AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Baş nazir,
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə qazandığınız müvəffəqiyyət münasibətilə Sizi təbrik edirik. Azərbaycan Prezidenti vəzifəsinə seçilməyinizin ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq ruhunun inkişafına töhfə verəcəyinə inanırıq. Yeni vəzifənizdə Sizə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Müzəffər Akpınar,
“Türksell” rabitə xidmətləri səhmdar şirkətinin baş direktoru.
24 oktyabr 2003-cü il.