AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
Ali ixtisas təhsili bölməsində “İİ 030700 Vergi işinin təşkili və idarə edilməsi” sözlərindən sonra “İİ 030800 İdarəetmə mühəndisliyi” sözləri, “T 350000 Elektron cihazların layihələndirilməsi və texnologiyası” sözlərindən sonra “T 360000 Biotibbi texnika” sözləri, “T 130500 Biotexniki və tibbi aparatlar və sistemlər, T 130600 Bioloji - tibbi praktikada mühəndis işi” sözləri əvəzinə “T 350200 Radioelektronika vasitələrinin konstruksiya edilməsi və texnologiyası” sözlərindən sonra “T 360100 Biotexniki və tibbi aparatlar və sistemlər, T 360200 Bioloji - tibbi praktikada mühəndis işi, T 360300 Tibbi informasiya sistemləri” sözləri yazılsın.
Orta ixtisas təhsili bölməsində “TE 090401 Hidrogeologiya və mühəndis geologiyası” sözlərindən sonra “TE 100201 İnformatika” sözləri yazılsın.
X x x
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi” təsdiq edilsin.
2. Hər iki qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.