SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 8-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2002-ci il avqustun 24-də keçiriləcək ümumxalq səsverməsinin (referendumunun) hazırlanmasını və keçirilməsini müşahidə etmək arzusunda olan kütləvi informasiya vasitələri rəhbərlərinə ünvanlanan qərar çıxarmışdır. Bu qərara əsasən onlar başçılıq etdikləri orqanın jurnalistlərinin tam siyahısını 2002-ci il iyulun 15-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
İclas Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 18 saylı Əzizbəyov dairə seçki komissiyasının üzvü Məmmədağa Davudovun, 20 saylı Suraxanı İkinci dairə seçki komissiyasının üzvü Validə Niftullayevanın, 53 saylı Astara dairə seçki komissiyasının üzvü Cavid Abbasovun, 63 saylı Quba dairə seçki komissiyasının üzvü Fərman Seyidovun, 85 saylı Samux-Şəmkir-Goranboy dairə seçki komissiyasının üzvü İlyas Həsənovun, 87 saylı Tovuz şəhər dairə seçki komissiyasının üzvü Xanlar Abdiyevin komissiya üzvlüyündən azad edilməsi barədə qərar qəbul etmişdir. Şahbaz Zeynalov 18 saylı Əzizbəyov, Elçin Cabbarov 20 saylı Suraxanı ikinci, Natiq İbadov 53 saylı Astara, Qadir Abdullayev 63 saylı Quba, Qalib Aslanov 85 saylı Samux-Şəmkir-Goranboy, Xəqani Vəliyev 87 saylı Tovuz şəhər dairə seçki komissiyasının üzvü təyin olunmuşlar.
Milli Məclisə seçkilər üzrə 2 saylı Şərur-Babək dairə seçki komissiyasının üzvü Məharət Teymurovun, 11 saylı Xətai üçüncü dairə seçki komissiyasının üzvü Bəhram Bədəlovun, 14 saylı Qaradağ dairə seçki komissiyasının üzvü Bayram Əliyevin, 16 saylı Sabunçu-Suraxanı dairə seçki komissiyasının vəfat etmiş üzvü S.Smolenkonun, 20 saylı Suraxanı ikinci dairə seçki komissiyasının üzvü Məcid Rəsulovun, 28 saylı Səbail dairə seçki komissiyasının üzvü Bakıxan Mirzəyevin, 45 saylı Tərtər-Kəlbəcər dairə seçki komissiyasının üzvü Qafar Məmmədovun, 81 saylı Saatlı dairə seçki komissiyasının üzvü Mirələm Ağayevin komissiya üzvlüyündən azad edilməsi qərara alınmışdır. Eyyub Quliyev 2 saylı Şərur-Babək, Elmir Eminov 11 saylı Xətai üçüncü, Arif İsmayılov 14 saylı Qaradağ, Minaxanım Əliyeva 16 saylı Sabunçu-Suraxanı, Oktay Əliyev 20 saylı Suraxanı ikinci, Ədilə Tarıverdiyeva 28 saylı Səbail, Kamil Məmmədov 45 saylı Tərtər-Kəlbəcər, Nizami Mehdiyev 81 saylı Saatlı dairə seçki komissiyasının üzvü təyin olunmuşlar.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti