Alessio Fakoni fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiyalı Timur Arslanov gümüş, franslı Jan-Paul Toni Helissey və italiyalı Fransesko İnqarqiola bürünc medal qazanıblar.