SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 4 aprel tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 11 iyul tarixli 110 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”nın II bölməsinin birinci cümləsində “(yerli dövlət vergi müfəttişliyi orqanına)” sözləri “bələdiyyə vergi xidməti orqanına” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Binalar üzrə əmlak vergisinin hesablanması Qaydaları”na aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 1.4-cü bənddən “hər il yanvarın 1-i vəziyyətinə müəyyənləşdirilən” sözləri çıxarılsın;
2. 2.1-ci bəndə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:
“Bələdiyyələr binalara görə fiziki şəxslərdən əmlak vergisini hesablamaq məqsədilə 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər”;
3. 2-3 bəndin birinci abzasında “hər il yanvarın 1-i vəziyyətinə” sözləri “bələdiyyə vergi xidməti orqanlarına” sözləri ilə əvəz edilsin və “müvafiq bələdiyyələrə” sözləri çıxarılsın.
X X X
“Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli 112 nömrəli qərarına əsasən “Atmosfer havasına atılan zərərli maddələri və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları”, “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları” və “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları” təsdiq edilsin.
“Atmosfer havasına zərərli təsirlərin dövlət uçotuna dair Əsasnamənin təsdiq edilməsi haqqında” SSRİ Nazirlər Sovetinin 1982-ci il 12 avqust tarixli 746 nömrəli qərarı barəsində” Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 26 avqust tarixli 396 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
Hər iki qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.